Modern.az

Badamdarda evlərin hasarlarının 30 metri uçaraq sürüşmə kütləsi üzərinə töküldü

Badamdarda evlərin hasarlarının 30 metri uçaraq sürüşmə kütləsi üzərinə töküldü

15 Oktyabr 2018, 18:26

Bakının Səbail rayonunda Badamdar şosesindəki sürüşmə ərazisinin üst hissəsindəki evlərin hasarlarının təxminən 30 metr hissəsi ucaraq sürüşmə kütləsi üzərinə tökülüb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, saat 18:00-a olan monitorinqlərin nəticəsinə əsasən ərazidə gərginlik qalmaqdadır.

Bildirilir ki, sürüşmə sahəsi üzərində asılı qalmış süxurların xırda hissələrinin yamaca doğru hərəkəti mütəmadi olaraq davam edir. Ərazinin üst hissəsindəki evlərin hasarlarının təxminən 30 metr hissəsi ucaraq sürüşmə kütləsi üzərinə tökülüb. Həmin hasarın digər hissəsində eni 30 sm olan aralanma baş verib.
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir