Modern.az

Dövlət katibi itən jurnalistə görə Səudiyyə Ərəbistanına gəlib

Dövlət katibi itən jurnalistə görə Səudiyyə Ərəbistanına gəlib

16 Oktyabr 2018, 11:54

ABŞ dövlət katibi Mayk Pompoe jurnalist Camal Kaşıkçının itməsini araşdırmaq üçün Səudiyyə Ərəbistanına çatıb.

 

Modern.az “Associated Press” nəşrinə istinadən xəbər verir ki, bu məqsədlə Pompeo Səudiyyə kralı Salman ibn Əbdül-Əziz əl Səud ilə görüşəcək.

 

O, kralla “The Washington Post” nəşrinin əməkdaşının itməsinin bütün təfərrüatlarını müzakirə etməyi planlaşdırır.

Qeyd edək ki, Səudiyyə krallığındakı monarxik rejimin tənqidi ilə məşğul olan jurnalist Camal Kaşıkçı iki həftə bundan əvvəl İstanbuldakı Səudiyyə konsulluğunun binasına girib və ondan bir daha xəbər alınmayıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir