Modern.az

İŞİD 700 dinc sakini girov götürüb

İŞİD 700 dinc sakini girov götürüb

16 Oktyabr 2018, 00:37

İŞİD terrorçuları Suriyanın Bəhrə şəhərində qaçqın düşərgəsinə hücum edərək 700 insanı girov götürüb. Modern.az xəbər verir ki, bu barədə Rusiyanın Suriyadakı Atəşkəsi İzləmə Mərkəzinin rəhbəri Aleksandr Savçenko açıqlama verib.

 

Məlumata görə, tam cəzasızlıq mühitindən istifadə edərək İŞİD 130 ailədən olan 700-ə yaxın insanı girov götürərək Hacin istiqamətində aparıb.

 

Savçenko əlavə edib ki, terrorçular girov götürdükləri dinc sakinlərdən Suriya Demokratik Qüvvələrinə (SDQ) qarşı canlı qalxan kimi istifadə edə bilər.

Twitter
Sizə yeni tvit var
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı