Modern.az

Hakimə fiziki təsir göstərən məşqçiyə bir illik cəza verildi

Hakimə fiziki təsir göstərən məşqçiyə bir illik cəza verildi

Aktual

16 Oktyabr 2018, 13:13

FFA İntizam Komitəsi müxtəlif liqalarda baş vermiş zorakılıq halları ilə əlaqədar tədbirlər görüb. 

 

Modern.az qurumun saytına istinadən xəbər verir ki, U-13 Liqasında Sumqayıt “UGİM 1”i ilə oyun başa çatandan sonra “Laçın” (Pirəküşkül) komandasının məşqçisi Məhəbbət Rəhimov aqressiv davranışlara yol verərək, hakimə fiziki təsir göstərib. Nəticədə o, 12 ay müddətinə yarışlardan kənarlaşdırılıb. 

 

Bundan başqa "Uğur" (Ucar) komandasının futbolçusu Musa Hacızadə "Sabirabad"la matçda öz komanda yoldaşını təhqir edib. Nəticədə meydandan kənarlaşdırılmış oyunçuya 2 matçlıq cəza tətbiq olunub. 

 

Futzal üzrə Azərbaycan çempionatının İkinci Liqasında keçirilmiş “Avanqart” – “Star Karqo” matçında da oxşar hal yaşanıb. Həmin qarşılaşmada isə “Star Karqo”nun futzalçısı Anar Məmmədov hakimi təhqir etdiyi üçün meydandan qovulub. Məmmədov bu hərəkətinə görə 4 oyunluq cəzalandırılıb. 

 

İkinci Liqanın “Bibi-Heybət” – “Baku Fire-2” görüşünün hakimi də təhqirlə üzləşib. Federasiya “Baku Fire-2”nin oyunçusu Fikrət Zeynallıya 4 oyunluq cəza kəsib. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır