Modern.az

Azərbaycanla İrlandiya arasında əməkdaşlıq müzakirə edilib

Azərbaycanla İrlandiya arasında əməkdaşlıq müzakirə edilib

16 Oktyabr 2018, 01:00

Şərq Tərəfdaşlığı ölkələrinin Lüksemburqda keçirilən nazirlər görüşü çərçivəsində xarici işlər naziri Elmar Məmmədyarov İrlandiyanın xarici işlər və ticarət naziri Simon Koveney ilə görüşüb. Xarici İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, görüş zamanı tərəflər ikitərəfli münasibətlərin cari səviyyəsini müzakirə ediblər.

Hər iki nazir əməkdaşlığın inkişafı üçün geniş potensialın olduğunu vurğulayıblar.

 

Tərəflər, həmçinin, beynəlxalq gündəlikdə duran məsələlər ətrafında fikir mübadiləsi aparıblar və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və qarşılıqlı dəstək məsələlərinə toxunublar.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putinlə görüşə gedir