Modern.az

Bakıda daha bir avtobus qəzası - ÖLƏN VAR

Bakıda daha bir avtobus qəzası - ÖLƏN VAR

16 Oktyabr 2018, 10:29
Bakıda marşrut avtobusunun vurduğu piyada ölüb.
 
Modern.az Trend-ə istinadən xəbər verir ki, hadisə Binəqədi rayonu ərazisində baş verib.
 
Bakı şəhər sakini Abışov Elman Dadaş oğlunun idarə etdiyi "Daewoo" markalı, 108 saylı xətt marşrutu üzrə hərəkətdə olan avtobus yolu keçən Çingiz Haqverdiyevi vurub.
 
Piyada ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. Ç.Haqverdiyev xəstəxanada dünyasını dəyişib.
 
Faktla bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş səxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb.
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?