Modern.az

Badamdardakı sürüşmə evin hasarını uçurdu

Badamdardakı sürüşmə evin hasarını uçurdu

Aktual

15 Oktyabr 2018, 16:36

Badamdarda sürüşmə zonasının üst hissəsindəki evlərin hasarlarının birində uçqun töküntü prosesi qeydə alınıb.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Modern.az-a bildirib ki, saat 15:00-a olan monitorinqlərin nəticəsinə əsasən, sürüşmə zonasında gərginlik davam edir. Sürüşmə sahəsi üzərində asılı qalmış süxurların xırda hissələrinin yamaca doğru hərəkəti müşahidə olunub.

 

Ərazinin üst hissəsindəki evlərin hasarlarının birində eni 2, hündürlüyü 1 metr olan hissədə uçqun töküntü prosesi qeydə alınıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı