Modern.az

Gömrükçülər 8 mobil telefon müsadirə etdilər 

Gömrükçülər 8 mobil telefon müsadirə etdilər 

Aktual

16 Oktyabr 2018, 11:01

Azərbaycan gömrükçüləri mobil telefonların gömrük nəzarətindən gizlin şəkildə ölkə ərazisinə gətirilməsinin qarşısını alıblar.

Modern.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb. 

Məlumatda deyilir ki, Komitənin Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsinə daxil olan əməliyyat məlumatına əsasən, "Xanoba" gömrük postunda Azərbaycan vətəndaşının idarə etdiyi "VAZ-21043" markalı avtomobil saxlanılıb və gömrük baxışı keçirilib.

Baxış zamanı, Rusiya istiqamətindən daxil olan həmin nəqliyyat vasitəsinin arxa oturacağının alt hissəsindəki örtüyün altında gömrük nəzarətindən gizlədilmiş 8 ədəd "NANO BQ-1411" markalı mobil telefon aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!