Modern.az

“Brain Ring” izlə, “Nar”-dan hədiyyə qazan! 

“Brain Ring” izlə, “Nar”-dan hədiyyə qazan! 

15 Oktyabr 2018, 16:56

“Nar”-ın dəstək olduğu “Brain Ring” intellektual bilik yarışlarının on ikinci mövsümü davam edir. Hər il olduğu kimi, bu mövsüm də televiziya tamaşaçıları üçün xüsusi bir müsabiqə keçirilir.

 

Modern.az xəbər verir ki, beləki, yarışın yayımı zamanı “Nar”-ın “Twitter” hesabında qoyulan suala ən tez cavab verən izləyicilər xüsusi hədyyələr qazanırlar. “Brain Ring” həvəskarları bu intellektual yarışı izləmək fürsəti ilə yanaşı, həm də “Nar”-dan hədiyyə qazanmaq şansı əldə edirlər.

 

Sentyabr ayının qalibləri olan “Twitter” istifadəçilərinin adları artıq məlumdur: Əli Usublu, Vüsal Tağızadə, Fərhad Məmmədli, Rəfi Əsgərli.

 

Qeyd edək ki, “Brain Ring” intellektual yarışlarında respublikanın müxtəlif bölgə və ali məktəblərini təmsil edən komandalar bilik mübarizəsi aparırlar. Dekabr ayının sonunadək davam edəcək yarışlar hər həftənin bazar günü saat 22:00-da İctimai TV vasitəsilə yayımlanır.

 

Ətraflı məlumatı //twitter.com/salam_narhesabından əldə etmək mümkündür.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı