Modern.az

Daşqınlar 13 fransızın həyatına son qoydu

Daşqınlar 13 fransızın həyatına son qoydu

15 Oktyabr 2018, 17:04

Fransada cənubundakı Od departamentində daşqınlar zamanı ölənlərin sayı artıb.

 

Modern.az yerli KİV-ə istinadən xəbər verir ki, güclü yağışların səbəb olduğu daşqınlarda ölənlərin sayı 13 nəfərə çatıb.

 

Bundan əlavə daha beş nəfərin vəziyyətinin ağır olduğu və bir nəfərin isə itkin düşdüyü bildirilir.

Qeyd edək ki, bölgədə bir neçə saat ərzində bir neçə ayın normasında yağışların yağması çaylarda suyun səviyyəsinin qalxmasına və nəticədə daşqınlara səbəb olub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?