Modern.az

Azərbaycan Malta ilə bacarmadı - VİDEO

Azərbaycan Malta ilə bacarmadı - VİDEO

14 Oktyabr 2018, 22:00

Azərbaycan-Malta oyunu heç-heçə başa çatdı - 1:1.

***
Azərbaycan Malta ilə oyunda hesabı bərabərləşdirib. Oyunun 53-cü dəqiqəsində Mahir Mədətovun ötürməsindən sonra Araz Abdullayev çərçivəni dəqiq nişan alıb. 1:1



***

Azərbaycan - Malta oyununda hesab açıldı. Modern.az xəbər verir ki, Malta komandası matçda ilk təhlükəli hücumunda qol vurub. 37-ci dəqiqədə fərqlənin rəqibin oyunçusu Muskat olub - 0:1

 

20:00

 

Futbol üzrə UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində növbəti oyunlar keçirilir. Modern.az xəbər verir ki, D liqasının 3-cü qrupunda yer alan Azərbaycan millisi doğma meydanda Malta yığmasını qəbul edir. Bakı Olimpiya Stadionunda keçirilən oyunda komandalar yaşıl meydana bu heyətlə çıxıb:

 

Azərbaycan millisinin heyətində meydana Kamran Ağayev, Rahil Məmmədov, Bədavi Hüseynov, Maksim Medvedev, Pavel Paşayev, Qara Qarayev, Riçard Almeyda, Dmitri Nazarov, Araz Abdullayev, Mahir Mədətov və Rüfət Dadaşov çıxacaqlar.

 

Malta yığmasının start heyətində isə Endryu Hoqq, Cozef Zerafa, Stiv Borq, Andrey Aqius, Pol Fenek, Cozef Mbonq, Andre Şembri, Rouen Muskat, Xuan Korbolan, Rayan Kamileri və Albert Effionq yer alıblar.

 

Oyunu Xorvatiyadan olan hakimlər briqadası idarə edir. Matçın baş hakimi İvan Bebek, onun köməkçiləri isə Tomislav Petroviç və Miro Qrqiçdir. Dördüncü hakim funksiyasını Qoran Pataki yerinə yetirir.

 

Qrupun digər oyununda Farer Adaları millisi doğma meydanda Kosovo seçməsini qəbul edir.

 

Qeyd edək ki, üç turdan sonra Qurban Qurbanovun yetirmələri 5 xalla qrupda ikinci pillədə qərarlaşıblar. Kosovo 7 xalla birinci, Farer Adaları 3 xalla üçüncü, Malta isə 1 xalla sonuncu yerdədir. Sentyabrın 7-də Bakıda Kosovo seçməsi ilə heç-heçə (0:0) edən Azərbaycan yığması üç gün sonra Malta səfərindən bir xalla qayıdıb – 1:1. Komandamız oktyabrın 11-də səfərdə Farer Adaları yığmasının qapısından üç cavabsız top keçirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır