Modern.az

Badamdardakı evlərin hasarlarına gipsdən mayaklar qoyulub - NAZİRLİK

Badamdardakı evlərin hasarlarına gipsdən mayaklar qoyulub - NAZİRLİK

15 Oktyabr 2018, 09:55

Badamdar-20-ci sahə avtomobil yolundakı sürüşmənin dinamikasını nəzarətdə saxlamaq üçün ərazinin üst hissəsindəki evlərin hasarlarına gips mayaklar qoyulub.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, sürüşmə zonasında nisbi stabiillik qalmaqdadir.

 

Sürüşmə kütləsi üzərində vizual hiss olunan dəyişiklik baş verməyib. Kütləni təşkil edən pozulmuş süxurların ara-sıra yamac boyu hərəkəti qeydə alınıb.

 

Qeyd edək ki, Badamdar bu gün 20-ci sahə yolu kənarında baş verən sürüşmə prosesinin gedişatına nəzarətin gücləndirilməsi, mütəmadi müşahidələrin mərkəziləşdirilmiş qaydada təşkili məqsədi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tərəfindən Qərərgah yaradılıb.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir