Modern.az

Tərtərin icra başçısı minaya düşən gəncin son vəziyyətindən DANIŞDI

Tərtərin icra başçısı minaya düşən gəncin son vəziyyətindən DANIŞDI

14 Oktyabr 2018, 14:01

Bir neçə gün öncə Tərtər rayonu Həsənqaya kənd sakini Azad Həsənovun neytral zonada minaya düşdüyü barədə məlumat vermişdik. 1996-cı il təvəllüdlü Azad Həsənov Bərdə Mərkəzi Xəstəxanasına yerləşdirilib.

 

Modern.az saytı məsələni diqqətdə saxlayaraq, son durumu öyrənməyə çalışıb.

 

Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov  saytımıza açıqlamasında deyib ki, minaya düşən Azad Həsənovun vəziyyəti normaldır.

 

"Azad Həsənovla mütəmadi olaraq maraqlanıram. Vəziyyəti düzəlməyə doğru gedir. Bilirsiz ki, minanın ətrafa yayılan qəlpələri Azadın bədənin müxtəlif hissələrinə xəsarət yetirib. Ancaq Azadın bir ayağının pəncəsi amputasiya olunub. Hazırda cəbhədə sakitlikdir. Buna baxmayaraq düşmənin xisləti bəllidir”.

 

Qeyd edək ki, bu, Kəlbəcər rayonundan məcburi köçkün olan Azad Həsənovun ailəsində yaşanan ilk faciə deyil. Belə ki, 2016-cı ilin aprel döyüşləri ərəfəsində ermənilərin Həsənqaya kəndini artilleriya atəşinə tutması nəticəsində Azadın 16 yaşlı bacısı Həsənova Turanə Kamandar qızı həlak olmuşdu.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı