Modern.az

“Telegram”ın işində problem yarandı

“Telegram”ın işində problem yarandı

14 Oktyabr 2018, 21:34

Dünyanın bir sıra regionlarında "Telegram" messencerinin işində problem yaranıb. Modern.az xəbər verir ki, bu barədə messencerin "Twitter" mikrobloqunda məlumat yayılıb.

 

Məlumatda bildirilir ki, "Telegram"ın klaster serverlərindən biri işləmir. Bu səbəbdən yaranan problem Yaxın Şərq, Afrika və Avropanın bəzi hissələrində özünü göstərib.

 

Qeyd olunur ki, mütəxəssislər hamını şəbəkəyə qaytarmaq üzərində işləyirlər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı