Modern.az

“Heç nəyə ehtiyacım yoxdur” - Xərçəngdən əziyyət çəkən aktrisa  

“Heç nəyə ehtiyacım yoxdur” - Xərçəngdən əziyyət çəkən aktrisa   

15 Oktyabr 2018, 09:42

“Allaha şükürlər olsun ki, səhhətim qaydasındadır. Bir neçə il bundan əvvəl səhhətimdə müəyyən narahatlıqlar vardı. İndi elə dərin narahatlığım yoxdur. Müayinələrimi vaxtlı-vaxtında davam etdirirəm”.

Bunu Modern.az-a açıqlamasında əməkdar artist, tanınmnış aktrisa Kübra Əliyeva səhhətindən danışarkən deyib.

“Evimdə balalarımla oturmuşam. Heç nəyə də ehtiyacım yoxdur”- əməkdar artist əlavə edib.

Kübra Əliyeva aktrisalıq fəaliyyətindən danışarkən yaradıcı mühitdən uzaq olduğunu gizlətməyib.

“Bir neçə il bundan qabaq səhhətimdə yaranan problem sənətlə məşğul olmağımı əngəllədi. İndi isə təqaüddə olan aktrisayam və ona görə də  yaradıcı işlə məşğul olmuram”.

Qeyd edək ki, əməkdar artist Kübra Əliyeva bir neçə ildir ki, xərçəng xəstəliyindən əziyyət çəkir. Onun hər iki döşü xəstəliklə əlaqədar amputasiya olunub.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir