Modern.az

Ərdoğan itkin jurnalistlə bağlı krala zəng etdi

Ərdoğan itkin jurnalistlə bağlı krala zəng etdi

15 Oktyabr 2018, 08:42

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səud arasında telefon danışığı olub.

Modern.az saytı “Anadolu” Agentliyinə istinadən xəbər verir ki, rəsmi mənbələrin məlumatına görə, dövlət başçıları Səudiyyə Ərəbistanı əsilli jurnalist Camal Kaşıkçının oktyabrın 2-də İstanbulda itkin düşməsi məsələsini müzakirə ediblər.

Tərəflər hadisə ilə bağlı birgə tədqiqat qrupunun yaradılmasının əhəmiyyətini vurğulayıblar.

 

Qeyd edək ki, ournalist Camal Kaşıkçı oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğuna girdikdən sonra yoxa çıxıb.

O, səfirliyə sənəd almaq üçün gedibmiş. Nişanlısı isə onu bayırda gözləyirmiş.

Türkiyə hakimiyyəti hesab edir ki, jurnalisti konsulluğun binasında öldürüblər.

Səudiyyə Ərəbistanı isə ittihamı rədd edir.

Camal Kaşıkçı Səudiyyə Ərəbistanının Yəmən siyasətini və fərqli düşünənləri boğmasını tənqid edən yazıları ilə tanınırdı.

O, "Vaşinqton Post” qəzeti ilə əməkdaşlıq edirdi.


ABŞ prezidenti Donald Trump isə deyib ki, əgər jurnalistin yoxa çıxmasında Səudiyyənin əli olduğu təsdiqlənərsə, o, Səudiyyə Ərəbistanını cəzalandıracaq. Yeri gəlmişkən, ABŞ prezidenti yoxa çıxmış səudiyyəli jurnalist Camal Kaşıkçının nişanlısı Xadija Cengizi Ağ evə dəvət edib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Sərhədimiz POZULDU - Hərbçilərimiz ATƏŞ AÇDI