Modern.az

Bu ölkə Avroviziyadan imtina etdi

Bu ölkə Avroviziyadan imtina etdi

16 Oktyabr 2018, 00:09

Bolqarıstanın BNT milli televiziya kanalının məlumatına əsasən, ölkə Təl-Əvivdə keçiriləcək Avroviziya-2019 mahnı müsabiqəsində iştirak etməyəcək. Modern.az Kult.az-a istinadən xəbər verir ki, əsas səbəb kimi maliyyə çətinlikləri göstərilir.

 

Məlumatda bildirilir ki, televiziya kanalının rəhbərliyi xərcləri azaltmaq üçün bu addımı atıb.

 

Qeyd edək ki, Bolqarıstan 2005-ci ildən müsabiqədə iştirak edir. 2017-ci ildə Bolqarıstan təmsilçisi Kristian Kostov ikinci yeri qazanıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!