Modern.az

İsraildə dövlət interneti yaradılacaq

İsraildə dövlət interneti yaradılacaq

Dünya

8 Dekabr 2009, 17:18

İsrailin Rabitə Nazirliyi bütün ölkə ərazisini sürətli internetlə təmin edəcək dövlət şirkətinin təsis olunmasına dair hökumət başçısından göstəriş alıb. İsrail hökuməti özəl firmaların, xüsusən də ölkənin əyalətlərində təqdim etdiyi internet-rabitənin sürətindən narazıdır.
Hazırda bu ölkədə iki növ internet infrastrukturu mövcuddur. Bu “Bezek” telefon kabeli və HOT televiziyasının çoxkanallı kabelli vasitəsilə təşkil olunan internet-rabitələrdir.
Dövlət internet-şirkəti isə “Hevret Xaşmal” elektrik şirkətinin optik-lif kabellərinin infrastrukturundan istifadə edəcək və bu proses İsrail Rabitə Nazirliyinin nəzarəti altında həyata keçiriləcək. Bu barədə İsrail xəbərləri saytı məlumat yayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir