Modern.az

Nazim Hikmətin oğlu ÖLDÜ

Nazim Hikmətin oğlu ÖLDÜ

Ədəbi̇yyat

15 Oktyabr 2018, 09:03

Dünyaca məşhur şair Nazım Hikmətin oğlu rəssam Mehmet Nazım Fransada vəfat edib.

Modern.az saytı xarici KİV-lərə istinadən xəbər verir ki, Parisdə yaşayan Mehmet Nazimin ölümünü rəssam dostu Utku Varlık sosial şəbəkələrdə bəyan edib.

Türkiyənin ünlü şairi Nazım Hikmət 1950-ci ildə həbsxanadan çıxdıqdan sonra Münəvvər Andaçla yaşayıb. Bu ilişkiden 1951-ci ildə oğlu Mehmet dünyaya gəlib. Ancak Nazim Hikmətlə Münəvvər Andaç rəsmi olarak evli deyildi. Şair oğlu üç aylıqkən Türkiyədən ayrılıb. Mehmet Nazım sonralar atası Nazım Hikmətdən küsüb. Və bu günə qədər də atası haqqında heç bir açıqlama verməyib.

Nazim Hikmət sonralar Bolgarıstanın Varna şəhərində oğlu üçün “Mehmet” adlı şeir yazmışdı. Nazim Hikmət şeirdə deyirdi:

"Karşı yaka memleket,
sesleniyorum Varnadan,
işitiyor musun?
Memet! Memet!
Karadeniz akıyor durmadan,
deli hasret, deli hasret,
oğlum, sana sesleniyorum,
işitiyor musun?
Memet! Memet!”

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi