Modern.az

Rusiyada müxalifət lideri azadlığa buraxıldı  

Rusiyada müxalifət lideri azadlığa buraxıldı    

14 Oktyabr 2018, 13:54

Oktyabrın 14-də səhər saatlarında Rusiyanın məşhur müxalif siyasətçisi Aleksey Navalnı 20 sutkalıq həbsdən sonra azadlığa buraxılıb.

Modern.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, azadlığa çıxan siyasətçi hakimiyyətlə mübarizəni davam etdirəcəyini bildirib.

Navalnı avqustun 25-dən bəri iki inzibati həbs cəzası çəkib ki, bu da 50 gün edir.

Aleksey Navalnıya 50 günlük həbs müddətinin ilk 30 günü avqustun 25-də kəsilib - bu ilin yanvar ayında "Seçicilərin tətili" adı altında keçirilmiş aksiyaya görə.

Sentyabrın 24-də azadlığa çıxdıqdan bir neçə dəqiqədən sonra isə Navalnı yenidən saxlanılıb və ona mitinqlərin təşkili qaydalarının təkrar pozulması ittihamı əsasında 20 sutkalıq həbs cəzası kəsilib.

Siyasətçi ikinci həbsini sentyabrın 9-da onun çağırışı ilə keçirilmiş pensiya islahatı əleyhinə aksiyalarla əlaqələndirib.

2016-cı ilin dekabrından bəri Aleksey Navalnı altı dəfə həbs olunub və inzibati həbsdə ümumilikdə 140 sutka saxlanılıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir