Modern.az

Əməkdar jurnalist Yusif Kərimov dünyasını dəyişdi  

Əməkdar jurnalist Yusif Kərimov dünyasını dəyişdi   

14 Oktyabr 2018, 23:43

Əməkdar jurnalist, Azərbaycan Mətbuat Şurasınının Ahıl Jurnalistlər Məclisinin sədri, tanınmış yazıçı  Yusif Kərimov bu gün dünyasını dəyişib...

Modern.az-ın məlumatına görə, xəbəri Mətbuat Şurasınının Ahıl Jurnalistlər Məclisinin sədr müavini Məzahir Süleymanzadə verib. Mərhumun cənazəsi oktyabrın 15-də, saat 14.00-da Universitet məscidinin yaxınlığından, Mirəli Seyidov küçəsi-1 ünvanından götürüləcək. Dəfn mərasimi Xırdalan qəbristanlığında olacaq


Yusif Kərimov 1940-cı il mayın 5-də Bərdə şəhərində anadan olub.

Burada 1 saylı orta məktəbi bitirdikdən sonra ADU-nun jurnalistika fakültəsində təhsil alıb (1957-1962). Beyləqan rayonunda "Yüksəliş" adlı rayonlararası qəzetin redaksiyasında məsul katib (1962-1964), "Bakı" axşam qəzeti redaksiyasında şöbə müdiri (1964-1973), Azərbaycan televiziyasının gənclər üçün proqram Baş redaksiyasında şöbə müdiri, baş redaktor (1973-1978) işləyib.

Bakı Ali Partiya Məktəbində təhsilini davam etdirib (1978-1980). "Azərbaycan gəncləri" qəzetinin redaktoru olub (1981-1995). Mərkəzi seçki komissiyasının mətbuat katibi (1995-1997), Azərbaycan Respublikası Ticarət Nazirliyi Mətbuat Xidmətinin rəhbəri (1997-2001) işləyib.

Son illər Azərbaycan Mətbuat Şurasınının Ahıl Jurnalistlər Məclisinin sədri kimi fəaliyyət göstərirdi.

Allah rəhmət eləsin!

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır