21 mart 2019, Cümə axşamı
Ana Səhifə - REPORTAJ - Allahşükür Paşazadə deputat mandatından niyə imtina etmişdi? - Şeyxin Qorbaçova DEMARŞI
Allahşükür Paşazadə deputat mandatından niyə imtina etmişdi? - Şeyxin Qorbaçova DEMARŞI
14.10.2018, 10:18

1990-ci ilin mart ayında SSRİ-də heç kimin proqnozlaşdırmadığı hadisə baş verdi. Sovet İttifaqı Kommunist Partiyasının baş katibi Mixail Qorbaçov SSRİ Xalq Deputatları Qurultayının növbədənkənar iclasında keçirilən gizli səsvermə yolu ilə prezident vəzifəsinə seçildi.

 

Bu qərar heç də birmənalı qarşılanmadı. Sovet rəhbərinin 1985-ci ildən sonrakı 5 ildə apardığı yenidənqurma siyasəti ilk vaxtlar böyük ümidlər yaratsa da, sonra baş verənlər sovet vətəndaşları üçün çoxlu sualları açıq qoymuşdu: Baş alıb gedən milli münaqişələr, ərzaq qıtlığı, siyasi böhranın səbəbi nədir? Niyə Mixail Qorbaçov və SSRİ rəhbərliyi bunun qarşısını ala bilmir?


Mixail Qorbaçov isə prezident postuna oturmaqla əlinə keçən geniş səlahiyyətlərindən istifadə edərək, problemləri həll edə biləcəyini düşünürdü. Amma zaman artıq onun əlehinə çevrilmişdi.

 

SSRİ prezidenti postunun təsis edilməsi ideyasının kimin olması naməlumdur. Bu mövzu 1989-cu ildən KİV-də yalnız hipotez və diskussiyalarda müzakirə olunurdu. Araşdırmaçıların fikrincə,  Mixail Qorbaçovun Sov.İKP-nin baş katibi postundan imtina edərək yeni vəzifəyə keçmək niyyəti nəhəng ölkəni başına götürmüş bir sıra problemlərdən qaynaqlanırdı. Bunların içərisində Qarabağ münaqişəsi əsas məsələlərdən biri idi. Mixail Qorbaçovun bu məsələdə ermənipərəst mövqe tutuması Azərbaycan xalqını hiddətləndirməklə yanaşı, ölkənin ictimai-siyasi elitasında da böyük narahatlıq doğururdu.

M.Qorbaçovun köməkçisi olmuş Anatoli Çernyayev öz xatirələrində yazır ki, 1990-cı ilin yanvarında Mərkəzi Komitənin katibi və “yenidənqurmanın memarı” Aleksandr Yakovlev ona məxfi bir sirri açıbmış. Mixail Qorbaçov çox mütəəssir, peşman və tənha görkəmdə Yakovlevin kabinetinə gələrək soruşub: “Nə etməli? Azərbaycan, Litva, iqtisadiyyat, radikallar... xalqın səbr kasası daşır...”.

Yakovlev cavabında deyib: “Hərəkət etmək lazımdır. Yenidənqurmaya mane olan ən böyük qurum Siyasi Burodur.  Xalq deputatları qurultayını çağırın. Qoy qurultay sizi prezident seçsin”. 

Mixail Qorbaçov da bu təklifə razılaşıb.

 

Mixail Qorbaçov 1990-cı il martın 14-də keçirilimiş seçkilərdə qazandığı qələbəsinin sevincini yaşayarkən, Azərbaycanda baş vermiş bir mühüm demarş o zamankı ictimai-siyasi mühitdə böyük rezonans doğurdu: Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə Mixail Qorbaçovun SSRİ prezidenti seçilməsinə etiraz əlaməti olaraq, SSRİ Xalq deputatı mandatından imtina etdi.

 


Bəs Şeyxi bu addımı atmağa vadar edən nə olmuşdu?

 

Burada bir qədər geriyə baxmaq lazım gəlir. 1989-cu ildə SSRİ Xalq Deputatları Qurultayına keçirilən  seçkilərdə ilk dəfə olaraq Sovet İttifaqının dindar kəsiminin nümayəndələrinin iştirakına imkan yarandı. Yenidənqurma epoxasının gətirdiyi yeni imkanlar ölkənin daxili siyasətində böyük dəyişikliklərlə müşayiət olunurdu. Nəticədə 1917-ci ildən sonra ilk dəfə olaraq din xadimlərinə dövlətin idarəçiliyində təmsil olunmaq huququ verildi.  

Seçkilərin nəticələrinə görə, Moldovodan keşiş Boboruz, Orta Asiya və Qazaxstan müsəlmanlarının Ruhani İdarəsinin sədri Məhəmməd Yusif,  erməni katalioksu 1-ci Vazgen və Qafqaz Müsəlmanları Ruhani İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə SSRİ xalq deputatı mandatı aldılar.

Onlarla bərabər həmçinin, Rusiyanın patriarxı Pimen, Leninqrad mitropoliti Aleksiy ( Patriarx 2-ci Aleksiy), Volkolam mitropoliti Pitirim də seçkilərdə mandata sahib oldular.

 

Həmin seçkilərdə Azərbaycandan SSRİ xalq deputatı mandatını alanlar sırasında məşhur yazıçılar Mirzə İbrahimov, Anar, görkəmli bəstəkar Arif Məlikov, Nazirlər Sovetinin sədri Ayaz Mütəllibov, Ali Sovetin sədri Elmira Qafarova da var idi. Allahşükür Paşazadəyə gəlincə, o, 621 saylı Naxçıvan MSSR Nehrəm milli-ərazi seçi dairəsindən deputat seçilmişdi.

 

80-ci illərin sonlarından cəmiyyət həyatından təcrid vəziyyətində olan Qafqaz Müsəlmanları İdarəsi Qarabağ hərəkatının başlanması ilə ictimai həyatın aparıcı amilinə çevrilməyə başladı. Burada Şeyxülislam Allahşükür Paşazadənin qətiyyətli mövqeyi də mühüm rol oynayıb. 

 

1988-ci ildə başlanan Qarabağ hərəkatı azərbaycanlıların milli hərəkatının başlanması üçün dayaq nöqtəsi oldu. Araşdırmaçıların fikrincə, atesit sistem olan SSRİ-də başlanmış milli- azadlıq hərəkatı nəticəsində cəmiyyətin islam dininə diqqət yetirməsi təbii idi.  Dini intibahın başlanması ilə Qafqaz Müsəlmanları Ruhani İdarəsi istər-istəməz siyasi proseslərin tərkibinə daxil oldu. SSRİ xalq deputatı seçilən A.Paşazadə bununla bütün sovet xalqının diqqət kəsildiyi böyük siyasi proseslərin iştirakçısına çevrildi.

Şeyxülislam SSRİ Ali Sovetinin aşkarlıq, vətəndaş hüquqları Komitəsinin üzvü oldu və SSRİ-də dindarlara ilk dəfə hüquq verən “Vicdan Azadlığı” haqqında qanun layihəsini hazırlayan işçi qrupun tərkibinə daxil edildi.

 


1990-cı ilin 20 yanvar qırğını Azərbaycanda prosesləri dəyişdirən məhək daşı oldu. Sovet ordusunun Bakıda qanlı qırğını nəticəsində yüzlərlə günahsız insan həlak oldu.  Mixail Qorbaçov ordunun şəhərə girməsinin rəsmi səbəbini Azərbaycanda hakimiyyəti ələ keçirmək istəyən “islam fundamentalistləri” ilə mübairzə kimi göstərdi. O, sovet xalqına müraciətində utanmadan bildirdi ki, “Azərbaycanda islam üsul-idarəsinin bərqərar olunmasına cəhd edilib”.

 

O zaman respublika rəhbərliyinin bu ittihamlara heç bir rəsmi münasibət bildirməməsi, müəmmalı sükutu və qorxaq açıqlamaları azərbaycanlıların haqlı qəzəbinə səbəb olurdu.  Məhz bu zaman Allahşükür Paşazadə Kremli, şəxsən SSRİ prezidenti Mixail Qorbaçovu ittiham edən bəyanatla çıxış etdi.
Öz məşhur müraciətində A.Paşazadə qeyd edirdi ki, Sovet Ordusunun Bakıya yeridilməsinə bəraət vermək üçün “islam faktorundan” istifadə olunması yalnız Azərbaycanın müsəlman və xristian vətəndaşları arasında düşmənçilik və qarşıdurma yaratmaq məqsədi daşıyır. Şeyx SSRİ rəhbərini bu qanlı qırğına görə lənətlədi. QMİ sədrinin bu bəyanatı bütün dünyada böyük rezonans doğurdu.

 

Yanvar Şəhidlərinin dəfn mərasimi dini ritualdan çıxaraq, xalqın Moskvaya qarşı etirazının nümayişinə çevrildi. 20 yanvar günü milyonlarla insan həlak olanların xatirəsini anmaq və onları dəfn etmək üçün Bakı küçələrinə çıxdı. Bu nəhəng izdihamı idarə edən Şeyxülislam Allahşükür Paşazadə ilə yanaşı, sovet təcavuzunə qarşı digər dini konfessiyaların nümayəndələri - rus pravoslav kilsəsi və yəhudi icması da addımlayırdı. Onlar matəm mərasimində çıxış edərək sovet rəhbərliyini, və ordusunun bu cinayətini açıq mətnlə pislədilər. Kremlin arzu etdiyi dini təfriqə baş tutmadı.    

 

Faciədən cəmi 2 ay sonra Mixail Qorbaçovun SSRİ prezidenti seçilmək istəməsi Azərbaycanda böyük etirazla qarşılandı. Xalq 20 yanvar cinayətinin icraçılarının tapılmasını, Mixail Qorbaçov və onun siyasi komandasının məsuliyyətinin etiraf olunmasını tələb edirdi.  
Azərbaycanda davam edən 40 günlük tətil bütün SSRİ-ni diqqətini cəlb etmişdi. Bakı qırğını isə Qorbaçovun siyasi karyerasına böyük zərbə vurmuşdu. Odur ki, belə vəziyyət ona ümumxalq seçkilərinə getməyə imkan vermirdi. Bütövlükdə SSRİ-də böhrana doğru gedən siyasi və sosial-iqtisadi vəziyyət çox gərgin idi və bu vəziyyətdə açıq seçkiyə gedib vətəndaşlardan səs istəmək böyük risk olardı. Ona görə M.Qorbaçov ümumxalqxalq seçkisinə risk etmədi.

 


Mixail Qorbaçov 14 mart 1990-cı ildə SSRİ Xalq Deputatlarının növbədənkənar 3-cü qurultayında deputatların səsverməsi ilə SSRİ prezidenti seçildi. SSRİ prezidentinin andiçmə mətni belə idi:
“Ölkəmizin xalqlarına sidq-ürəklə qulluq edəcəyimə, SSRİ Konstitusiyasına, vətəndaşların hüquq və azadlıqlarına qarant olacağıma, SSRİ prezidenti kimi üzərimə qoyulmuş mühüm öhdəlikləri vicdanla yerinə yetirəcəyimə təntənəli sürətdə and içirəm”.

 

Cəmi iki ay əvvəl isə Mixail Qorbaçov heç bir vicdan əzabı çəkmədən 100-dən çox günahsız vətəndaşın öldürülməsi, minlərlə insanın yaralanması ilə nəticələnmiş Bakı qırğını haqqında fərman imzalamışdı. Şeyxülislam Allahşükür Paşazadənin buna etiraz olaraq, SSRİ Xalq deputatı mandatından imtina etməsi Mixail Qorbaçovun Azərbaycan xalqı qarşısında məsuliyyətini bir daha dünyaya xatırlatmaqla SSRİ rəhbərliyinə qarşı cəsarətli demarşı idi.


A.Qorxmaz


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Azərbaycana yaz fəsli gəldi   
21.03.2019, 01:58

Azərbaycana yaz fəsli gəldi  

Bu gün Avropa Çempionatının seçmə mərhələsi başlayır - TƏQVİM  
21.03.2019, 01:45

Bu gün Avropa Çempionatının seçmə mərhələsi başlayır - TƏQVİM  

Millimizin baş məşqçisi: “İstəyirik ki, rəqibə xoş olmayan sürpriz edək”
21.03.2019, 01:36

Millimizin baş məşqçisi: “İstəyirik ki, rəqibə xoş olmayan sürpriz edək”

Göyçayda faciə - gənc bədbəxt hadisənin qurbanı oldu   
21.03.2019, 01:24

Göyçayda faciə - gənc bədbəxt hadisənin qurbanı oldu  

Samuxda ər arvadını bıçaqladı
21.03.2019, 00:11

Samuxda ər arvadını bıçaqladı

Kral əyləncəyə 23 milyard dollar ayırdı
20.03.2019, 23:46

Kral əyləncəyə 23 milyard dollar ayırdı

Vergilər Nazirliyinin “Veysəloğlu”nu cərimələdiyi təsdiqləndi    
20.03.2019, 23:38

Vergilər Nazirliyinin “Veysəloğlu”nu cərimələdiyi təsdiqləndi  

Qazaxıstanın mərkəzi küçələrə Nursultan Nazarbayevin adı verilib
20.03.2019, 23:28

Qazaxıstanın mərkəzi küçələrə Nursultan Nazarbayevin adı verilib

FED baza faiz dərəcəsini dəyişmədi
20.03.2019, 23:10

FED baza faiz dərəcəsini dəyişmədi

Növbəti  Ay tutulması müşahidə edilir
20.03.2019, 22:27

Növbəti  Ay tutulması müşahidə edilir

Türkiyədə terror təşkilatının azərbaycanlı üzvü saxlanıldı
20.03.2019, 22:07

Türkiyədə terror təşkilatının azərbaycanlı üzvü saxlanıldı

Azərbaycan millisinin oyununu bu hakimlər idarə edəcək   
20.03.2019, 21:50

Azərbaycan millisinin oyununu bu hakimlər idarə edəcək  

Rus turistlərdən film kimi cinayət
20.03.2019, 21:29

Rus turistlərdən film kimi cinayət

Avtomobildə 27 yaşlı azərbaycanlı gəncin meyiti tapıldı
20.03.2019, 21:10

Avtomobildə 27 yaşlı azərbaycanlı gəncin meyiti tapıldı

Rusiyadan Azərbaycana gələn turistlərin sayı 2 faiz artıb
20.03.2019, 21:01

Rusiyadan Azərbaycana gələn turistlərin sayı 2 faiz artıb

Heydər Əliyev Fondu sosial xidmət müəssisəsində Novruz şənliyi təşkil etdi - FOTO
20.03.2019, 20:49

Heydər Əliyev Fondu sosial xidmət müəssisəsində Novruz şənliyi təşkil etdi - FOTO

Qubada maşınlar qar uçqunu altında qaldı
20.03.2019, 20:32

Qubada maşınlar qar uçqunu altında qaldı

Azərbaycanın Serbiyadakı səfirliyində bayram tədbiri - FOTO
20.03.2019, 20:18

Azərbaycanın Serbiyadakı səfirliyində bayram tədbiri - FOTO

Zəlzələdə 3 nəfər xəsarət aldı
20.03.2019, 20:03

Zəlzələdə 3 nəfər xəsarət aldı

Milli komandamıza daha iki xorvat məşqçi götürüldü
20.03.2019, 19:45

Milli komandamıza daha iki xorvat məşqçi götürüldü

“Qlobal çağırışlar: ekstremizmə qarşı diasporun rolu” mövzusunda müzakirələr aparılıb
20.03.2019, 18:22

Qlobal çağırışlar: ekstremizmə qarşı diasporun rolu mövzusunda müzakirələr aparılıb

ABŞ Azərbaycanda məhkum olunmuş şəxslərin əfv olunmasını alqışlayıb
20.03.2019, 18:18

ABŞ Azərbaycanda məhkum olunmuş şəxslərin əfv olunmasını alqışlayıb

Türkiyədə zəlzələ oldu, məktəblər bağlandı
20.03.2019, 17:11

Türkiyədə zəlzələ oldu, məktəblər bağlandı

İlham Əliyev Qazaxıstanın yeni prezidentini təbrik etdi
20.03.2019, 16:19

İlham Əliyev Qazaxıstanın yeni prezidentini təbrik etdi

Müdafiə Nazirliyinin rəhbərliyi hərbi hospitalda əsgərlərə baş çəkdi
20.03.2019, 16:12

Müdafiə Nazirliyinin rəhbərliyi hərbi hospitalda əsgərlərə baş çəkdi

İlham Əliyev Nursultan Nazarbayevə zəng etdi
20.03.2019, 15:36

İlham Əliyev Nursultan Nazarbayevə zəng etdi

Azərbaycan Avropa ölkələrinə tekstil malları ixrac edəcək
20.03.2019, 15:10

Azərbaycan Avropa ölkələrinə tekstil malları ixrac edəcək

Astananın adı rəsmən dəyişdirildi, Nursultan oldu
20.03.2019, 14:43

Astananın adı rəsmən dəyişdirildi, Nursultan oldu

Fəhləlikdən prezidentliyə yüksələn Nursultan Nazarbayev FOTOLARDA
20.03.2019, 14:24

Fəhləlikdən prezidentliyə yüksələn Nursultan Nazarbayev FOTOLARDA

Tbilisidə taksi sürücüləri etiraz aksiyası keçiriblər
20.03.2019, 14:08

Tbilisidə taksi sürücüləri etiraz aksiyası keçiriblər

DİN: Xızıda sənədləri olmayan diri toyuqlar tutulub
20.03.2019, 14:04

DİN: Xızıda sənədləri olmayan diri toyuqlar tutulub

Dünyanın ən bahalı şəhərləri - SİYAHI   
20.03.2019, 13:28

Dünyanın ən bahalı şəhərləri - SİYAHI  

Nazarbayevin qızı ölkəsində yüksək vəzifəyə seçildi  
20.03.2019, 13:14

Nazarbayevin qızı ölkəsində yüksək vəzifəyə seçildi  

Bakıda ana və qızını maşın vurdu - sürücü saxlanıldı   
20.03.2019, 12:25

Bakıda ana və qızını maşın vurdu - sürücü saxlanıldı  

Sabah hava yağışlı, küləkli olacaq - PROQNOZ   
20.03.2019, 12:22

Sabah hava yağışlı, küləkli olacaq - PROQNOZ  

Türkiyənin “Sultan Novruzu”
20.03.2019, 12:17

Türkiyənin Sultan Novruzu

Yerevan universitetlərində tələbələr Azərbaycan dilini öyrənir, Bakıda isə...
20.03.2019, 12:10

Yerevan universitetlərində tələbələr Azərbaycan dilini öyrənir, Bakıda isə...

Zakir Həsənov Pakistana rəsmi səfərə gedəcək
20.03.2019, 12:03

Zakir Həsənov Pakistana rəsmi səfərə gedəcək

Qazaxıstanın yeni prezidenti paytaxtın adını dərhal dəyişdirməyi təklif etdi
20.03.2019, 11:59

Qazaxıstanın yeni prezidenti paytaxtın adını dərhal dəyişdirməyi təklif etdi

ADU-da “Multikultural Novruz bayramı” 
20.03.2019, 11:57

ADU-da “Multikultural Novruz bayramı” 

Balıq, göl qurbağası və zəli ovu üçün kvotalar müəyyənləşib - SİYAHI
20.03.2019, 11:51

Balıq, göl qurbağası və zəli ovu üçün kvotalar müəyyənləşib - SİYAHI

Elmar Məmmədyarov Çilidə Dağlıq Qarabağ münaqişəsindən danışdı
20.03.2019, 11:47

Elmar Məmmədyarov Çilidə Dağlıq Qarabağ münaqişəsindən danışdı

Prezident göstəriş verdi - təhsil, səhiyyə, məhkəmə-hüquq sistemi üçün yeni islahatlar paketi hazırlanır
20.03.2019, 11:32

Prezident göstəriş verdi - təhsil, səhiyyə, məhkəmə-hüquq sistemi üçün yeni islahatlar paketi hazırlanır

İlham Əliyev: Azərbaycan infrastruktur baxımından çox sürətlə inkişaf edir
20.03.2019, 11:24

İlham Əliyev: Azərbaycan infrastruktur baxımından çox sürətlə inkişaf edir

Prezidentin oğlu dünyanın 17 şəhərinin merini Düşənbəyə çağırdı   
20.03.2019, 11:20

Prezidentin oğlu dünyanın 17 şəhərinin merini Düşənbəyə çağırdı  

Türkiyədə terrora hazırlaşan PKK üzvləri tutuldu
20.03.2019, 11:07

Türkiyədə terrora hazırlaşan PKK üzvləri tutuldu

Rusiyanın azərbaycanlı çempionu - FOTOLAR
20.03.2019, 10:56

Rusiyanın azərbaycanlı çempionu - FOTOLAR

“Azərbaycan xalqı islahatların nəticələrini görür və bundan sonra da görəcək”
20.03.2019, 10:53

“Azərbaycan xalqı islahatların nəticələrini görür və bundan sonra da görəcək”

Ötən il Azərbaycanda 1286 minik avtomobili istehsal edilib
20.03.2019, 10:51

Ötən il Azərbaycanda 1286 minik avtomobili istehsal edilib

Evində narkotik bitki yetişdirən şəxs saxlandı
20.03.2019, 10:47

Evində narkotik bitki yetişdirən şəxs saxlandı

ARXİV