Modern.az

Dövlət Departamentinin eks-spikeri Paşinyanı biabır etdi

Dövlət Departamentinin eks-spikeri Paşinyanı biabır etdi

Aktual

15 Oktyabr 2018, 16:12

“Ermənistanda baş nazir Nikol Paşinyanın başçılığı ilə anarxiya və qanunsuzluq hökm sürür”.

 

Modern.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin keçmiş spikeri və Bəhreyndəki keçmiş səfir Adam Ereli öz fikirlərini “The Washington Times” nəşrində yazıb.

 

O, Ermənistanda baş verən hadisələri digər qonşu ölkələrlə müqayisə edərək, tamamilə məyus olduğunu qeyd edib.
Ereli Ermənistandakı “narıncı inqilab”ı Ukrayna və Gürcüstanla müqayisə edərək, burada proseslərin tam əks istiqamətdə getdiyinə diqqət çəkib.

 

Onun sözlərinə görə, Gürcüstan kimi dövlətlərdə daha çox ölkənin qanuni əsasları önə çəkildiyi halda, Ermənistanda Paşinyan hakimiyyətini irəli çəkir.

 

“O, ölkənin qanuni institutlarına təzyiqlər göstərərək necə deyərlər qisas alır və beləliklə anarxiyanın oturuşmasına şərait yaradır”.

Eks-spiker erməni baş nazirin 100 günlük çıxışını diqqət mərkəzinə çəkib.

Qeyd edək ki, Paşinyan çıxışında bütün qanunların küçədə birbaşa xalq tərəfindən həll edilməli olduğunu iddia edib.

 

Keçmiş diplomat bütün bu ideyaların ölkənin qanuni institutlarına zərbə olduğunu söyləyir.

 

Ereli Ermənistanın ikinci prezidenti Robert Koçaryan məsələsinə toxunaraq, Paşinyanın ondan qisas aldığına diqqət çəkir. O, Koçaryanın da siyasi mafiya başçıları sırasında olduğu bildirib. 

 

Ereli həmçinin Milli Təhlükəsizlik Xidməti və Xüsusi İstintaq Xidmətinin rəisləri arasındakı telefon danışığının mətbuata sızmış hazırki səs yazısını da diqqət mərkəzinə çəkib.

 

“Hakim mənə zəng etdi. O, çox qorxmuşdu. Mən ona bir az kişi olmağı məsləhət gördüm. Bunu istəyirsiniz ya yox, onu həbs edəcəksiniz” – səs yazısında deyilir. Bu isə Paşinyanın məhkəmə və digər qurumlara təzyiqlərini göstərir.

 

“Paşinyan fəxrlə dövlət institutlarını öz istəkləri yönündə quran Macarıstan prezidenti Viktor Orban, Çexiya baş naziri Andrey Babis, Albaniya baş naziri Edi Ram və Belarus prezidenti Aleksandr Lukaşenko ilə bir sırada dayana bilər” – Ereli sonda bildirir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı