Modern.az

“Qırmızı kitab”a düşmüş quşu ovlayan saxlanıldı

“Qırmızı kitab”a düşmüş quşu ovlayan saxlanıldı

Aktual

15 Oktyabr 2018, 10:27

Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin əməkdaşları tərəfindən Biləsuvar rayonunun “Platina” adlanan ərazisində icazəsiz ova cəhd edən şəxslər saxlanılıb.

 

Nazirlikdən Modern.az-a verilən məlumata görə həmin şəzslərdən 3 ov tüfəngi götürülüb.

 

Araşdırma zamanı brakonyerlərin Yevlax şəhər sakini Fazil Talıbov, Bərdə rayon sakini Qəzənfər Abdullayev və Cəbrayıl rayon sakini Söhrab Balakişiyev olduğu məlum olub.

 

Faktla bağlı təqsirkarlar barəsində akt, protokol tərtib olunub və inzibati qaydada hər biri 1000 manat məbləğində cərimə edilib.

 

Xaçmaz rayonununXəzər dənizinin sahil zolağında  isə adı “Qırmızı kitab”a düşmüş Şahin quşunu ovlamağa cəhd edən brakonyer saxlanılıb. Ondan Şahin quşunun tutulması üçün istifadə edilən ov alətləri və 2 göyərçin götürülüb.

 

Araşdırma zamanı  brakonyerin Bakı şəhər sakiniYaqub Qurbanov olduğu müəyyən edilib.

 

Faktla bağlı Y.Qurbanova  inzibati qaydada 1000 manat məbləğində cərimə tətbiq olunub.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür