Modern.az

Kanalda batan 47 yaşlı şəxsin meyiti tapıldı

Kanalda batan 47 yaşlı şəxsin meyiti tapıldı

13 Oktyabr 2018, 17:17

Yuxarı Qarabağ kanalının Beyləqan rayonunun Eyvazalılar kəndi ərazisindən keçən hissəsində batdığı ehtimal olunan 1971-ci il təvəllüdlü Mirzəyev Mərdan Qardaşxan oğlunun axtarışları başa çatıb.

Bu haqda Fövqəladə Hallar Nazirliyindən Modern.az saytına verilən məlumatda bildirilib. 

M.Mirzəyevin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Əməliyyat başa çatıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir