Arxiv
15 Oktyabr 2018, 18:02 | AKTUAL
Cahangir Hacıyev bu dəfə keçmiş deputatla birgə mühakimə olunacaq  

“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin üç ildir həbsdə olan keçmiş rəhbəri Cahangir Hacıyev yaxın vaxtlarda yenidən məhkəmə önünə çıxarılacaq. Bu dəfə o, keçmiş deputat Dünyamin Xəlilov və daha 18 nəfərlə birlikdə mühakimə olunacaq.


Modern.az-ın məlumatına görə, uzun illərdir aralarında dostluq münasibəti olan C.Hacıyev və D.Xəlilov bundan öncə ayrı-ayrılıqda mühakimə olunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə C.Hacıyev 15 il, D.Xəlilov isə 13 il azadlıqdan məhrum edilib.


Onlar da daxil, 20 nəfər haqqındakı budəfəki cinayət işi, əsasən, Beynəlxalq Bankın Moskva filialı, xaricdəki kreditlərlə bağlıdır. Cinayət işinin istintaqı artıq başa çatıb, iş materiallarıyla tanışlıq mərhələsidir. Təqsirləndirilən şəxslər və onların vəkillərinin əksəriyyəti tanış olublar, C.Hacıyev isə bu prosesi davam etdirir.


Sabiq bankirə bu dəfə də CM-nin 179 (mənimsəmə), 193-1 (cinayət yoluyla əldə edilmiş pulların leqallaşdırılması), 213 (vergidən yayınma), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və başqa maddələri ilə ittihamlar irəli sürülüb.

C.Hacıyevin bacısı Əminə Hacıyeva “Azadlıq” radiosuna bildirib ki, qardaşına iş materiallarıyla tanış olmaq üçün noyabrın 15-dək vaxt verilib. Ə.Hacıyeva deyir ki, qardaşı 360-cildlik iş materiallarıyla tam tanış olmaqda israrlıdı.


C.Hacıyev 2015-ci ilin dekabrında həbs olunub və 2016-cı ilin oktyabrında Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə 15 il azadlıqdan məhrum edilib. Apellyasiya Məhkəməsi də hökmü qüvvədə saxlayıb.


C.Hacıyev ailə üzvləri və özünə yaxın olan başqa şəxslərin adına Beynəlxalq Bankdan milyonlarla kreditin götürülüb mənimsənilməsində suçlanır.


Keçmiş deputat D.Xəlilov da C.Hacıyevlə dostluq münasibətlərindən yararlanaraq rəhbərlik etdiyi müəssisələrdəki işçilərinin adına böyük məbləğdə kreditlər götürüb mənimsəməkdə günahlandırılıb və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə 13 il həbs cəzası alıb. Apellyasiya Məhkəməsi onun cəzasını 3 ay azaldaraq 12 il 9 aya salıb.


C.Hacıyev və D.Xəlilovun heç biri özlərini təqsirli bilmir.


C.Hacıyevin həbsindən sonra da Beynəlxalq Bankın ətrafında qalmaqallar bitməyib. Ötən il Azərbaycan Beynəlxalq Bankı 3.3 mlrd. dollar borcunun restrukturizasiyasından ötrü Nyu-Yorkda məhkəməyə müraciət edib. Bundan sonra onun öhdəlikləri dövlətə ötürülüb.


Bundan əvvəl isə ABB-nin sağlamlaşdırılması ilə bağlı dövlətin 10 milyard manat vəsaitinin xərcləndiyi bildirilirdi.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Türkiyədə zəlzələ oldu 21 Aprel 2019, 20:45 “Hunday”ın təsisçisinin nəvəsi narkotikə görə tutuldu 21 Aprel 2019, 20:33 Bakıda fəhlə 13-cü mərtəbədən yıxılaraq ölüb 21 Aprel 2019, 20:21 Kamal Kılıçdaroğlu döyülməsindən danışdı: “Şəhidlərin dəfninə getməyimi istəmirlər” 21 Aprel 2019, 20:09 Elməddin Behbud: “Azərbaycan Türk Şurası ölkələri ilə münasibətlərin inkişafı istiqamətində fəaliyyət göstərir” 21 Aprel 2019, 20:08 Yeni rəsm əsəri: Dədə Qorqud və Napoleon bir arada 21 Aprel 2019, 18:29 Kamal Kılıçdaroğlu döyüldü - FOTOLAR 21 Aprel 2019, 18:07 General Bakı Qarnizonu ilə bağlı tapşırıq verdi 21 Aprel 2019, 18:03 Bakıda it 4 yaşlı uşağın üzünü parçaladı - FOTO 21 Aprel 2019, 17:58 AvroLiqanın kuboku Moskvada təqdim olundu 21 Aprel 2019, 17:05 Gürcüstanda aksiya -Polis qazdan və rezin güllədən istfadə etdi 21 Aprel 2019, 16:42 11-ci sinif şagirdləri buraxılış imtahanları veridilər - YENİLƏNİB 21 Aprel 2019, 16:00 Azərbayacn Xarici İşlər Nazirliyindən Şri-Lankada baş verən terrora MÜNASİBƏT 21 Aprel 2019, 15:54 Tovzda 70 yaşlı kişi bıçaqlandı 21 Aprel 2019, 15:40 Dövlət qulluqçusu olmaq istəyənlər imtahan verdi   21 Aprel 2019, 15:10 Şri-Lankada terror aktlarının sayı 8-ə çatdı 21 Aprel 2019, 14:29 Sabahın HAVASI: Yağışlı, küləkli olacaq 21 Aprel 2019, 13:39 10 min dollardan çox kredit borcu olanlara da güzəşt ediləcək   21 Aprel 2019, 13:30 Avtobus  qəzasında xəsarət alanlar evə buraxıldı - YENİLƏNİB 21 Aprel 2019, 13:22 Fransanın Nant şəhərində Azərbaycan məktəbi açıldı   21 Aprel 2019, 12:29 Gömrükdən malların və avtomobillərin keçirilməsi qaydasında DƏYİŞİKLİK 21 Aprel 2019, 12:01 Kürdəmirdə YANĞIN:  5 nəfər yaralandı 21 Aprel 2019, 11:58 Şri-Lankada 6 partlayış: 160 ölü, 500-dən çox yaralı - FOTOLAR- YENİLƏNİB 21 Aprel 2019, 11:28 Kürdə suyun səviyyəsi artdı 21 Aprel 2019, 11:19 Meriya Bəhram Bağırzadə və Tahir İmanova yer bəyəndirə bilmir 21 Aprel 2019, 10:49 Ukraynada prezident seçkilərinin II turu keçirilir 21 Aprel 2019, 10:26 Doğum və ölüm günü bir yerdə qeyd olunan aktrisa - Məşhur cütlüyün ailə FACİƏSİ - FOTOLAR 21 Aprel 2019, 09:49 Ermənilər cəbhədə təxribatlara davam edir 21 Aprel 2019, 09:44 Rektor gənclərə daha 10 tövsiyə verdi: “Hər işi öz zamanında görün” 21 Aprel 2019, 09:26 Tanrı pıçıltısını sözə çevirə bilən xanım 21 Aprel 2019, 09:11