Modern.az

İran Ankaradakı səfirliyi ilə bağlı xəbəri təkzib etdi

İran Ankaradakı səfirliyi ilə bağlı xəbəri təkzib etdi

Aktual

15 Oktyabr 2018, 17:56

İran tərəfi Türkiyədəki səfirliyin təxliyə olunması ilə bağlı xəbərləri təkzib edib.

 

Modern.az xəbər verir ki, bundan əvvəl Türkiyənin “Haber Türk” nəşri terror təhlükəsi ilə əlaqədar səfirlik binasının təxliyə olunduğunu xəbər verib.

İran XİN nümayəndəsi Bəhram Kasəmi hazırda hər şeyin qaydasında olduğunu və işçilərin öz işləri ilə məşğul olduqlarını qeyd edib.

 

“Bu cür xəbər yanlışdır. Bizim səfirliyin əməkdaşları hazırda sağlam və tam təhlükəsizlikdə öz iş yerlərinə gündəlik işləri ilə məşğuldurlar” – Kasəminin İran XİN-nin rəsmi saytında yerləşdirilən bəyanatında bildirilib.

İranın Türkiyədəki səfiri Məhəmməd İbrahim Taherian isə “İrna” agentliyinə Türkiyə hüquq mühafizə orqanları əməkdaşlarının səfirliyin təhlükəsziliyini gücləndirdiklərini xəbər verib. Taherian da səfirliyin təxliyə edildiyi ilə bağlı xəbərləri təkzib edib.

 

Qeyd edək ki, “Haber Türk” nəşri Türkiyədəki İran səfirliyinin İŞID terror təşkilatı ilə əlaqəli olduğunu iddia edən bir şəxsin təhdidlərindən sonra binanın təxliyə olunduğu xəbəri verilib.

Twitter
Sizə yeni tvit var
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar