Modern.az

Ağcabədidə piyada ölümü

Ağcabədidə piyada ölümü

Aktual

15 Oktyabr 2018, 18:17

Ağcabədi rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Bu haqda Modern.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib. 

Məlumata görə, oktyabrın 14-də saat 19 radələrində Ağcabədi rayonu ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən Aşağı Avşar kənd sakini Əlvan Rüstəmov vurulub. Xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı