Modern.az

Daşqın Gülməmmədov: “Salome Zurabişvilini Gürcüstan prezidenti seçəcəyik”

Daşqın Gülməmmədov: “Salome Zurabişvilini Gürcüstan prezidenti seçəcəyik”

16 Oktyabr 2018, 15:01

“Gürcüstanda yaşayan qarapapaq türkləri, azərbaycanlılar və digər müsəlman vətəndaşların əksəriyyəti ölkə prezidentliyinə müstəqil namizəd, xanım Salome Zurabişviliyə səs verəcək”.

Bu barədə Modern.az-a Gürcüstan Qarapapaq Türkləri Birliyi (GQTB) Rəyasət Heyətinin üzvü, ictimai xadim Daşqın Gülməmmədov açıqlamasında deyib. Daşqın Gülməmmədov qeyd edib ki, Gürcüstanda türkdilli əhalinin - azərbaycanlıların və qarapapaq türklərinin kompakt yaşadığı bölgələrdə, Kevmo Kartli (Borçalı) və Kaxetidə seçicilərin əksəriyyətinin müstəqil namizəd Salome Zurabişvilini dəstəklədiyi açıq-aydın görünür.


“28 oktyabrda soydaşlarımızın Salome Zurabişviliyə səs verəcəyi şübhəsizdir. Ümumiyyətlə,  seçkidə xanım Salome Zurabişvili qalib gələcək və Gürcüstan prezidenti seçiləcək. Bunun bir neçə ciddi səbəbi var. Birincisi muxalifət namizədləri “Avropalı Gürcüstan” Partiyasının nümayəndəsi David Bakradze və birləşmiş müxalifətin namizədi Qriqol Vaşadze seçki kampaniyasını çox zəif aparırlar. Əsəs səbəb isə hər iki namizədin seçkidə ayrı-ayrı iştirakı müxalifətin səslərini ciddi şəkildə parçalayır. İndidən bu iki namizədin tərəfdarları arasında media və sosial mediada təhqir, söyüş kampaniyası başlayıb. Açığı bir-birilərini yeyirlər. Xanım Salome Zurabişvilinin seçkidə dəstəyi çox böyük olacaq. İqdar partiyası olan “Gürcü Arzsu”nun tərəfdarları xanım Salome Zurabişviliyə səs verəcəklər.
Həmçinin, eks-prezident Mixeil Saakaşvilinin tərəfdarı olmayan neytral elektorat da xanım namizədə səs verəcək. Gürcüstanda yaşayan soydaşlarımız Salome xanımı dəstəkləyir. Müxalifət qorxusundan Borçalıda heç sosioloji sorğu belə keçirmədi. Çünki həqiqət ortaya çıxacaqdı. Mən proqnozlaşdırıram ki, Xanım Salome Zurabişvili Marneuli, Bolnisi, Qardabani, Tetriçkaro, Çalqa, Saqaredjo və Axmeta rayonlarında, həmçinin Rustavi şəhərində seçicilərin səsinin 55 faizi qazanacaq. Salome Zurabişvilini 28 oktyabrda Gürcüstan prezidenti seçəcəyik, buna heç kimin şübhəsi olmasın”,-deyə Daşqın Gülməmmədov bildirib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi