Modern.az

San Fransiskoda Azərbaycanın Müstəqillik Günü ilə bağlı bəyannamə qəbul edildi

San Fransiskoda Azərbaycanın Müstəqillik Günü ilə bağlı bəyannamə qəbul edildi

16 Oktyabr 2018, 10:05

ABŞ-ın San Fransisko şəhəri və vilayətinin Nəzarətçilər Şurası tərəfindən 18 oktyabr - Azərbaycan Respublikasının Müstəqillik Günü ilə əlaqədar təbrik bəyannaməsi qəbul edilib.
 
Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğuna göndərilən və Nəzarətçilər Şurasının bütün üzvləri tərəfindən imzalanan bəyannamədə Azərbaycan xalqının müsəlman dünyasında ilk dünyəvi və demokratik respublika yaratdığı və regionda demokratiyanın yayılması və inkişafına önəmli töhfələr verərək böyük nailiyyətlərə imza atdığı vurğulanır.
 
Konsulluqdan Modern.az-a verilən məlumata görə, sənəddə San Fransisko sakinləri və Nəzarətçilər Şurası adından Azərbaycan Respublikasının Müstəqillik Günü təbrik edilir. 

  
Qeyd olunmalıdır ki, ABŞ-ın və Kaliforniyanın ən böyük şəhərlərindən olan San Fransisko Şimali Kaliforniyanın əsas mədəniyyət, təhsil, maliyyə və iqtisadi mərkəzidir. 900 minə yaxın əhalisi olan şəhər ABŞ-da əhalinin ən sıx məskunlaşdığı ikinci böyük şəhərdir. 

Twitter
Sizə yeni tvit var
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...