Modern.az

Beynəlxalq Bankın aktivləri 8.3 milyard manatdan çoxdur

Beynəlxalq Bankın aktivləri 8.3 milyard manatdan çoxdur

15 Oktyabr 2018, 11:02

Azərbaycan Beynəlxalq Bankı (ABB) 2018-ci ilin 9 ayı üzrə fəaliyyət göstəricilərini açıqlayıb.

Bankdan Modern.az-a verilən məlumata görə, 30 sentyabr 2018-ci il tarixinə Azərbaycan Beynəlxalq Bankının aktivləri 8.32 milyard manat, balans kapitalı – 1.28 milyard manat təşkil edib. Bu dövrdə bankın kredit portfeli 1.7 milyard manat, fiziki şəxslərin bankdakı depozitlərinin həcmi 1.22 milyard manat olub. Cari ilin ötən dövrü ərzində bank tərəfindən real sektora 200 milyon manata yaxın həcmdə kredit və qarantiyalar verilib.

Fəaliyyətin səmərəliliyinin və effektivliyinin artırılması Azərbaycan Beynəlxalq Bankının mənfəətinə də müsbət təsir göstərib. Bank ilin 9 ayını 319 milyon manat mənfəətlə başa vurub. Bu dövrdə bankın faiz gəlirləri – 308 milyon manat təşkil edib. Bankın əməliyyat gəlirləri 87 milyon manat olmaqla qeyri-faiz xərclərini tam qarşılayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir