17 noyabr 2018, Şənbə
Ana Səhifə - PARLAMENT - Hər bir azərbaycanlının Prezidenti
Hər bir azərbaycanlının Prezidenti
15.10.2018, 13:32
Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə başlanan möhtəşəm inkişaf və quruculuq dövrünün 15-ci ili tamam olur. 2003-cü ilin prezident seçkilərində xalqımız ulu öndərin ən layiqli siyasi davamçısı cənab İlham Əliyevə etimad göstərməklə etibarlı gələcəyinə, daha güclü Azərbaycana və yüksəlişə səs verdi. 
 
Ümummilli etimad ünvanı 
 
Səttar MÖHBALIYEV,
Milli Məclisin deputatı,
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri:
 
- 15 oktyabr 2003-cü il. Bu təqvim həm Cənubi Qafqazın ən böyük siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasının, həm də müasir Azərbaycanın dövlətçilik tarixinin şanlı səhifələrindən biri kimi yaddaşlara yazılıb. Həmin gün ölkədə Prezident postuna azad, ədalətli və şəffaf şəkildə keçirilən 5-ci rəsmi seçkilərdə YAP-ın namizədi cənab İlham Əliyev seçicilərin 2 milyon 438 min 787 nəfərinin etimadını qazanaraq Azərbaycanın dövlət başçısı seçilib.

Bu, ilk növbədə, xalqın müasir Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyevə olan inamının göstəricisi idi. Çünki dahi şəxsiyyət seçkilərdən öncə xalqa müraciət edərək "O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” dedikdə, özünün alternativsiz siyasi kursunu davam etdirə biləcək ünvanı göstərmişdi. Ulu öndər tam əmin idi ki, müstəqil Azərbaycanın işıqlı gələcəyi üçün məyyənləşdirdiyi inkişaf konsepsiyasını məhz cənab İlham Əliyev uğurla davam etdirərək reallığa çevirə bilər.

Belə bir şəxsiyyətin respublikamıza rəhbər seçilməsi dünyanın tərəqqipərvər, sabitlik, demokratiya, sülh, rifah, inteqrasiya şəraitində yaşamağa üstünlük verən bütün mütərəqqi qüvvələri tərəfindən həm Azərbaycanda, həm də regionda ictimai-siyasi proseslərin məntiqindən doğan labüd hadisə kimi qarşılandı.

Bu gün Azərbaycan xalqı ona görə xoşbəxtdir ki, dahi şəxsiyyət özünün qurub-yaratdığı şah əsəri olan müstəqil respublikamızın taleyini öz məktəbinin layiqli davamçısı cənab İlham Əliyevə əmanət edib. Heydər Əliyev dühasından bəhrələnərək onun siyasi kursunu 15 ildir ki, ləyaqətlə davam etdirən cənab İlham Əliyevin dövlətçilik bacarığı və rəhbərlik qabiliyyəti sayəsində bu gün müstəqil Azərbaycan dünyada qüdrətli dövlət kimi tanınır. Möhtərəm Prezident İlham Əliyev 15 il ərzində ulu öndərin müəyyən etdiyi inkişaf konsepsiyasını uğurla icra edərək Azərbaycanı tarixinin ən qüdrətli dövlətinə çevirib.

Ötən dövr Azərbaycanda bütün istiqamətlərdə böyük inkişafın müşahidə edilməsi, ölkəmizin bölgədə və dünyada mövqelərini gücləndirməsi ilə müşahidə olunur. Müstəqilliyimizin və ideoloji dayaqlarımızın daha da möhkəmləndirilməsinin, vətəndaş həmrəyliyinin bərqərar olmasının təməlində isə Azərbaycan dövlətinin milli maraqlarının qorunması dayanır.
Son 15 il ərzində Prezident İlham Əliyevin yürütdüyü siyasət Azərbaycanın müttəfiqlərinin və dostlarının sayını artırıb, ölkəmizin beynəlxalq müstəvidə layiqli yerini möhkəmləndirib. Bu gün regional təşəbbüslər Azərbaycanın möhkəmlənməsinə, həm də bölgədəki əməkdaşlığın inkişafına xidmət edir.

Azərbaycan Prezidentinin yürütdüyü uğurlu xarici siyasət nəticəsində ölkəmiz BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildi, dünyada nüfuzu artdı, beynəlxalq təşkilatlar Ermənistanı işğalçı dövlət kimi tanıdı. Azərbaycan Prezidentinin bu məsələdəki birmənalı mövqeyi təsdiqlədi ki, Dağlıq Qarabağın Azərbaycandan ayrılmaq mexanizmi yoxdur. Bununla belə, Azərbaycanın Dağlıq Qarabağ bölgəsində Ermənistanın apardığı etnik təmizləmə və işğal siyasəti nəticəsində doğma torpaqlarından qovulan bir milyon insanın həyat şəraitinin yaxşılaşdırılması, yeni qəsəbələrin salınması diqqətdə saxlanıldı.

Azərbaycanda ordu quruculuğu istiqamətində həyata keçirilən tədbirlər, Silahlı Qüvvələrin hərbi hazırlıq səviyyəsinin artırılması ilə bağlı görülən işlər Dağlıq Qarabağın Azərbaycandan qoparılması ilə bağlı bəzi dairələrdə yaranan əminliyi darmadağın etdi, xalqımızı ordumuzun etibarına inandırdı. Azərbaycanda güclü müdafiə sənayesi quruldu.

Bu dövrdə Azərbaycanın iqtisadi uğurları daha da böyüdü. İqtisadi nailiyyətləri ilə hər zaman diqqət mərkəzində olan ölkəmizin valyuta ehtiyatları, o cümlədən Azərbaycana qoyulan sərmayələrin həcmi artdı, güclü sahibkarlıq sinfi yarandı. 2003-cü ildə regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının icrasına başlayarkən Azərbaycan cəmi 1,8 milyard dollar valyuta ehtiyatlarına sahib idi. Ancaq bu gün həmin rəqəm 26,6 faiz artaraq 45 milyard dollara yüksəlib. Azərbaycan iqtisadiyyatına 250 milyard dollar investisiya yatırılıb. Bunun böyük hissəsi xarici sərmayədir. Yəni, Azərbaycanda yaradılan biznes və investisiya mühiti hər zaman xarici sərmayədarların diqqətini cəlb edib.

Son 15 ildə iqtisadiyyatın 3,2 dəfə artması isə dövlət başçısının söylədiyi kimi rekord göstəricidir. Bu, onu təsdiq edir ki, son 15 ildə iqtisadi cəhətdən Azərbaycan qədər inkişaf edən ikinci ölkə yoxdur. Bütün bunların sayəsində respublikanın bölgələrində inkişaf prosesləri sürətləndi, kənd təsərrüfatının müxtəlif sahələri ilə bağlı konkret proqramlar icra olundu. İşsizliyin və yoxsulluğun səviyyəsi aşağı düşdü, Azərbaycanda 1 milyon 600 mindən çox yeni iş yeri açıldı.

Ölkədə qeyri-neft sektorunun inkişafı neft strategiyasının məntiqi davamı oldu. Güclü iqtisadiyyatın hər bir ölkənin inkişafında mühüm amil olduğunu bəyan edən Prezident İlham Əliyev ölkə iqtisadiyyatında qeyri-neft sektorunun çəkisinin artırılması ilə bağlı tədbirlər gördü. Yüzlərlə səhiyyə ocağının, müalicə-diaqnostika mərkəzlərinin inşası səhiyyə sisteminin inkişafını göstərdi. Ölkədə minlərlə məktəb tikildi, təhsil müəssisələrinin maddi-texniki bazası gücləndirildi. Azərbaycanda nəqliyyat sisteminin yenidən qurulması ölkəmizin dünyaya çıxışını təmin etdi. Bütün bunların təməlində isə uğurlu enerji siyasəti dayandı.
Bakı-Tbilisi-Qars dəmir yolu, "Cənub qaz dəhlizi”, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının fəaliyyətə başlaması, "Şimal-Cənub”, "Şərq-Qərb” nəqliyyat dəhlizləri, ümumiyyətlə, nəhəng infrastruktur layihələrinin icrası Azərbaycanı regionun nəqliyyat-tranzit, eləcə də logistik mərkəzinə çevirdi.

Əgər 1994-cü ildə ulu öndər Heydər Əliyev Azərbaycanın iqtisadi inkişafının təməl daşı hesab olunan "Əsrin müqaviləsi”ni reallaşdırdısa, 23 il sonra, 2017-ci ilin sentyabrın 14-də cənab İlham Əliyev bu müqavilənin 2049-cu ilə kimi uzadılması ilə bağlı yeni "Əsrin müqaviləsi”nin imzalanmasına nail oldu.

Əgər 1971-ci ildə ölkəmizdə 1 milyard ton neft hasil olunması ilə bağlı tədbiri ulu öndər Heydər Əliyev keçirmişdirsə, 46 il sonra 2017-ci ildə 2 milyard ton neftin hasilatı ilə əlaqədar mərasimi Prezident İlham Əliyev təşkil etdi.
Bu tarixi reallıqlar bir daha təsdiq edir ki, dövlət başçısı 15 il müddətində yürütdüyü tam müstəqil siyasətlə Azərbaycanı tarixinin ən qüdrətli dövlətinə çevirib. 
 


Liderlik rəmzi
 
 
Nəsib MƏHƏMƏLİYEV,
Milli Məclisin deputatı
 
- Azərbaycanın yüksəlişini, beynəlxalq arealda qazandığı nüfuzu qiymətləndirərkən ulu öndər Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısındakı əvəzsiz xidmətləri hər birimizin gözü önündə canlanır. Ulu öndər tərəfindən görülən böyük işlərin, onun həyata keçirdiyi xilaskarlıq və quruculuq missiyalarının məntiqi nəticəsidir ki, bu gün xalqımız demokratik və hüquqi bir dövlətdə yaşamaq imkanını əldə etmiş, xoşbəxt gələcəyi üçün bütün təminatları yaratmışdır. Azərbaycanın indiki sürətli yüksəlişinin təməlində məhz Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyası dayanır.

Dahi şəxsiyyət yalnız Azərbaycanın davamlı inkişaf strategiyasının möhkəm təməlini qoymaqla kifayətlənmədi, bu strateji kursu davam etdirməyə qadir istedadlı, praqmatik və rasional təfəkkürlü, xalqını, dövlətini sevən, yüksək idarəçilik keyfiyyətlərinə malik siyasi davamçı və lider yetişdirdi. Ölkəmizin strateji inkişaf kursunu yeni dövrün tələblərinə uyğun şəkildə, yüksək dinamizmlə həyata keçirən Prezident İlham Əliyev fəaliyyəti və verdiyi vədləri əməli işi ilə doğrultmaqla ulu öndər Heydər Əliyevin ən layiqli siyasi davamçısı olduğunu sübuta yetirdi, milli ideyalara sadiqliyin mükəmməl nümunəsini yaratdı.

Azərbaycan xalqı ilk dəfə 2003-cü ildə cənab İlham Əliyevə səs verməklə Heydər Əliyev siyasi kursunun davamına, xoşbəxt və firavan yaşayışının etibarlı şəkildə təmin edilməsinə dəstək verdi. Cənab İlham Əliyevin ölkəmizə ilk dəfə prezident seçilməsindən 15 il ötür.
15 il dövlət üçün elə də uzun zaman kəsiyi deyil. Amma Azərbaycanın bu dövrdə qazandığı möhtəşəm nailiyyətlər, sosial-iqtisadi yüksəlişi, beynəlxalq imicinin artması, regionun lider dövlətinə və dünyanın enerji təhlükəsizliyinin əsas təminatçılarından birinə çevrilməsi ölkəmizin sanki onilliklərə bərabər inkişaf yolu keçdiyini düşünməyə əsas verir. Və bunların hamısı ilk növbədə, onu təsdiqləyir ki, müasir Azərbaycanın qurucusu ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan ölkəmizin inkişafına və modernləşdirilməsinə hədəflənmiş siyasət Prezident İlham Əliyevin rəhbərliyi ilə layiqincə davam etdirilir.

Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən düşünülmüş, təmkinli, lakin çevik və qətiyyətli, uzaqgörən siyasət nəticəsində ölkəmiz olduqca mühüm iqtisadi və sosial uğurlara nail olub. Azərbaycan hələ 9 il əvvəl keçid dövrünü uğurla başa vurub, qlobal maliyyə böhranlarını qısa müddətdə inkişafla əvəzləyib. Bu mənada Prezident İlham Əliyev çox qısa müddətdə ölkənin inkişafı istiqamətində çoxşaxəli islahatlar həyata keçirməklə Azərbaycanın ən yeni tarixinə qızıl hərflərlə yazılan uğurların müəllifidir. Belə ki, respublikamız müsbət iqtisadi göstəriciləri ilə yanaşı, həm də siyasi baxımdan sabit ölkə, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında etibarlı tərəfdaş, qlobal enerji və nəqliyyat layihələrinin iştirakçısı kimi tanınır. Bakı-Tbilisi-Ceyhan neft kəmərindən başlamış Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin, "Cənub qaz dəhlizi”nin istifadəyə verilməsinə qədər bütün möhtəşəm uğurlarımızın müəllifi Prezident İlham Əliyevdir.

Dövlət başçısının düşünülmüş, məqsədyönlü fəaliyyəti ölkəmizdə milli birliyin, sabitliyin daha da möhkəmlənməsinə, Azərbaycanın regional və beynəlxalq miqyasda nüfuzunun daha da artmasına gətirib çıxarıb. Bu siyasət həm də Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzv seçilməsini, kosmik klubun üzvünə və beynəlxalq tədbirlərin məkanına çevrilməsini təmin edib. Beləliklə, Prezident İlham Əliyev ölkəmizin inkişafı ilə yanaşı, həm də dünya birliyində onun mövqelərini davamlı şəkildə gücləndirib. Odur ki, fəaliyyəti ilə cəmiyyətimizdən daim dəstək alan, müasir qloballaşma dövründə istənilən məsələ üzrə Azərbaycanın milli maraqlarının sadiq təminatçısı kimi çıxış edən Prezident İlham Əliyev ulu öndərin layiqli davamçısı olaraq beynəlxalq miqyasda da əsl lider olaraq ehtiramla qarşılanır. Bu mənada fəxarət doğuran məqamlardan biri də Prezident İlham Əliyevin dünyada dərin analitik təfəkkürə və məqsədyönlü, düşünülmüş siyasi iradəyə malik lider kimi qəbul olunmasıdır. Qətiyyəti, diplomatik məharəti onu dünyanın nüfuzlu siyasi rəhbərləri cərgəsinə çıxarıb. Ona görə Azərbaycan Prezidentinin şəxsiyyəti bu gün beynəlxalq səviyyədə ehtiramla qəbul olunur. Təsadüfi deyil ki, dövlət başçısının hadisələrə baxışı, münasibəti hər bir beynəlxalq tədbirin diqqətlə izlənilən məqamlarındandır.
2003-2018-ci illərin reallıqları həm də onu deməyə əsas verir ki, Prezident İlham Əliyev hər bir mərhələdə hökumətin qarşısında hansı əsas problemlərin, prioritet vəzifələrin durduğunu aydın təsəvvür edir və onların həlli üçün konkret planlara, proqramlara, mobil, peşəkar, yüksək iş qabiliyyətli komandaya malikdir.

Ölkəmizdə əldə edilən hər bir uğur vətəndaşların Prezident İlham Əliyevə olan etimadını daha da artırıb, milli həmrəyliyi daha sıx edib. İndiyədək keçirilmiş bütün yerli və xarici rəy sorğularının nəticələri Prezident İlham Əliyevin yüksək reytinqini sübuta yetirib. Bunun da əsas səbəbi cənab Prezidentin məqsədyönlü fəaliyyəti və bu fəaliyyətin xalq tərəfindən böyük razılıq və minnətdarlıqla qarşılanmasıdır. Təsadüfi deyil ki, ötən hər prezident seçkisi seçicilərin mütləq əksəriyyətinin öz səslərini cənab İlham Əliyevə verməsi ilə yadda qalıb. İnkişaf proseslərinin davamlı olmasını arzulayan Azərbaycan xalqı hər dəfə seçkilərdə İlham Əliyevə dəstəyini nümayiş etdirib. Bu dəstək Azərbaycan cəmiyyətinin mövcud siyasi kursa inam və rəğbətinin əyani təcəssümü olmaqla, mütləq əksəriyyətin istək və arzusunu özündə əks etdirib. Bundan irəli gələrək bütün parlament seçkilərində Yeni Azərbaycan Partiyasının namizədləri üstünlük qazanıblar.

Azərbaycan dövləti və xalqımız Prezident İlham Əliyevin rəhbərliyi altında gələcəyə, inkişafa doğru məhz Heydər Əliyevin təməlini qoyduğu yol ilə inamla irəliləməkdədir. Ötən 15 ilin siyasi-iqtisadi-sosial mənzərəsi göstərir ki, Azərbaycan Prezidenti İlham Əliyev ümummilli liderimizin siyasi kursunun varisliyini təmin edə biləcək alternativsiz siyasi liderdir. Prezident İlham Əliyev ulu öndərin siyasi-ideoloji kursunu layiqincə davam etdirməklə, Azərbaycanın inkişaf strategiyasını uğurla həyata keçirməklə, müstəqilliyimizi möhkəmləndirməklə, dövlətçiliyimizi qüdrətləndirməklə Heydər Əliyevin ideyalarını yaşadır, inkişaf etdirir, ölkəmizi əzm və inamla aydın sabahlara aparır.

***

Azərbaycanın iqtisadi müstəqilliyini təmin edən rəhbər
 
 
Tahir MİRKİŞİLİ,
Milli Məclisin deputatı:
 
- Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi 2003-2018-ci illər tariximizə möhtəşəm iqtisadi yüksəliş dövrü kimi daxil olmuşdur. Bu dövrdə ümumi daxili məhsul 3,2 dəfə, büdcə gəlirləri 13,5 dəfə artmışdır. Ölkənin strateji valyuta ehtiyatları 26.6 dəfə artmış, maliyyə imkanlarımız əsaslı şəkildə yaxşılaşmışdır. Müqayisə edilən illərdə xarici ticarət dövriyyəsi 4,6 dəfə, ixracın həcmi 6 dəfə artmışdır. Regionlarda ümumi məhsul buraxılışının artımı 3,6 dəfəyə bərabər olmuşdur.
Əldə olunan nailiyyətlər ölkədə sistemli şəkildə həyata keçirilən islahatlar nəticəsində iqtisadi inkişaf modelinin təkmilləşdirilməsi, biznes və investisiya mühitinin yaxşılaşdırılması, kiçik və orta sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi, regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsi sayəsində mümkün olmuşdur.

Azərbaycan vətəndaşı, onun sosial qayğıları, rifahı, sağlamlığı və təhlükəsizliyinin təmin olunduğu strateji xəttə uyğun olaraq əhalinin sosial rifah halının yaxşılaşdırılması və həyat səviyyəsinin yüksəldilməsi, əmək məhsuldarlığının artırılması və məşğulluğunun təmin edilməsi, yoxsulluq dərəcəsinin aşağı salınması istiqamətlərində əhatəli kompleks tədbirlər həyata keçirilmişdir. Əhalinin nominal gəlirləri 8.6 dəfə, minimum əməkhaqqı 12.9 dəfə, xaricə səfər edən vətəndaşların sayı 2,2 dəfə, əhalinin banklardakı əmanəti 30 dəfə artmışdır. Hər 100 ailəyə 53 avtomobil düşür, 1 958 400 yeni iş yeri açılmış, 326.6 min nəfərə ünvanlı dövlət sosial yardımı verilmişdir. İşsizliyin səviyyəsi 9.2 faizdən 5 faizə, yoxsulluğun səviyyəsi 44.7 faizdən 5.4 faizə enmiş, 245 min nəfər məcburi köçkün mənzillə təmin olunmuşdur.

Əhalinin sosial müdafiəsinin güclənməsinə səbəb olan mühüm sosial layihələr reallaşdırılmış, yeni sosial obyektlərin tikintisi istiqamətində əhəmiyyətli işlər görülmüşdür.

Güclü sosial siyasətin həyata keçirilməsi əhalinin keyfiyyətli və etibarlı sosial qayğı ilə əhatə olunmasına imkan yaratmış, sosial müdafiəyə daha çox ehtiyacı olan hissəsinə xüsusi diqqət gücləndirilmişdir.

Paytaxtdakı və regionlardakı iqtisadi ehtiyatların səfərbər edilməsi yeni müəssisələrin və iş yerlərinin açılmasına, işsizliyin səviyyəsinin xeyli aşağı salınmasına, insanların layiqli yaşayışının təmin edilməsinə səbəb olmuşdur.

Azərbaycanda həyata keçirilən dövlət siyasətinin ən mühüm üstünlüklərindən biri ölkəmizdə həyata keçirilən çoxşaxəli islahatların dərin konseptual əsaslar və hər sahədə dinamik inkişafı təmin edən konkret proqramlarla dəstəklənməsidir. "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri” və "Azərbaycan 2020: gələcəyə baxış inkişaf konsepsiysı”nın postneft dövrünün yeni çağırışlarına uyğun hədəflərin reallaşdırılmasında, informasiya-kommunikasiya sektorunun inkişafında, müasir innovasiyaların tətbiqi və idarəetmə sisteminin təkmilləşdirilməsində İKT-nin rolunun əsaslı şəkildə artırılmasında mühüm rolu olmuşdur.
15 il ərzində Azərbaycan qlobal rəqabətlilik indeksində dünyadakı mövqeyini xeyli gücləndirmiş, Dünya İqtisadi Forumunun "2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda 35-ci pillədə qərarlaşmış və MDB məkanında liderliyini qoruyub saxlamışdır. Azərbaycan dünyada ən çox islahat aparan 10 ölkədən biri kimi tanınmışdır. Həmçinin ölkəmiz innovasiya potensialına görə dünyada 44-cü, dövlət orqanlarında İKT-nin tətbiqi üzrə 14-cü olmuşdur. Ölkə ərazisində internetin tətbiqi genişləndirilmiş və internet istifadəçiləri əhalinin 78 faizini təşkil etmişdir. İKT sektorunun iqtisadiyyatda payı 3,7 dəfə artmışdır. Azərbaycan kosmik ölkələr sırasına daxil olmuşdur.
Bu uğurlu missiya bu gün də davam edir. Dərin iqtisadi islahatlar nəticəsində Azərbaycan müasir dünyanın çağırışlarına daha dayanıqlı iqtisadiyyat formalaşdırmaqla cavab verir. Dövlət başçısının Azərbaycan vətəndaşlarının təhlükəsizliyinin, rifah halının daim yaxşılaşmasına yönələn yorulmaz fəaliyyəti hər keçən il öz müsbət nəticələrini daha çox göstərir.

"Azərbaycan"

xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Azərbaycan Farer Adalarını məğlub etdi - YENİLƏNİB
17.11.2018, 22:51

Azərbaycan Farer Adalarını məğlub etdi - YENİLƏNİB

Talanan vəsait Bakıya qaytarılmalıdır - VİDEO
17.11.2018, 22:43

Talanan vəsait Bakıya qaytarılmalıdır - VİDEO

Kamran Ağayev zədələndi
17.11.2018, 22:23

Kamran Ağayev zədələndi

"İcazəsiz aksiya keçirməkdə məqsəd təxribat törətmək və ara qarışdırmaqdır"- Siyavuş Novruzov
17.11.2018, 22:13

"İcazəsiz aksiya keçirməkdə məqsəd təxribat törətmək və ara qarışdırmaqdır"- Siyavuş Novruzov

Azərbaycandan ABŞ-a qəti etiraz - RƏSMİ
17.11.2018, 22:00

Azərbaycandan ABŞ-a qəti etiraz - RƏSMİ

Pəis qızına cərimə yazan polisi mükafatlandırdı
17.11.2018, 21:43

Pəis qızına cərimə yazan polisi mükafatlandırdı

Piyada yol qəzasının qurbanı oldu
17.11.2018, 21:10

Piyada yol qəzasının qurbanı oldu

Azərbaycanda idmanın inkişafına böyük diqqət ayırılır
17.11.2018, 20:56

Azərbaycanda idmanın inkişafına böyük diqqət ayırılır

Direktor olmaq istəyənlər üçün İMTAHAN başlayır
17.11.2018, 20:42

Direktor olmaq istəyənlər üçün İMTAHAN başlayır

Üç gündə respublika üzrə 120 minədək ağac tingi paylanılıb - FOTOLAR
17.11.2018, 20:25

Üç gündə respublika üzrə 120 minədək ağac tingi paylanılıb - FOTOLAR

Cəlilabadda axtarışda olan narkotacir saxlanılıb
17.11.2018, 20:17

Cəlilabadda axtarışda olan narkotacir saxlanılıb

Azərbaycan - Farer adaları oyununun heyətləri açıqlandı
17.11.2018, 20:09

Azərbaycan - Farer adaları oyununun heyətləri açıqlandı

Çeçenistanda qadın kamikadze özünü partlatdı
17.11.2018, 20:02

Çeçenistanda qadın kamikadze özünü partlatdı

Tramp Fətullah Gülənin Türkiyəyə ekstradisiyasından DANIŞDI   
17.11.2018, 19:54

Tramp Fətullah Gülənin Türkiyəyə ekstradisiyasından DANIŞDI  

Cəlilabadda axtarışda olan narkotacir saxlanıldı
17.11.2018, 19:51

Cəlilabadda axtarışda olan narkotacir saxlanıldı

“BMT Təhlükəsizlik Şurası beynəlxalq cinayətkarlarla bağlı təsirli addımlar ata bilər”
17.11.2018, 19:23

“BMT Təhlükəsizlik Şurası beynəlxalq cinayətkarlarla bağlı təsirli addımlar ata bilər”

Fazil Məmmədovun müalicədən sonra ilk FOTOSU 
17.11.2018, 19:09

Fazil Məmmədovun müalicədən sonra ilk FOTOSU 

Əli Kərimli və Cəmil Həsənli saxlanıldı
17.11.2018, 18:39

Əli Kərimli və Cəmil Həsənli saxlanıldı

Yasamalda oğurluq edən şəxs tutulub
17.11.2018, 17:55

Yasamalda oğurluq edən şəxs tutulub

“9531 şəhid vərəsəsinə birdəfəlik ödəmə veriləcək”
17.11.2018, 17:37

“9531 şəhid vərəsəsinə birdəfəlik ödəmə veriləcək”

Samuxda yarımstansiyada baş verən qəzada yaralanan montyor öldü
17.11.2018, 17:30

Samuxda yarımstansiyada baş verən qəzada yaralanan montyor öldü

Türkiyə ABŞ-dan YPG ilə əlaqəni kəsməsini tələb edir
17.11.2018, 17:13

Türkiyə ABŞ-dan YPG ilə əlaqəni kəsməsini tələb edir

Azərbaycanla Gürcüstan arasında ticarət dövriyyəsi 450 milyon dollar təşkil edib
17.11.2018, 17:00

Azərbaycanla Gürcüstan arasında ticarət dövriyyəsi 450 milyon dollar təşkil edib

Suriyada daha 40 dinc sakin həlak oldu
17.11.2018, 16:46

Suriyada daha 40 dinc sakin həlak oldu

Prezident Dövlət Gömrük Komitəsi kollegiyasının yeni tərkibini təsdiq edib
17.11.2018, 16:34

Prezident Dövlət Gömrük Komitəsi kollegiyasının yeni tərkibini təsdiq edib

Deputat: “Fransanın həmsədrlikdən uzaqlaşdırılması müzakirə oluna bilər”
17.11.2018, 16:07

Deputat: “Fransanın həmsədrlikdən uzaqlaşdırılması müzakirə oluna bilər”

Ermənistan ordusunun zabitləri cəzalandırılıb
17.11.2018, 15:38

Ermənistan ordusunun zabitləri cəzalandırılıb

Gömrükdə Ermənistanda istehsal edilən məhsullar ələ keçirildi - FOTOLAR
17.11.2018, 15:22

Gömrükdə Ermənistanda istehsal edilən məhsullar ələ keçirildi - FOTOLAR

Azərbaycan Fransaya etiraz notası verib
17.11.2018, 15:14

Azərbaycan Fransaya etiraz notası verib

“Böyük siyasət sənə küçə deyil!” - Belarus XİN-i Paşinyana sərt cavab verdi
17.11.2018, 14:59

“Böyük siyasət sənə küçə deyil!” - Belarus XİN-i Paşinyana sərt cavab verdi

İsrailin Müdafiə Nazirliyinə Netanyahu rəhbərlik edəcək
17.11.2018, 14:56

İsrailin Müdafiə Nazirliyinə Netanyahu rəhbərlik edəcək

Təbriz-Zəncan magistralında 7 nəfər öldü
17.11.2018, 14:47

Təbriz-Zəncan magistralında 7 nəfər öldü

Gömrükdə sıxlığın aradan qaldırılması üçün növbə sistemi yaradılacaq
17.11.2018, 14:35

Gömrükdə sıxlığın aradan qaldırılması üçün növbə sistemi yaradılacaq

Kürdəxanıda yolu keçən piyadanı maşın vurdu
17.11.2018, 14:33

Kürdəxanıda yolu keçən piyadanı maşın vurdu

Qida Təhlükəsizliyi İnstitutu gəncləri yüksək məvacibli işə dəvət edir
17.11.2018, 14:26

Qida Təhlükəsizliyi İnstitutu gəncləri yüksək məvacibli işə dəvət edir

Naxçıvanda “Xüsusi təyinatlı İBAD-2” filminin təqdimatı oldu   
17.11.2018, 14:20

Naxçıvanda “Xüsusi təyinatlı İBAD-2” filminin təqdimatı oldu  

Rəsmi Bakı Fransadan narazılıq etdi: “Bunun qarşısı alınmalıdır”
17.11.2018, 13:50

Rəsmi Bakı Fransadan narazılıq etdi: “Bunun qarşısı alınmalıdır”

Bakının bu rayonu susuz qalacaq
17.11.2018, 13:44

Bakının bu rayonu susuz qalacaq

İlham Əliyev Belarusa səfər edəcək
17.11.2018, 13:33

İlham Əliyev Belarusa səfər edəcək

Heydər Əliyev Fondunun daha bir layihəsi –“Yeddi gözəl” sərgisi Moskvada açılır
17.11.2018, 13:28

Heydər Əliyev Fondunun daha bir layihəsi –“Yeddi gözəl” sərgisi Moskvada açılır

“Makers’ Day 2018” gənclər üçün təcrübə və iş imkanı yaradıb
17.11.2018, 13:23

“Makers’ Day 2018” gənclər üçün təcrübə və iş imkanı yaradıb

Oqtay Əsədov İzmirdə TÜRKPA-nın konfransına qatılacaq
17.11.2018, 13:20

Oqtay Əsədov İzmirdə TÜRKPA-nın konfransına qatılacaq

Rəsmi Paris: “Fransa Dağlıq Qarabağdakı separatçı rejimi tanımır”
17.11.2018, 13:17

Rəsmi Paris: “Fransa Dağlıq Qarabağdakı separatçı rejimi tanımır”

Məleykə Abbaszadə 11-ci sinif şagirdləri və valideynlərinə müraciət etdi
17.11.2018, 13:12

Məleykə Abbaszadə 11-ci sinif şagirdləri və valideynlərinə müraciət etdi

Sabah Bakıda 16 dərəcə isti gözlənilir -  PROQNOZ
17.11.2018, 13:03

Sabah Bakıda 16 dərəcə isti gözlənilir -  PROQNOZ

Bu ölkələrdə Youtube, Facebook, Whatsapp, Twitter qadağandır - SİYAHI
17.11.2018, 12:44

Bu ölkələrdə Youtube, Facebook, Whatsapp, Twitter qadağandır - SİYAHI

DİM: Bu gün dövlət qulluğunda yüksək vəzifələrə sənəd verənlər yoxdur
17.11.2018, 12:31

DİM: Bu gün dövlət qulluğunda yüksək vəzifələrə sənəd verənlər yoxdur

Tramp Heylini vitse-prezident postuna gətirir?
17.11.2018, 12:26

Tramp Heylini vitse-prezident postuna gətirir?

Dövlət Komitəsinin nümayəndə heyəti Vaşinqtonda - FOTOLAR
17.11.2018, 12:14

Dövlət Komitəsinin nümayəndə heyəti Vaşinqtonda - FOTOLAR

Bakıda restoran yandı, 20 nəfər təxliyə edildi
17.11.2018, 12:09

Bakıda restoran yandı, 20 nəfər təxliyə edildi

ARXİV