19 yanvar 2019, Şənbə
Ana Səhifə - ƏDƏBİYYAT - Professor Qəzənfər Paşayev: “Bunu etməsəm böyük günaha bataram” - MÜSAHİBƏ
Professor Qəzənfər Paşayev: “Bunu etməsəm böyük günaha bataram” - MÜSAHİBƏ
14.10.2018, 09:50

Tovuz ədəbi mühitinin yetirdiyi görkəmli ədəbiyyat nümayəndəsi, ömrünün yarıdan çoxunu Kərkük ədəbiyyatına həsr edən və "Nəsimi" yaradıcılığında yeni bir istiqamət açan professor Qəzənfər Paşayevin ədəbi fəaliyyəti gələcək nəsillər üçün qiymətli bir sərvətdir. Professor Qəzənfər Paşayevin yaradıcılığı haqqında fikir söyləməzdən əvvəl dəyərli alimin Tovuz ədəbi mühitinin inkişafı üçün gördüyü misilsiz işlərdən söhbət açmaq istərdim. Qəzənfər müəllimin ədəbi fəaliyyətində ən mühüm sahələrdən birini tutan Tovuz ədəbi mühitinin ədəbi incilərinin qorunması istiqamətində gördüyü qürur verici işlər dayanır. Bu sahədə dəyərli professora kömək edən, Tovuzda doğulmuş ədəbiyyat insanlarının yaradıcılığını yazılı ədəbiyyata köçürdərək bir-birindən maraqlı ədəbiyyat incilərini nəşr etdirən dəyərli millət vəkilimiz Qənirə xanım Paşayevanın da rolu böyükdür.

           
Professor Qəzənfər Paşayevin bu fədakar işi hər bir gənclə yanaşı, ziyalılarımız üçün də bir örnəkdir. Vaxtilə Tovuzda yaşayıb-yaradan aşıqların və aşıq poeziyasında yaradıcılıq nümayiş etdirən şairlərin irsinin qorunmasında, gələcək nəsillərə çatdırılmasında, bu insanların xalq arasında daha da əbədiləşdirilməsində Qəzənfər müəllimin ağır əməyi təqdirəlayiq bir addımdır. Hələ həmin qələm sahibləri öz sağlıqlarında yaradıcılıqlarını kitablar şəkilin də tam şəkildə çap etdirə bilmirdilər və buna görə də onların irsinin it-bata düşməsi qorxusu hər gün daha da artırdı. Bu ədəbiyyat nümunələrinin toplanıb çap etdirilməsi bütövlükdə ədəbiyyatımızın inkişafına təkan verdi və həmin qələm sahibləri ədəbiyyatımızda özlərinə layiqli yerlərini tutdular. El şairlərinin yaradıcılığının toplanması el ədəbiyyatının inkişafında mühüm rola malikdir və tarix də bizə sübut edir ki, əsrlər keçdikdən sonra el ədəbiyyatı xalq yaradıcılığına çevrilmiş və ya ümumxalq məhəbbəti qazanmışdır. Hadisəyə bu kontekstdən yanaşdıqda Qənirə Paşayeva, Qəzənfər Paşayevin və Məhərrəm Qasımlının həyata keçirdikləri bu addımlar el ədəbiyyatımıza dəyərli bir töhfədir. Tovuz ədəbi mütinin nümayəndələrindən Aşıq Hüseyn Bozalqanlının, Həsən Mülklünün, Mikayıl Azaflının, Aydın Çobanoğlunun, Əziz Məftunun, Səlim Sinədəftərin, Rasim Kərimlinin, İsa Cavadoğlunun və digər qələm sahiblərinin irsi toplu halında çap olunaraq ictimaiyyətə və ədəbiyyatsevərlərə təqdim olundu. Xüsusilə qeyd edim ki, professor Qəzənfər Paşayevin ədəbi fəaliyyətində xüsusi yer tutan Tovuz el şairlərinin əsərlərinin çapı tədqiqat üçün ayrıca bir kitabın materialıdır.  

           
Bir ziyalının yaradıcılığı qədər onun şəxsiyyəti də mühüm amildir. Yaradıcılıqdan danışarkən mütləq şəxsiyyət xatırlanır. Müdriklər haqlı olaraq “sənətdə şəxsiyyət böyük amildir” demişlər. Professor Qəzənfər Paşayevin yaradıcılığı qədər şəxsiyyəti də zəngin və tükənməzdir. Yazıçının əsərlərini oxuyarkən onun şəxsiyyət və xarakteri haqqında insanda istər-istəməz müəyyən məlumatlar formalaşır. Qəzənfər müəllim, öz əsərləri ilə əziz oxucularına müsbət enerji bəxş edən, şəxsiyyətin böyüklüyünü göstərən bir alim kimi yaddaşlarımıza həkk olub. Azərbaycan ədəbiyyatında Qəzənfər Paşayev özünəməxsus bir yol açmış və özündən sonra da yaddaşlardan silinməz bir iz buraxır. Öncə alimin yaradıcılığı dedikdə Azərbaycan oxucusunun gözləri önünə Kərkük ədəbiyyatı gəlir. Axı, ədəbiyyatımıza, kərküklü qardaşlarımızın ruhunu gətirən və bu istiqamətdə ağır əməyə qatlaşaraq fədakarlıq nümayiş etdirmişdir. Heç şübhəsiz ki, indiyə kimi professor Qəzənfər müəllimin bu ədəbi fəaliyyəti haqqında saysız-hesabsız sözlər söylənmiş, yazılmışdır ki, bu indən sonra da artan istiqamət üzrə davam edəcək.

 

Modern.az oxucularına AMEA-nın Azərbaycan şifahi xalq ədəbiyyatı və yazılı abidələr şöbəsinin professoru Qəzənfər Paşayevlə olan müsahibəni təqdim edirik: 

           
- Bir ədəbiyyatçının ədəbiyyata sevgisi onun yaradıcılığı qədər mühüm əhəmiyyət kəsb edir. Bu sevgi olmasa şübhəsiz ki, yaradıcılıqda olmazdı. Bizə ədəbiyyata gəlişinizdən, ona olan sevginizdən söhbət açardınız. 

           
- Ədəbiyyata sevgim orta məktəbdən başladı. Vurğun Əyyubun atası Əliş Əyyubov mənim ədəbiyyat müəllimin olub. Bu baxımdan bəxtim gətirdi. Əliş müəllim BDU-nu fərqlənmə diplomu ilə qurtarmışdı. O, Səməd Vurğunu, Nizamini əzbər bilirdi. Oğluna ad qoyması elə buradan gəlir. Məndə ədəbiyyata həvəsi o yaradıb və “Altı ilə Dəclə, Fərat sahillərində” kitabımda onun haqqında yazmışam. Müəllimin şagirdə təsiri böyük olur. İnstituta qəbul olduqdan sonra rus, ingilis ədəbiyyatına məndə çox böyük maraq oldu. Mən Azərbaycan Dövlət Pedaqoji Xarici Dillər İnstitutunun İngilis dili fakültəsini bitirmişəm. Böyük əsərlər oxuduqdan sonra çağdaş ədəbiyyatımıza olan münasibətim dəyişdi. Gənclikdə ən çox sevdiyim roman “Abşeron” romanı olub. Məni Bakıya bu roman gətirdi. Bu romana çox böyük məhəbbətim oldu. Yəni ədəbiyyat gətirdi məni Bakıya. Sonra İsmayıl Şıxlının “Ayrılan yollar”ını oxudum və bu məni başqa cür oyatdı. Salam Qədirzadənin “Qış gecəsi” romanını oxudum. Bu romana da üsyan elədim. Romanda prokuror atasını ticarətdə əl əyriliyi elədiyi üçün tutur. Bu bizim mentalitetə uyğun deyil və buna etiraz elədim. Gərək o atasına görə prokurorluqdan əl çəkəydi. Sonra da “Şəfəq” romanı oxudum. Roman kənd haqqında yazılmışdı, amma kənddən heç nə yox idi deyə I kursda oxuyan vaxtı 12 vərəqli bir dəftərdə iradlarımı yazıb “Gənclər” qəzetinə getdim. Bir bəstəboy adam mənə dedi sözün nədir? Ona dedim ki, roman kənd həyatından yazılıb və amma kənddən heç nə yoxdur. Mənə dedi ki, hamsı tənqiddirmi? Dedim bəli, tənqiddi. Gülərək mənə dedi ki, bir az da tərif öyrən gəl. Məlum oldu ki, bu şəxs gələcəyin böyük alimi Bəkir Nəbiyevdir və sonralar onunla dost oldum.

           

- Sizin folklora bağlığınız da maraqlıdır.  


- Mənim böyüdüyüm mühitin özü folklor idi. Sizin özünüz iqtisadçısınız, amma görün necə də folklora, aşıq sənətinə və yaradıcılığına bağlısınız. Bu təbidir. Ancaq siz bir az tamam başqa mühitdə böyüyübsünüz. Yəni indi televiziya, radio var və toylara müğənnilər dəvət olunur. Amma bizim vaxtımızda bunlar tam olaraq yox idi. 1955-ci ilə qədər elektrik enerjisi nədir bilməzdik. Aşıqdan başqa heç nə görməmişdik. Yəqin bunu mühit ilə, ədəbiyyata olan sevgi ilə əlaqələndirmək olar. 


- Qəzənfər müəllim, Aşıq Hüseyn Bozalqanlının “Xurşid” şeirinin sizin nəslinizlə bir bağlığının olduğunu bilirik. Əziz oxucularımıza bu şeirin yazılmasından söhbət açardınız. Axı, bildiyimiz qədər Xurşid xanım sizin xalanız olub və bu əhvalatı bilməmiş olmazsınız. 

           
- Aşıq Hüseyn Bozalqanlının “Xurşid” şeiri səhvən Aşıq Ələsgərin adına verilib. Ümumiyyətlə, ədəbiyyatda bu cür hallar çox olur. Məşhur adamların adına yaxşı şeirlər hər zaman hallanır. Məsələn, Hüseyn Arifin bir şeirini səhvən Səməd Vurğunun adına çıxırdırlar. Bizim kəndimizdən olan və sizin kəndiniz Əyyubluda orta təhsil almış Rasim Kərimlinin bir qoşmasını Şıxəli Qurbanovun adına çıxırlar. Bir gün Şıxəli Qurbanov Rasimin qoşmasını oxuyur və ondan xahiş edir ki, bu qoşma məndə qalsın. Beləcə həmin qoşmanı Şıxəli Qurbanovun stolunun sürməsindən tapırlar və qoşmanı onun adına çıxırlar. Əslində qoşma Rasim Kərimlinindir. Klassik şairlərimizdə də bu cür hallar var. Nəsiminin də adına o qədər şeirlər çıxıblar, amma bu şeirlər başqa Nəsimi adında olan şairlərindir.

Hamı yaxşı bilir ki, Aşıq Ələsgər 1926-cı ildə dünyasını dəyişib. O dünyasını dəyişən vaxt, həmən ildə xalam Xurşidin toyu olur. Bəs bu necə ola bilər? Toyu Aşıq Hüseyn Bozalqanlı aparıbdır. 


- Mən bildiyim qədər Aşıq Ələsgər irsinin toplayıcısı və məşhur ələsgərşünas alim, Aşıq Ələsgərin nəvəsi İslam Ələsgərin bu şeirlə bağlı sizlə söhbəti olubdur? Bu haqda da danışmağınızı xahiş edirəm…

 

- Bəli, İslam Ələsgərlə mənim və dayım oğlu Zirəddin Xasıyevin də bu şeirlə bağlı ətraflı söhbətimiz oldu. Mən Zirəddinə bu şeir haqqında mətbuatda sən çıxış elə dedim. Çünki Zirəddinin yazıları mətbuatda az çıxırdı. Zirəddinin özü dilçi alim idi. Xurşid Zirəddinin bibisi, mən isə xalam idi.

Xurşid xalam şəxsən mənim çox yaxşı yadımdadır. Çox gözəl idi. Mən 1937-ci ildə anadan olmuşam və Xurşid xalam isə 1926-ci ildə ərə gəlib. Xurşid xalamın nəvələri indi də yaşayır. Bu dəqiqdir ki, şeir Aşıq Ələsgərin adına çıxılır. Amma əslində şeir Hüseyn Bozalqanlınındır. Bu cür şeirlər deyim ki, xələt almaq üçün yazılırdı. Yəni şeiri deyirdi aşığa xələt verirdilər. Şeirdə Narınc nənəm və Həmzə babamın adları da keçir. 


- Tovuz rayonu söz-sənət diyarlarımızdan biridir. Ötən əsrdə rayonumuzda bir sıra tanınmış aşıq və şair yetişdi. Onların yaradıcılığı xalq tərəfindən sevilərək sürətlə el-oba arasında yayılmağa başlandı. Həmin söz sərraflarının yaradıcılığı toplu halında çap olunmadığı üçün it-bata düşmək təhlükəsi vardı. Ancaq siz və Qənirə xanımın böyük fədakarlığı nəticəsində həmin insanların əsərləri kitablar şəkilində çap olundu və təqdimatları keçirildi…  

 

- Əzizim, mən sazla-sözlə böyümüşəm. Televiziya Azərbaycanda 1956-cı ildə yaranıb. Uşaqlıq illərimi çox yaxşı xatırlayıram. 1955-ci ilə kimi Düz Qırıqlı kəndində işıq olmayıb. Şübhəsiz ki, işıq olmayanda radio da olmazdı. Görürsünüz də biz sazla-sözlə böyüdük. Hətta qış aylarında uşaq olarkən mağarın arxasında aşıqlara qulaq asırdıq. Yaxşı yadımdadır kəndimizdə “Nağılar” deyilən nəsildə Qara kişinin övladının toyu idi. Toy vaxtı qar da yağmışdı və mən gedib bu soyuq havada aşığa qulaq asırdım. Bir nəfər qolumdan tutub məni içəri apardı  və bir küncdə oturdular ki, qulaq asım. Sevincimin həddi-hüdudu yox idi. Aşıq özünü qəribə aparırdı. İllər keçəndən sonra başa düşdüm ki, aşıq müğənnidir, bəstəkardır, rəqqasdır, aktyordur, bədii qiraət ustasıdır və çalğıçıdır. Toylara o zaman çox zaman uşaqlar getməzdi ki, ayıbdır. Qeyd edim ki, Tovuzda insanların əksəriyyəti sazla-sözlə böyüyüb. Siz də görürsünüz ki, bizdə aşıq poeziyasının janrları daha çox yayılıb. Bizdə heç qəzəl yazan olmayıb. Aşıq yaradıcılığı insanlara çox ciddi təsir edib. Tovuza qonaq gələndə onu aşıq qarşılayar və aşıq yola salardı. Şeirə baxın:

 

Tovuzda torpaqda, dağ da, çəmən də,

Sazın havasını yaman götürür.

Burda hər qonağı, hər müsafiri,

Aşıq qarşılayır, aşıq ötürür. 

           
Xalq şairimiz Zəlimxan Yaqubun da belə bir şeiri var:

 

Qonaq oldum Tovuz adlı mahala,

Hәr sinәdә min bayatı varıymış.

İndi bildim, bu torpaqda ellәrin

Nә dövranı, nә hәyatı varıymış.

 

           
Görürsünüz də bunların hər biri aşıq yaradıcılığının təsiridir. El şairləri də Tovuzda aşıq sənətinin və yaradıcılığının təsiri ilə yaradıcılıq nümayiş etdiriblər. Aşıq sənətinin və musiqisinin xüsusi havacatı var. Qeyd edim ki, hər şeir aşıq musiqisinə yatmır. El şairlərinin şeirləri bu baxımdan böyük əhəmiyyət kəsb edir.

           
Mikayıl Azaflının “Qoca Azaflıyam” kitabını nəşrə hazırladım. Həmçinin Aydın Çobanoğlunun “Ömrün etməyəcək vəfa dedilər” adlandırdığım kitabını hazırladım və çap etdik. Aydın Çobanoğlu sazı Bakıya gətirən adam idi. Və qeyd edim ki, Aydın Çobanoğlu bizdə ilk filoloji təhsil alan bir sənətkar olub. Hətta Aşıq Nəcəf  Əlimərdanlıdan o diplom işi yazıb. Bəxtiyar Vahabzadə deyirdi ki, bu diplom işinə yüngül əl gəzdirib müdafiə etmək olar. Aşıq Əkbər Cəfərovun kitabını çap elədik və onun yubileyini həm Bakıda, həm də Tovuzda təşkil elədik. Fəxrəddin və Ələddin Quliyevlər qardaşları aşıq sənətimizin görkəmli nümayəndəsi Aşıq Hüseyn Bozalqanlının iki cildik kitabını çap etdirdilər. Aşıq İmran Həsənovun şeirlərini isə Aşıq Məhərrəm Hüseynli çapa hazırladı. Aşıq sənəti elə bir sənət aləmidir ki, hamı bir yerdə çalışanda yaxşı nəticələr əldə etmək olur. Aşıq Nəcəf Əlimərdanlının kitabını nəşr etdirdik və yubileyini keçirdik. Bu sırada Xəyyat Mirzəni də qeyd edə bilərəm. Xəyyat Mirzənin də həm kitabını nəşr etdirdik, həm də yubileyini keçirdik. Həsən Mülklünün, Əziz Məftunun əsərlərini çap elədik. El şairlərindən İsa Cavadoğlunun “Ya qismət” şerilər kitabını və Rasim Kərimlinin “Dözmək olmur ayrılığa” şeirlər kitabı çap elədik. Həmçinin Səlim Sinədəftərin kitabı işıq üzü gördü. Bunların hamısında Qənirə xanımın böyük rolu oldu. Kitablar çap olunduqdan sonra onların təqdim etmə mərasimlərini sazla-sözlə keçirirdik. Bu təqdim etmə İçərişəhərdə Karvansaray restoranında keçirilirdi. Biz bunu bir ənənəyə çevirdik. Bütün sazlı-sözlü təqdimatları İTV böyük məmnuniyyətlə göstərirdi. Burada İTV-nin nümayəndəsi Göyərçin xanımın əməyini xüsusi qeyd etməliyəm. Bu yaxınlarda Nəsimin İraq divan nüsxəsini Qənirə xanım yenidən çap elətdirdi. Bu kitabın təqdimetmə mərasimi Muğam Mərkəzində çox böyük təntənə ilə keçirildi. Belə tədbirlərin özü ədəbiyyatın təbliğində çox böyük addımlardır. Bu çox ciddi bir addımdır. Yəni ədəbiyyat təbliğ olunur və ona məhəbbət artır. 

           
- Və sizdən müsahibə alam, amma Rasim Kərimlini xatırlamayaq… 

           
- Bizim kənddə doğulub boya-başa çatan şair Rasim Kərimlinin şeirləri də çox gözəldir. O orta məktəbin yuxarı siniflərini sizin kəndiniz Əyyubluda oxuyub. Səhhətində müəyyən problemlər olduğu üçün elə sizin kəndinizdə qalırdı. (Bəli, düz deyirsiniz Qəzənfər müəllim. Ağsaqqallardan eşitmişəm ki, Rasim Kərimli mənim babalarımdan olan Sadıqov Əli Kalvey İsmayılın evində qalıb (M.Ə)). Rasim Kərimli kənddə olarkən yaxşı saz çalırdı. Hətta balaban da ifa etməyi bacarırdı. Arxası üstə uzanıb saatlarla balabanı ifa edirdi. Sazı qonşuluqda yaşayan Aşıq Nağıdan öyrənmişdi. Rasim Kərimli kəndimizdən çıxan AYB-nin üzvü olan yeganə şairdir. Özü də Yazıçılar Birliyinə eyni vaxtda üzv qəbul olmuşuq. Onu Yazıçılar Birliyinə götürmürdülər. Çünki sovet quruluşuna qarşı şeirlər yazmışdı. Xalq yazıçısı Anarla aramızda xoş ünsiyyət vardı. Ondan xahiş elədim və məndən bir il sonra, 1989-cu ildə AYB-ə üzv qəbul elədilər. Rəhmətlik nihilist idi. Bir çox şairi bəyənmirdi.            

           
- İndi isə el şairlərindən, aşıq sənətinin folklor olub-olmağından söhbət açardınız. Bu gün el şairlərindən gözəl poetik incilər müəllifi İsa Cavadoğlu da yaşayır və siz onun irsinə dərindən bələdsiniz… 

           
- İsa Cavadoğlu təhsil görmüş, ali təhsilli bir şəxsdir. İsa müəllimin şeirlərini istənilən bir yaş dövrünün oxucusu oxuya bilər. Biz Tovuzda olarkən onun şeirləri ilə çox yaxından tanış idik. Çox gözəl şairdir. El şairləri hər zaman xalq arasında olublar deyə onlarda işlənən bir çox fikir və ideyalar xalqdan gəlir. Aşıqlarımızın yaradıcılığı barədə əvvələr çox az işləyiblər. Bir az bu sahədə Şəmşəd Rza işlədi. Sonra bu işlər yarımçıq qaldı. Qeyd edim ki, aşıq yaradıcılığını mən folklor hadisəsi kimi götürmürəm. Aşıq, aşıq poeziyası və aşıq sənətini bir-birindən fərqləndirmək lazımdır. Belə ki, aşıq poeziyasının müəllifləri məlumdur. Mən aşıq yaradıcılığını folklor hadisəsi hesab etmirəm. Ancaq dastan yaradıcılığı folklor hadisəsidir. Aşıq sənətini, aşıq musiqisini folklor hesab edirəm. Çünki dastan yaranır, inkişaf etdirilir və bir müddətdən sonra dəyişiklikliyə məruz qalır. Məsələn, Aşıq Qərib dastanın bizdə bir variantı varsa başqa bölgələrimizdə bir başqa variantı var, Təbriz və s. variantları fərqlənir. 

           
- Bəs, Qəzənfər müəllim, Mirzə Bayramov və Vəli Bozalqanlının yaradıcılığı tədqiq edildimi? 

           
- Bunu dəqiq bilmirəm. Bunlar da öyrənilməli və çap edilməlidir. İnanmarsınız, müharibə vaxtı dahi Üzeyir bəy Aşıq Mirzənin şeirinə musiqi bəstələmişdi. Mənə bu yaxınlarda Aşıq Qədirin rəvayətlərini veriblər. Oğlu Abbas bunu mənə göndərib və gərək mən bunu çap etdirəm. Bunu etməsəm böyük günaha bataram. Hazırda 10 cildlik əsərlərim çap olunur və 7 cildi çap olubdur. İndi isə 3 cildi çap olunacaq. Başım bu kimi bəzi işlərə qarışdı deyə yarımçıq qaldı. Aşıq Qədrin kitabını çap etdirəcəm. İraq Türkam şairi Əkrəm Fövzünün “Azərbaycan dastanı” kitabını çapa hazırlayacam.

 

- Son olaraq, Qəzənfər müəllim, yaşadığınız ömürdən razısınız?

 

- Yaşadığım ömürdən çox razıyam. Yəni mən həyatdan o azadlığı aldım ki, ürəyim istəyən kitabları yazdım və istədiyim kitabları çap etdirə bildim. Həqiqətən bu çox böyük xoşbəxtlikdir.

 


Söhbəti qələmə aldı:

Mahmud Əyyublu

AAB-nin üzvü  


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
“Nəsimi ili”ndə müharibə meydanında qalan Nəsiminin məzarı - FOTOLAR
19.01.2019, 10:11

“Nəsimi ili”ndə müharibə meydanında qalan Nəsiminin məzarı - FOTOLAR

Ermənilər kəndlərimizi atəşə tutdu
19.01.2019, 09:51

Ermənilər kəndlərimizi atəşə tutdu

İspaniyanın ilk Oskar alan aktyoru - 50 yaşlı məşhur...
19.01.2019, 09:35

İspaniyanın ilk Oskar alan aktyoru - 50 yaşlı məşhur...

20 yanvardan bəhs edən filmin məsləhətçisi: “Telekanallar “Hüznlü ana”nı vermək istəmirlər” - MÜSAHİBƏ  
19.01.2019, 09:32

20 yanvardan bəhs edən filmin məsləhətçisi: “Telekanallar “Hüznlü ana”nı vermək istəmirlər” - MÜSAHİBƏ  

Bakıda 18 yaşlı oğlan itkin düşdü
19.01.2019, 09:30

Bakıda 18 yaşlı oğlan itkin düşdü

ABŞ-da tərcüməçi işləyən azərbaycanlı xanım
19.01.2019, 09:03

ABŞ-da tərcüməçi işləyən azərbaycanlı xanım

Şahmat üzrə Azərbaycan çempionatının III turu yekunlaşdı
19.01.2019, 01:01

Şahmat üzrə Azərbaycan çempionatının III turu yekunlaşdı

Ukrayna əhalisinin sayı  208,8 min nəfər azalıb
19.01.2019, 00:47

Ukrayna əhalisinin sayı  208,8 min nəfər azalıb

Avtoqəzada yaralanan sürücü xəstəxanada öldü
19.01.2019, 00:27

Avtoqəzada yaralanan sürücü xəstəxanada öldü

Meksikada 6 bal gücündə zəlzələ
19.01.2019, 00:16

Meksikada 6 bal gücündə zəlzələ

Trampla Kim Çen In fevralda yenidən görüşəcək
18.01.2019, 23:59

Trampla Kim Çen In fevralda yenidən görüşəcək

Əllə oynayan futbolçulara yeni cəza
18.01.2019, 23:42

Əllə oynayan futbolçulara yeni cəza

Azərbaycan nefti bir qədər də ucuzlaşdı
18.01.2019, 23:31

Azərbaycan nefti bir qədər də ucuzlaşdı

Terrorçuluğa qarşı əməliyyatda 43 nəfər yaxalandı   
18.01.2019, 23:07

Terrorçuluğa qarşı əməliyyatda 43 nəfər yaxalandı  

Qəzzada qarşıdurma: 30 yaralı
18.01.2019, 22:47

Qəzzada qarşıdurma: 30 yaralı

Bakıda itkin düşən uşaq tapıldı
18.01.2019, 22:30

Bakıda itkin düşən uşaq tapıldı

“Qalatasaray” heyətinə yeni futbolçu qatdı
18.01.2019, 22:16

“Qalatasaray” heyətinə yeni futbolçu qatdı

Fransada aksiyaların yeni mərhələsi başlayır
18.01.2019, 21:59

Fransada aksiyaların yeni mərhələsi başlayır

Azərbaycanın axtarışa verdiyi şəxs Rusiyada tutuldu
18.01.2019, 21:44

Azərbaycanın axtarışa verdiyi şəxs Rusiyada tutuldu

Yaponiyada güclü zəlzələ
18.01.2019, 21:24

Yaponiyada güclü zəlzələ

“Oksigen” klinikasında yanğın
18.01.2019, 21:10

“Oksigen” klinikasında yanğın

Müdafiə nazirləri Brüsselə toplanır
18.01.2019, 20:56

Müdafiə nazirləri Brüsselə toplanır

Məhkumlardan 96 mobil telefon götürülüb
18.01.2019, 20:43

Məhkumlardan 96 mobil telefon götürülüb

“Gördün... Elmira Qafarova kişi qızıdır”
18.01.2019, 20:42

“Gördün... Elmira Qafarova kişi qızıdır”

Neftçalada üç uşaq anası itkin düşdü - FOTO
18.01.2019, 20:32

Neftçalada üç uşaq anası itkin düşdü - FOTO

ABŞ-ın bombaladığı şəhərdə 20 nəfər öldü
18.01.2019, 20:27

ABŞ-ın bombaladığı şəhərdə 20 nəfər öldü

Qeydə alınan prezidentliyə namizədlərin sayı 10-a çatdı
18.01.2019, 20:18

Qeydə alınan prezidentliyə namizədlərin sayı 10-a çatdı

Xəstəxanada girov saxlanılan qadın azad edildi
18.01.2019, 20:02

Xəstəxanada girov saxlanılan qadın azad edildi

Əhali bir ildə ərzaq, içki və siqaretə 18,6 milyard manat xərcləyib
18.01.2019, 20:00

Əhali bir ildə ərzaq, içki və siqaretə 18,6 milyard manat xərcləyib

DİQQƏT! Bu yol nişanlarında dəyişiklik edilir
18.01.2019, 19:46

DİQQƏT! Bu yol nişanlarında dəyişiklik edilir

Robert Koçaryanın həbs müddəti uzadıldı
18.01.2019, 19:34

Robert Koçaryanın həbs müddəti uzadıldı

Rəsmi Bakıdan Rusiyaya ETİRAZ: Azərbaycanla ultimativ tərzdə danışmaq qəbuledilməzdir
18.01.2019, 19:25

Rəsmi Bakıdan Rusiyaya ETİRAZ: Azərbaycanla ultimativ tərzdə danışmaq qəbuledilməzdir

Diasporla İş üzrə Dövlət Komitəsində 20 Yanvar qurbanları anılıb
18.01.2019, 19:14

Diasporla İş üzrə Dövlət Komitəsində 20 Yanvar qurbanları anılıb

Sınaq imtahanlarına qeydiyyat sabah başa çatır
18.01.2019, 19:08

Sınaq imtahanlarına qeydiyyat sabah başa çatır

Zimbabvenin Prezidenti Azərbaycana işgüzar səfərə gəlib
18.01.2019, 18:55

Zimbabvenin Prezidenti Azərbaycana işgüzar səfərə gəlib

Bu nazirliyin qurumlarından 3-ü birləşdirilir - SİYAHI
18.01.2019, 18:48

Bu nazirliyin qurumlarından 3-ü birləşdirilir - SİYAHI

Çaylarda suyun səviyyəsi artıb
18.01.2019, 18:36

Çaylarda suyun səviyyəsi artıb

Bu nazirliyin tərkibindəki qurum ləğv edildi
18.01.2019, 18:28

Bu nazirliyin tərkibindəki qurum ləğv edildi

ÜST: Gürcüstanda “donuz qripi” adlı virus yoxdur
18.01.2019, 18:19

ÜST: Gürcüstanda “donuz qripi” adlı virus yoxdur

Sərnişini xilas etmək üçün əlverişsiz havada uçuş həyata keçirildi
18.01.2019, 18:11

Sərnişini xilas etmək üçün əlverişsiz havada uçuş həyata keçirildi

İstirahət günlərinin hava proqnozu açıqlandı
18.01.2019, 17:58

İstirahət günlərinin hava proqnozu açıqlandı

Tatlı və Düz Qışlaqda növbəti hesabat yığıncağı keçirildi
18.01.2019, 17:44

Tatlı və Düz Qışlaqda növbəti hesabat yığıncağı keçirildi

20 Yanvar şəhidlərinin müstəqillik arzuları bu gün çin olub
18.01.2019, 17:41

20 Yanvar şəhidlərinin müstəqillik arzuları bu gün çin olub

Mehriban Əliyeva fəxri medalla təltif edildi
18.01.2019, 17:38

Mehriban Əliyeva fəxri medalla təltif edildi

Nazir 2018-ci ilin hesabatını verdi - Pensiyalardan DANIŞDI
18.01.2019, 17:21

Nazir 2018-ci ilin hesabatını verdi - Pensiyalardan DANIŞDI

Sabiq birinci katib vəfat edib   
18.01.2019, 17:14

Sabiq birinci katib vəfat edib  

Manatın üçgünlük MƏZƏNNƏSİ
18.01.2019, 17:12

Manatın üçgünlük MƏZƏNNƏSİ

“... musiqi ilə həyat maraqlıdır” - ABŞ-da təhsil alan azərbaycanlı musiqiçi ilə MÜSAHİBƏ
18.01.2019, 17:08

“... musiqi ilə həyat maraqlıdır” - ABŞ-da təhsil alan azərbaycanlı musiqiçi ilə MÜSAHİBƏ

Deputat həkimlərdən ƏDV tutulmasının əleyhinə çıxdı   
18.01.2019, 16:59

Deputat həkimlərdən ƏDV tutulmasının əleyhinə çıxdı  

Metropoliten gücləndirilmiş iş rejiminə keçir
18.01.2019, 16:54

Metropoliten gücləndirilmiş iş rejiminə keçir

ARXİV