21 mart 2019, Cümə axşamı
Ana Səhifə - İQTİSADİYYAT - Azərbaycanda minlərlə yeni iş yeri açılacaq - Şahin Mustafayev
Azərbaycanda minlərlə yeni iş yeri açılacaq - Şahin Mustafayev
14.10.2018, 14:21

İqtisadiyyat naziri Şahin Mustafayev ölkədə yeni istifadəyə veriləcək obyektlərlə bağlı məlumat verib.

 

Modern.az xəbər verir ki, "Azərbaycan” qəzetində böyük məqalə ilə çıxış edən nazir ölkədə qeyri-ənənəvi sənaye sahələri ilə yanaşı, Azərbaycan xalqının milli mədəniyyətinin tarixində özünəməxsus yer tutan xalçaçılıq, ipəkçilik və digər ənənəvi sənaye sahələrinin inkişafına böyük diqqət göstərildiyini bildirib: "Hazırda xalçaçılığın və ipəkçiliyin inkişafına dair dövlət proqramları uğurla icra olunur. Dövlət başçısının tapşırığına uyğun olaraq, xalçaçılığın inkişafı məqsədilə 11 rayonda xalça emalatxanası istifadəyə verilib, daha 10 emalatxananın, 5 yun və boyaq maddələrinin qəbulu məntəqəsinin və Sumqayıt Kimya Sənaye Parkında yunəyirici boyaq fabrikinin tikintisi davam etdirilir. 2019-cu ildə daha 9 xalça emalatxanasının, 3 yun və boyaq maddələrinin qəbulu məntəqəsinin tikintisi həyata keçiriləcək ki, bununla da emalatxanaların sayı 30-a, məntəqələrin sayı 8-ə çatdırılacaq.

 

Azərbaycanda qeyri-neft sektorunun innovativ və yüksək texnologiyalara əsaslanan inkişafını təmin etmək, əhalinin istehsal sahəsində məşğulluğunu artırmaq, eləcə də regionlarda kənd təsərrüfatı ilə yanaşı, sənaye sahəsində çalışmaq istəyənlərin maraqlarının təmin edilməsi məqsədilə sənaye parkları və məhəllələri yaradılır. Artıq Azərbaycanda kimya, təkrar emal, gəmiqayırma, yüksək texnologiyalar, yüngül sənaye, əczaçılıq sahələrində ixtisaslaşmış sənaye və texnologiyalar parkları fəaliyyət göstərir. Bu sənaye parklarının 40-dan çox rezidenti var və onlar tərəfindən indiyədək 2,7 milyard ABŞ dollarından çox investisiya yatırılıb. Növbəti mərhələdə 1 milyard dollaradək investisiya qoyuluşu və 7000-dək yeni iş yerinin açılması nəzərdə tutulub. Sənaye parklarında fəaliyyət göstərən müəssisələrdə tanker və gəmilər, elektron təhsil avadanlıqları, metal konstruksiyalar, maşınqayırma avadanlıqları, polad və polietilen borular, mexaniki və hidrotexniki avadanlıqlar, polipropilen, pestisidlər, müxtəlif növ sürtkü yağları, xortum və fitinq birləşmələri, kabellər, polimer məmulatlar, texniki qazlar, alüminium və plastik profillər, pambıq iplikləri və s. istehsal edilir. Hazırda sənaye parklarında tikintisi davam edən 6 sənaye müəssisəsinin 2018-ci ilin sonunadək, digərlərinin isə növbəti illərdə istismara verilməsi nəzərdə tutulur. Parkın rezidentləri tərəfindən istehsal olunan məhsullar daxili bazarın tələbatını ödəməklə yanaşı, "Made in Azerbaijan” brendi ilə xarici ölkələrə ixrac edilir. Bu yaxınlarda Sumqayıt Kimya Sənaye Parkının daha bir rezidenti - "SOCAR Polymer” MMC ixraca başlayıb. Müəssisə 2018-ci ilin sonunadək 15 min ton polipropilenin xarici ölkələrə ixracını planlaşdırır”.

 

İqtisadiyyat naziri əlavə edib ki, sənaye parklarının rezidentləri üçün dövlət tərəfindən əlverişli infrastruktur yaradılıb və bir sıra güzəştlər tətbiq olunur. Belə ki, sənaye parklarının rezidentləri qeydiyyata alındığı gündən etibarən 7 il müddətinə mənfəət, əmlak və torpaq vergilərindən, eləcə də parka istehsal məqsədilə gətirilən texnika, texnoloji avadanlıqlar və qurğulara görə əlavə dəyər vergisindən və gömrük rüsumundan azaddır: "Sənaye parklarında rezidentlərin qeydiyyatı "bir pəncərə” sistemi ilə həyata keçirilir ki, bu da sahibkarların daha operativ və rahat fəaliyyətinin təşkilini təmin edir. Bundan başqa, sənaye parklarında sahibkarlara hər cür təşkilati dəstək, o cümlədən onların sorğularının cavablandırılması, müxtəlif sektorlar üzrə investisiya imkanlarının araşdırılması, investisiya layihələri haqqında məlumatların təqdim edilməsi kimi xidmətlər göstərilir.

 

Regionlarda kiçik və orta sahibkarlığın genişləndirilməsi, yerli ehtiyatlardan səmərəli istifadə etməklə sənaye sahələrinin inkişaf etdirilməsi, sahibkarlar arasında kooperasiya əlaqələrinin gücləndirilməsi, məşğulluqda sənayenin payının artırılması baxımından sənaye məhəllələrinin yaradılması xüsusi önəm kəsb edir. Bu məqsədlə dövlət başçısının müvafiq sərəncamları ilə Neftçala, Masallı, Sabirabad və Hacıqabulda sənaye məhəllələri yaradılıb. Artıq Neftçala və Masallı sənaye məhəllələri sahibkarların istifadəsinə verilib.

 

Azərbaycanda ilk sənaye məhəlləsi olan və 2017-ci ildən fəaliyyət göstərən Neftçala Sənaye Məhəlləsində avtomobil, balıq yemi, plastik məmulatlar, suvarma sistemləri, polietilen suvarma boruları, kağız stəkanlar istehsalı, modul tipli məktəb binalarının quraşdırılması, balıq emalı və konservləşdirilməsi ilə məşğul olan 9 müəssisə və 1 kiçik sahibkarlıq emalatxanası fəaliyyət göstərir. Sənaye Məhəlləsinin iştirakçıları tərəfindən istehsal sahələrinin yaradılmasına 45,3 milyon manat investisiya yatırılıb. Sənaye Məhəlləsində ümumilikdə 500-ə yaxın iş yeri yaradılıb. Sahibkarlar tərəfindən Sənaye Məhəlləsinə böyük maraq göstərilir və tələbata uyğun olaraq məhəllənin ərazisi genişləndiriləcəkdir.

 

Bu ilin sentyabrında Prezident İlham Əliyevin iştirakı ilə Masallı Sənaye Məhəlləsi istifadəyə verilib. İlk mərhələdə mebel, dam örtükləri və aksesuarları, dəmir məmulatları, döşək, taxta emalı və məmulatları istehsalı, taxta evlərin hazırlanması ilə məşğul olan sahibkarlıq subyektləri tərəfindən 5,23 mln. manat dəyərində 10 layihə təqdim edilib. Artıq reallaşdırılan bu layihələr çərçivəsində 200 yeni iş yeri yaradılıb.

 

Hazırda Hacıqabul Sənaye Məhəlləsində tikinti işləri tamamlanmaq üzrədir və bu ilin sonunadək başa çatdırılacaqdır. Sənaye Məhəlləsində ümumi dəyəri 44 milyon manat olan 7 layihənin icrası nəticəsində 870-dən çox yeni iş yeri yaradılması nəzərdə tutulur. Bu layihələr ağır maşınqayırma, xüsusi vaqonqayırma və kompozit materialları, plastik su qabları və tara, avtomobil, tikinti materiallarının istehsalı avadanlıqlarının istehsalı sahələrini əhatə edir.

 

Sabirabad Sənaye Məhəlləsində isə tikinti işlərinə başlanılıb. Məhəllənin 2019-cu ildə sahibkarların istifadəsinə verilməsi nəzərdə tutulur. Sənaye Məhəlləsində yun tədarükü, tikinti materiallarının, orqanik gübrələrin, müxtəlif avadanlıqların əyləc sistemlərinin istehsalı, kənd təsərrüfatı məhsullarının və işlənmiş təkərlərin emalı sahələrində layihələr həyata keçiriləcəkdir”.


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
İraqda bərə qəzası: 45 nəfər ölüb
21.03.2019, 18:17

İraqda bərə qəzası: 45 nəfər ölüb

Kamçatkada Azərbaycan diasporu Novruz bayramı keçirdi
21.03.2019, 18:05

Kamçatkada Azərbaycan diasporu Novruz bayramı keçirdi

Əsgərlərin Novruz bayramı - FOTOLAR
21.03.2019, 17:21

Əsgərlərin Novruz bayramı - FOTOLAR

Elmar Məmmədyarov argentinalı həmkarı ilə görüşdü
21.03.2019, 16:34

Elmar Məmmədyarov argentinalı həmkarı ilə görüşdü

Karlova Universitetinin əməkdaşları BDU-da tədqiqat aparırlar
21.03.2019, 16:32

Karlova Universitetinin əməkdaşları BDU-da tədqiqat aparırlar

Əli Həsənov: “Nursultan Nazarbayevin qərarı qazax xalqının firavan gələcəyini təmin edəcək”
21.03.2019, 16:10

Əli Həsənov: “Nursultan Nazarbayevin qərarı qazax xalqının firavan gələcəyini təmin edəcək”

Tokayev Qazaxıstan prezidenti kimi ilk səfərini Rusiyaya edəcək
21.03.2019, 15:50

Tokayev Qazaxıstan prezidenti kimi ilk səfərini Rusiyaya edəcək

Azərbaycan səyahət etmək üçün ən yaxşı ölkələr siyahısına daxil edilib
21.03.2019, 15:28

Azərbaycan səyahət etmək üçün ən yaxşı ölkələr siyahısına daxil edilib

Bakı-Sumqayıt magistralında yol qəzası
21.03.2019, 15:15

Bakı-Sumqayıt magistralında yol qəzası

Gələn aydan ailələrə uşaqpulu veriləcək? - RƏSMİ AÇIQLAMA
21.03.2019, 14:53

Gələn aydan ailələrə uşaqpulu veriləcək? - RƏSMİ AÇIQLAMA

Qəzetləri məğlub edən saytlar sosial şəbəkələrlə mübarizə apara biləcəkmi?
21.03.2019, 14:22

Qəzetləri məğlub edən saytlar sosial şəbəkələrlə mübarizə apara biləcəkmi?

Azərbaycan “Dostluq naminə futbol”da təmsil olunacaq
21.03.2019, 13:37

Azərbaycan “Dostluq naminə futbol”da təmsil olunacaq

Avtovağzallarda gücləndirilmiş iş rejiminin müddəti uzadıldı
21.03.2019, 13:28

Avtovağzallarda gücləndirilmiş iş rejiminin müddəti uzadıldı

Sabahın HAVASI: Çiskinli yağış ehtimalı var
21.03.2019, 13:26

Sabahın HAVASI: Çiskinli yağış ehtimalı var

Əfqanıstanda PARTLAYIŞ: 6 ölü, 23 yaralı
21.03.2019, 13:00

Əfqanıstanda PARTLAYIŞ: 6 ölü, 23 yaralı

Azercell daha bir uğura imza atdı
21.03.2019, 12:34

Azercell daha bir uğura imza atdı

Qaradağda 2 otaqlı evdə YANĞIN
21.03.2019, 12:17

Qaradağda 2 otaqlı evdə YANĞIN

Mehriban Əliyeva Dariqa Nazarbayevanı təbrik edib
21.03.2019, 11:26

Mehriban Əliyeva Dariqa Nazarbayevanı təbrik edib

Polis həyətində çətənə əkəni saxladı
21.03.2019, 11:25

Polis həyətində çətənə əkəni saxladı

Bakı Novruzu belə qeyd edir - FOTOLAR
21.03.2019, 11:15

Bakı Novruzu belə qeyd edir - FOTOLAR

İrana gedən Azərbaycan vətəndaşlarının sayı 83,8 faiz artıb - RƏSMİ
21.03.2019, 11:04

İrana gedən Azərbaycan vətəndaşlarının sayı 83,8 faiz artıb - RƏSMİ

Bu təqdirdə Azərbaycan Cənub-Cənub əməkdaşlığına daha fəal töhfə verə biləcək
21.03.2019, 10:50

Bu təqdirdə Azərbaycan Cənub-Cənub əməkdaşlığına daha fəal töhfə verə biləcək

Amerikada soydaşlarımızı bir araya gətirməyi bacaran azərbaycanlı - FOTOLAR
21.03.2019, 10:43

Amerikada soydaşlarımızı bir araya gətirməyi bacaran azərbaycanlı - FOTOLAR

Bakıda sərnişin avtobusu yandı
21.03.2019, 10:33

Bakıda sərnişin avtobusu yandı

“Bosniya qəssabı”nın cəzası ömürlük həbslə əvəz olundu
21.03.2019, 10:21

“Bosniya qəssabı”nın cəzası ömürlük həbslə əvəz olundu

Ermənilər atəşkəsi 30 dəfə pozdu
21.03.2019, 10:00

Ermənilər atəşkəsi 30 dəfə pozdu

Azərbaycanda dövlət hesabına dərmanla təmin olunan xəstələrin SAYI
21.03.2019, 09:35

Azərbaycanda dövlət hesabına dərmanla təmin olunan xəstələrin SAYI

Azərbaycana yaz fəsli gəldi   
21.03.2019, 01:58

Azərbaycana yaz fəsli gəldi  

Bu gün Avropa Çempionatının seçmə mərhələsi başlayır - TƏQVİM  
21.03.2019, 01:45

Bu gün Avropa Çempionatının seçmə mərhələsi başlayır - TƏQVİM  

Millimizin baş məşqçisi: “İstəyirik ki, rəqibə xoş olmayan sürpriz edək”
21.03.2019, 01:36

Millimizin baş məşqçisi: “İstəyirik ki, rəqibə xoş olmayan sürpriz edək”

Göyçayda faciə - gənc bədbəxt hadisənin qurbanı oldu   
21.03.2019, 01:24

Göyçayda faciə - gənc bədbəxt hadisənin qurbanı oldu  

Samuxda ər arvadını bıçaqladı
21.03.2019, 00:11

Samuxda ər arvadını bıçaqladı

Kral əyləncəyə 23 milyard dollar ayırdı
20.03.2019, 23:46

Kral əyləncəyə 23 milyard dollar ayırdı

Vergilər Nazirliyinin “Veysəloğlu”nu cərimələdiyi təsdiqləndi    
20.03.2019, 23:38

Vergilər Nazirliyinin “Veysəloğlu”nu cərimələdiyi təsdiqləndi  

Qazaxıstanın mərkəzi küçələrə Nursultan Nazarbayevin adı verilib
20.03.2019, 23:28

Qazaxıstanın mərkəzi küçələrə Nursultan Nazarbayevin adı verilib

FED baza faiz dərəcəsini dəyişmədi
20.03.2019, 23:10

FED baza faiz dərəcəsini dəyişmədi

Növbəti  Ay tutulması müşahidə edilir
20.03.2019, 22:27

Növbəti  Ay tutulması müşahidə edilir

Türkiyədə terror təşkilatının azərbaycanlı üzvü saxlanıldı
20.03.2019, 22:07

Türkiyədə terror təşkilatının azərbaycanlı üzvü saxlanıldı

Azərbaycan millisinin oyununu bu hakimlər idarə edəcək   
20.03.2019, 21:50

Azərbaycan millisinin oyununu bu hakimlər idarə edəcək  

Rus turistlərdən film kimi cinayət
20.03.2019, 21:29

Rus turistlərdən film kimi cinayət

Avtomobildə 27 yaşlı azərbaycanlı gəncin meyiti tapıldı
20.03.2019, 21:10

Avtomobildə 27 yaşlı azərbaycanlı gəncin meyiti tapıldı

Rusiyadan Azərbaycana gələn turistlərin sayı 2 faiz artıb
20.03.2019, 21:01

Rusiyadan Azərbaycana gələn turistlərin sayı 2 faiz artıb

Heydər Əliyev Fondu sosial xidmət müəssisəsində Novruz şənliyi təşkil etdi - FOTO
20.03.2019, 20:49

Heydər Əliyev Fondu sosial xidmət müəssisəsində Novruz şənliyi təşkil etdi - FOTO

Qubada maşınlar qar uçqunu altında qaldı
20.03.2019, 20:32

Qubada maşınlar qar uçqunu altında qaldı

Azərbaycanın Serbiyadakı səfirliyində bayram tədbiri - FOTO
20.03.2019, 20:18

Azərbaycanın Serbiyadakı səfirliyində bayram tədbiri - FOTO

Zəlzələdə 3 nəfər xəsarət aldı
20.03.2019, 20:03

Zəlzələdə 3 nəfər xəsarət aldı

Milli komandamıza daha iki xorvat məşqçi götürüldü
20.03.2019, 19:45

Milli komandamıza daha iki xorvat məşqçi götürüldü

“Qlobal çağırışlar: ekstremizmə qarşı diasporun rolu” mövzusunda müzakirələr aparılıb
20.03.2019, 18:22

Qlobal çağırışlar: ekstremizmə qarşı diasporun rolu mövzusunda müzakirələr aparılıb

ABŞ Azərbaycanda məhkum olunmuş şəxslərin əfv olunmasını alqışlayıb
20.03.2019, 18:18

ABŞ Azərbaycanda məhkum olunmuş şəxslərin əfv olunmasını alqışlayıb

Türkiyədə zəlzələ oldu, məktəblər bağlandı
20.03.2019, 17:11

Türkiyədə zəlzələ oldu, məktəblər bağlandı

ARXİV