Arxiv
15 Oktyabr 2018, 14:27 | AKTUAL
UNEC ABŞ-ın Linkoln Universitetilə ikili diplom proqramına başlayır

Tədrisin keyfiyyətinin artırılması istiqamətində UNEC-də həyata keçirilən islahatlardan biri də nüfuzlu xarici universitetlərdə ikili diplom proqramlarına  üstünlük verilməsidir.

 

Artıq UNEC tələbələrinin 4 il  təhsil müddəti ərzində UNEC diplomu ilə  bərabər,  Fransanın Montpellier, London Universiteti-London İqtisadiyyat Məktəbinin, İsveçrənin UBİS, Litvanın Mikolos Romeyros universitetlərinin də diplomlarını alması reallıqdır.

 

Modern.az xəbər verir ki, UNEC bu istiqamətdə yeni uğura imza atıb. Belə ki, bir ildən çox müddətdə aparılan danışıqların nəticəsi olaraq 12 oktyabrda İstanbulda UNEC rektoru professor Ə.Muradov və Linkoln Universitetinin rektoru, professor M.Brodsky tərəfindən ABŞ-ın Linkoln  Universiteti ilə UNEC arasında ikili diplom proqramına dair  müqavilə imzalanıb.

 

Müqaviləyə əsasən, UNEC  tələbələri öz seçimlərinə uyğun olaraq, 1 və ya 2 il ABŞ-da oxumaqla, yaxud ABŞ-dan gələn professorların tədris etdiyi 9-12 fənni Bakıda UNEC-də dinləyib uğurla imtahan verdikdən sonra UNEC diplomu ilə yanaşı, həm də ABŞ Linkoln Universitetinin diplomunu əldə edə biləcəklər. Müqavilənin üstünlüyü həm də ondadır ki, ikili diplom proqramından həm bakalavr, həm də magistrlar bəhrələnə biləcək.

 

Linkoln  Universiteti 1919-cu ildə  yaradılıb. “San Francisco Business Times” reytinqinə əsasən,   University of Californiya, Berkeley/Haas School of Business və Stanford Graduate School of Business-dən sonra “MBA Proqrams in the Greater Bay Area” da ən yaxşı MBA təhsili verən universitetdir.  Məlumat üçün bildiririk ki, Ümummilli lider Heydər Əliyev Linkoln Universitetinin fəxri doktorudur.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Hunday”ın təsisçisinin nəvəsi narkotikə görə tutuldu 21 Aprel 2019, 20:33 Bakıda fəhlə 13-cü mərtəbədən yıxılaraq ölüb 21 Aprel 2019, 20:21 Kamal Kılıçdaroğlu döyülməsindən danışdı: “Şəhidlərin dəfninə getməyimi istəmirlər” 21 Aprel 2019, 20:09 Elməddin Behbud: “Azərbaycan Türk Şurası ölkələri ilə münasibətlərin inkişafı istiqamətində fəaliyyət göstərir” 21 Aprel 2019, 20:08 Yeni rəsm əsəri: Dədə Qorqud və Napoleon bir arada 21 Aprel 2019, 18:29 Kamal Kılıçdaroğlu döyüldü - FOTOLAR 21 Aprel 2019, 18:07 General Bakı Qarnizonu ilə bağlı tapşırıq verdi 21 Aprel 2019, 18:03 Bakıda it 4 yaşlı uşağın üzünü parçaladı - FOTO 21 Aprel 2019, 17:58 AvroLiqanın kuboku Moskvada təqdim olundu 21 Aprel 2019, 17:05 Gürcüstanda aksiya -Polis qazdan və rezin güllədən istfadə etdi 21 Aprel 2019, 16:42 11-ci sinif şagirdləri buraxılış imtahanları veridilər - YENİLƏNİB 21 Aprel 2019, 16:00 Azərbayacn Xarici İşlər Nazirliyindən Şri-Lankada baş verən terrora MÜNASİBƏT 21 Aprel 2019, 15:54 Tovzda 70 yaşlı kişi bıçaqlandı 21 Aprel 2019, 15:40 Dövlət qulluqçusu olmaq istəyənlər imtahan verdi   21 Aprel 2019, 15:10 Şri-Lankada terror aktlarının sayı 8-ə çatdı 21 Aprel 2019, 14:29 Sabahın HAVASI: Yağışlı, küləkli olacaq 21 Aprel 2019, 13:39 10 min dollardan çox kredit borcu olanlara da güzəşt ediləcək   21 Aprel 2019, 13:30 Avtobus  qəzasında xəsarət alanlar evə buraxıldı - YENİLƏNİB 21 Aprel 2019, 13:22 Fransanın Nant şəhərində Azərbaycan məktəbi açıldı   21 Aprel 2019, 12:29 Gömrükdən malların və avtomobillərin keçirilməsi qaydasında DƏYİŞİKLİK 21 Aprel 2019, 12:01 Kürdəmirdə YANĞIN:  5 nəfər yaralandı 21 Aprel 2019, 11:58 Şri-Lankada 6 partlayış: 160 ölü, 500-dən çox yaralı - FOTOLAR- YENİLƏNİB 21 Aprel 2019, 11:28 Kürdə suyun səviyyəsi artdı 21 Aprel 2019, 11:19 Meriya Bəhram Bağırzadə və Tahir İmanova yer bəyəndirə bilmir 21 Aprel 2019, 10:49 Ukraynada prezident seçkilərinin II turu keçirilir 21 Aprel 2019, 10:26 Doğum və ölüm günü bir yerdə qeyd olunan aktrisa - Məşhur cütlüyün ailə FACİƏSİ - FOTOLAR 21 Aprel 2019, 09:49 Ermənilər cəbhədə təxribatlara davam edir 21 Aprel 2019, 09:44 Rektor gənclərə daha 10 tövsiyə verdi: “Hər işi öz zamanında görün” 21 Aprel 2019, 09:26 Tanrı pıçıltısını sözə çevirə bilən xanım 21 Aprel 2019, 09:11 Bakıda mənzildən qadın meyiti tapıldı 21 Aprel 2019, 00:54