19 yanvar 2019, Şənbə
Ana Səhifə - GÜNDƏM - Mətbuat Şurası jurnalistin ölümü ilə bağlı nekroloq yaydı  
Mətbuat Şurası jurnalistin ölümü ilə bağlı nekroloq yaydı  
15.10.2018, 13:09

Mətbuat Şurası Əməkdar jurnalist Yusif Kərimovun ölümü ilə bağlı nekroloq yayıb. Modern.az-ın məlumatına görə, nekroloqda deyilir:

“Azərbaycan jurnalistikasına, publisistikasına və ədəbiyyatına ağır itki üz verib. Azərbaycan Respublikasının əməkdar jurnalisti Yusif Abbas oğlu Kərimov ömrünün 79-cu ilində dünyasını dəyişib. Bundan kədərlənir, mərhumun doğmalarının, əzizlərinin, yaxınlarının və dostlarının üzüntüsünü paylaşır, dərin hüznlə başsağlığı veririk.

Yusif Kərimov 1940-cı il mayın 5-də Bərdə rayonunda anadan olub. 1957-1962-ci illərdə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil alıb. Tələbəlik illərindən aktual mövzularda yazıları, bədii nümunələri ilə seçilmiş Y.Kərimov peşəkar əmək fəaliyyətinə ölkənin avanqard dövri nəşri olan “Kommunist” ( indiki “Xalq qəzeti”) qəzetində başlayıb. Az sonra Beyləqan rayonunda nəşrə başlamış “Yüksəliş” rayonlararası qəzetinin redaksiyasına məsul katib göndərilib, eyni zamanda “Kommunist” qəzetinin xüsusi müxbiri vəzifəsini də yerinə yetirib. 1964-cü ildə “Bakı” axşam qəzeti redaksiyasına şöbə müdiri dəvət edilmiş istedadlı jurnalist 1973-cü ilədək paytaxtın bu nüfuzlu gündəlik nəşrində çalışıb.

Yusif Kərimov sonrakı 5 ildə Azərbaycan Dövlət Teleradio Verilişləri Komitəsində televiziyanın gənclər üçün proqramlar baş redaksiyasında şöbə müdiri və  baş redaktor işləyib. Jurnalistikadakı rəhbər vəzifələrdə özünü təşəbbüskar və məsuliyyətli yazar kimi doğrulmuş, ədəbi-publisistik yaradıcılığı ilə geniş auditoriyada tanınmış nasir-jurnalist 1978-1980-ci illərdə Bakı Ali Partiya Məktəbində ali siyasi jurnalist təhsili alıb.

Y.Kərimov 1980-ci ildə “Azərbaycan gəncləri” qəzetinə redaktor təyin edilib.  14 il respublikanın bu populyar nəşrinə bacarıqla rəhbərlik edib. 1995-1997-ci illərdə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasının mətbuat katibi, 1997-2001-ci illərdə isə Azərbaycan Respublikası Ticarət Nazirliyinin mətbuat xidmətinin rəhbəri olub.

Yusif Kərimov təqaüdə çıxdıqdan sonra Bakı Dövlət Universistetinin jurnalistika fakültəsində müəllimlik fəaliyyətini davam etdirib, dəfələrlə jurnalistika üzrə dövlət imtahan komissiyasının sədri olub.

Azərbaycan Mətbuat Şurasının tərkibində ölkə jurnalistlərinin veteran təşkilatı kimi yaradılmış Ahıl Jurnalistlər Məclisinə 10 ilədək rəhbərlik etmiş Y.Kərimov yaşlı nəsil həmkarlarının sosial problemlərinin həllində, onların istimai-siyasi həyatda iştirakında səmərəli fəaliyyəti ilə örnək olub.

Uzun illər ədəbi yaradıcılığı jurnalistlik fəaliyyətilə paralel davam etdirmiş Yusif Kərimov bir sıra hekayə, povest və romanları ilə də tanınıb, ədəbi-bədii prosesin seçilmiş nümayəndələrindən birinə çevrilib. “Yollar... Axtarışlar”, “Bir buta gül”, “Tavridada şimşək çaxır”, “Üçbucaq”, “Gün ötər, geri dönməz”, “Qırmızı sahil”, “Lalə və kəpənək”, “Pərişan eşqim”, “İtkilər və ümidlər”, “İçimə açılan pəncərə”, “Qarabağ şikəstəsi”, “Sarı gəlin” kimi oçerk və məqalə topluları, müxtəlif janrlı nəsr əsərlərindən ibarət kitabları, çoxsaylı qəzet-jurnal yazıları, teleradio verilişləri, film ssenariləri  və tərcümələri ustad jurnalistə geniş oxucu auditoriyası qazandırıb.

Yusif Kərimov gənc nasirlərin və jurnalistlərin milli ruhda yetişməsinə, püxtələşməsinə, yaradıcılıq uğurları qazanmasına qayğı göstərmiş, öz ardıcıllarını yetişdirmiş ədib və ziyalı kimi cəmiyyətdə böyük ehtiram qazanıb. Onun zəngin ədəbi-publisistik irsi ədəbiyyatımızın və jurnalistikamızın xəzinəsndə özünə layiqli yer tutur.

Azərbaycan ədəbiyyatının və jurnalistikasının tanınmış nümayəndəsi, ustad yazar,  yurdsevər ziyalı, fəal vətəndaş, səmimi insan, gözəl dost Yusif Kərimovun nurlu xatirəsi onu tanıyanların, qədirbilən insanların qəlbində daim yaşayacaqdır.

 

Allah rəhmət eləsin!”.


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Avtoqəzada yaralanan sürücü xəstəxanada öldü
19.01.2019, 00:27

Avtoqəzada yaralanan sürücü xəstəxanada öldü

Meksikada 6 bal gücündə zəlzələ
19.01.2019, 00:16

Meksikada 6 bal gücündə zəlzələ

Trampla Kim Çen İn fevralda yenidən görüşəcək
18.01.2019, 23:59

Trampla Kim Çen İn fevralda yenidən görüşəcək

Əllə oynayan futbolçulara yeni cəza
18.01.2019, 23:42

Əllə oynayan futbolçulara yeni cəza

Azərbaycan nefti bir qədər də ucuzlaşdı
18.01.2019, 23:31

Azərbaycan nefti bir qədər də ucuzlaşdı

Terrorçuluğa qarşı əməliyyatda 43 nəfər yaxalandı   
18.01.2019, 23:07

Terrorçuluğa qarşı əməliyyatda 43 nəfər yaxalandı  

Qəzzada qarşıdurma: 30 yaralı
18.01.2019, 22:47

Qəzzada qarşıdurma: 30 yaralı

Bakıda itkin düşən uşaq tapıldı
18.01.2019, 22:30

Bakıda itkin düşən uşaq tapıldı

“Qalatasaray” heyətinə yeni futbolçu qatdı
18.01.2019, 22:16

“Qalatasaray” heyətinə yeni futbolçu qatdı

Fransada aksiyaların yeni mərhələsi başlayır
18.01.2019, 21:59

Fransada aksiyaların yeni mərhələsi başlayır

Azərbaycanın axtarışa verdiyi şəxs Rusiyada tutuldu
18.01.2019, 21:44

Azərbaycanın axtarışa verdiyi şəxs Rusiyada tutuldu

Yaponiyada güclü zəlzələ
18.01.2019, 21:24

Yaponiyada güclü zəlzələ

“Oksigen” klinikasında yanğın
18.01.2019, 21:10

“Oksigen” klinikasında yanğın

Müdafiə nazirləri Brüsselə toplanır
18.01.2019, 20:56

Müdafiə nazirləri Brüsselə toplanır

Məhkumlardan 96 mobil telefon götürülüb
18.01.2019, 20:43

Məhkumlardan 96 mobil telefon götürülüb

“Gördün... Elmira Qafarova kişi qızıdır”
18.01.2019, 20:42

“Gördün... Elmira Qafarova kişi qızıdır”

Neftçalada üç uşaq anası itkin düşdü - FOTO
18.01.2019, 20:32

Neftçalada üç uşaq anası itkin düşdü - FOTO

ABŞ-ın bombaladığı şəhərdə 20 nəfər öldü
18.01.2019, 20:27

ABŞ-ın bombaladığı şəhərdə 20 nəfər öldü

Qeydə alınan prezidentliyə namizədlərin sayı 10-a çatdı
18.01.2019, 20:18

Qeydə alınan prezidentliyə namizədlərin sayı 10-a çatdı

Xəstəxanada girov saxlanılan qadın azad edildi
18.01.2019, 20:02

Xəstəxanada girov saxlanılan qadın azad edildi

Əhali bir ildə ərzaq, içki və siqaretə 18,6 milyard manat xərcləyib
18.01.2019, 20:00

Əhali bir ildə ərzaq, içki və siqaretə 18,6 milyard manat xərcləyib

DİQQƏT! Bu yol nişanlarında dəyişiklik edilir
18.01.2019, 19:46

DİQQƏT! Bu yol nişanlarında dəyişiklik edilir

Robert Koçaryanın həbs müddəti uzadıldı
18.01.2019, 19:34

Robert Koçaryanın həbs müddəti uzadıldı

Rəsmi Bakıdan Rusiyaya ETİRAZ: Azərbaycanla ultimativ tərzdə danışmaq qəbuledilməzdir
18.01.2019, 19:25

Rəsmi Bakıdan Rusiyaya ETİRAZ: Azərbaycanla ultimativ tərzdə danışmaq qəbuledilməzdir

Diasporla İş üzrə Dövlət Komitəsində 20 Yanvar qurbanları anılıb
18.01.2019, 19:14

Diasporla İş üzrə Dövlət Komitəsində 20 Yanvar qurbanları anılıb

Sınaq imtahanlarına qeydiyyat sabah başa çatır
18.01.2019, 19:08

Sınaq imtahanlarına qeydiyyat sabah başa çatır

Zimbabvenin Prezidenti Azərbaycana işgüzar səfərə gəlib
18.01.2019, 18:55

Zimbabvenin Prezidenti Azərbaycana işgüzar səfərə gəlib

Bu nazirliyin qurumlarından 3-ü birləşdirilir - SİYAHI
18.01.2019, 18:48

Bu nazirliyin qurumlarından 3-ü birləşdirilir - SİYAHI

Çaylarda suyun səviyyəsi artıb
18.01.2019, 18:36

Çaylarda suyun səviyyəsi artıb

Bu nazirliyin tərkibindəki qurum ləğv edildi
18.01.2019, 18:28

Bu nazirliyin tərkibindəki qurum ləğv edildi

ÜST: Gürcüstanda “donuz qripi” adlı virus yoxdur
18.01.2019, 18:19

ÜST: Gürcüstanda “donuz qripi” adlı virus yoxdur

Sərnişini xilas etmək üçün əlverişsiz havada uçuş həyata keçirildi
18.01.2019, 18:11

Sərnişini xilas etmək üçün əlverişsiz havada uçuş həyata keçirildi

İstirahət günlərinin hava proqnozu açıqlandı
18.01.2019, 17:58

İstirahət günlərinin hava proqnozu açıqlandı

Tatlı və Düz Qışlaqda növbəti hesabat yığıncağı keçirildi
18.01.2019, 17:44

Tatlı və Düz Qışlaqda növbəti hesabat yığıncağı keçirildi

20 Yanvar şəhidlərinin müstəqillik arzuları bu gün çin olub
18.01.2019, 17:41

20 Yanvar şəhidlərinin müstəqillik arzuları bu gün çin olub

Mehriban Əliyeva fəxri medalla təltif edildi
18.01.2019, 17:38

Mehriban Əliyeva fəxri medalla təltif edildi

Nazir 2018-ci ilin hesabatını verdi - Pensiyalardan DANIŞDI
18.01.2019, 17:21

Nazir 2018-ci ilin hesabatını verdi - Pensiyalardan DANIŞDI

Sabiq birinci katib vəfat edib   
18.01.2019, 17:14

Sabiq birinci katib vəfat edib  

Manatın üçgünlük MƏZƏNNƏSİ
18.01.2019, 17:12

Manatın üçgünlük MƏZƏNNƏSİ

“... musiqi ilə həyat maraqlıdır” - ABŞ-da təhsil alan azərbaycanlı musiqiçi ilə MÜSAHİBƏ
18.01.2019, 17:08

“... musiqi ilə həyat maraqlıdır” - ABŞ-da təhsil alan azərbaycanlı musiqiçi ilə MÜSAHİBƏ

Deputat həkimlərdən ƏDV tutulmasının əleyhinə çıxdı   
18.01.2019, 16:59

Deputat həkimlərdən ƏDV tutulmasının əleyhinə çıxdı  

Metropoliten gücləndirilmiş iş rejiminə keçir
18.01.2019, 16:54

Metropoliten gücləndirilmiş iş rejiminə keçir

Azercell NNTV xidmətini təqdim edir
18.01.2019, 16:46

Azercell NNTV xidmətini təqdim edir

Səhiyyə komitəsi parlamentin iclaslarına hansı sənədlərlə gedir?
18.01.2019, 16:42

Səhiyyə komitəsi parlamentin iclaslarına hansı sənədlərlə gedir?

Rövşən Rzayev İmişlidə vətəndaşları qəbul etdi
18.01.2019, 16:26

Rövşən Rzayev İmişlidə vətəndaşları qəbul etdi

“İnsanlar növbə gözləyə-gözləyə həyatlarını itirirlər”
18.01.2019, 16:24

“İnsanlar növbə gözləyə-gözləyə həyatlarını itirirlər”

Məlahət İbrahimqızı stomatoloqlara etiraz etdi: “Parlamentdə dinləmə keçirilsin”
18.01.2019, 16:22

Məlahət İbrahimqızı stomatoloqlara etiraz etdi: “Parlamentdə dinləmə keçirilsin”

Qarabağın Azərbaycanlı İcması erməni seperataçılarına cavab verdi
18.01.2019, 16:22

Qarabağın Azərbaycanlı İcması erməni seperataçılarına cavab verdi

Avropa Birliyi Gürcüstandan narazıdır - Şengen vizası bərpa oluna bilər
18.01.2019, 16:18

Avropa Birliyi Gürcüstandan narazıdır - Şengen vizası bərpa oluna bilər

Deputat xəstəliklər, antibiotiklərlə bağlı həyəcan təbili çaldı
18.01.2019, 16:11

Deputat xəstəliklər, antibiotiklərlə bağlı həyəcan təbili çaldı

ARXİV