Modern.az

Nazirlik ehtiyata buraxılan hərbi qulluqçuları belə yola saldı - FOTO

Nazirlik ehtiyata buraxılan hərbi qulluqçuları belə yola saldı - FOTO

14 Oktyabr 2018, 16:14

“Azərbaycan Respublikası vətəndaşlarının 2018-ci il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Azərbaycan Prezidentinin müvafiq Sərəncamının icrası ilə bağlı Müdafiə nazirinin əmrinə əsasən birlik, birləşmə və hərbi hissələrdə tədbirlər həyata keçirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Modern.az-a bildiriblər ki, cəbhəboyu zonada yerləşən “N” saylı hərbi hissədə xidmət müddəti başa çatmış bir qrup hərbi qulluqçunun ehtiyata buraxılması ilə əlaqədar “Vətənə xidmətinə görə sağ ol!” adlı təntənəli yolasalma mərasimi keçirilib.

Tədbir xalqımızın ümummilli lideri Heydər Əliyevin və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, dövlət himninin ifası və dövlət bayrağının mərasimə gətirilməsi ilə başlayıb.

Sonra xidmət müddəti başa çatmış hərbi qulluqçular döyüş növbətçiliyini qəbul edən gənc əsgər yoldaşlarına rəmzi olaraq silah, zirehli jilet və dəbilqələri təqdim ediblər. Gənc əsgərlər uğurla, Vətənə şərəflə xidmət edəcəklərinə, torpaqlarımızın keşiyində ayıq-sayıq dayanacaqlarına söz veriblər.

Tədbirdə Müdafiə Nazirliyi rəhbərliyinin və birlik komandirinin ehtiyata buraxılan şəxsi heyətə təbriki çatdırılılıb.

Mərasimdə çıxış edən zabitlər Münasib Babayev, Elşad Əbilov, Eldəniz İmaməliyev, Seymur Həbibullahov və əsgər valideyni Amid Bayramov ehtiyata buraxılan hərbi qulluqçuları təbrik edərək, döyüş növbətçiliyini yeni qəbul edən əsgərlərə gələcək xidmətlərində uğurlar və qələbə sevinci arzulayıblar.

Təntənəli mərasim xidmət müddətində fərqlənmiş və nailiyyətlər əldə etmiş hərbi qulluqçuların mükafatlandırılması, bayram naharı və konsert proqramı ilə başa çatıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi