Arxiv
16 Oktyabr 2018, 15:23 | AKTUAL
Aleksandr Ramaşkanı məğlub edən Rail Rəcəbov kimir?

Bu gün Azərbaycanda idmanın əksər növləri inkişaf etməkdədir. Ölkəmiz bölgədə beynəlxalq idman yarışlarının əsas mərkəzinə çevrilir. İdmançılarımızın müxtəlif beynəlxalq arenalarda səsləri gəlir. Qürurvericidir ki, beynəlxalq idman arenalarında Azərbaycan bayrağı himnizimin sədaları altında ucalır. Hər bir idmançı istəyir ki, bu anı yaşasın.

Azərbaycanda inkişaf etməkdə olan idman növlərindən biri də kikboksinqdir. Dünyada kikboksinə maraq böyükdür. Azərbaycanda da kikboksinqə maraq artır. Bunun səbəblərini daha çox idmansevərlər, idman ictimaiyyəti və ekpertləri dəyərləndirə bilər. Azərbaycan kikboksinqinin parlaq simalarından biri də Rail Rəcəbovdur.

Rail Rəcəbov kimdir?

1997-ci ildən idmanla məşğul olan Rail Rəcəbov 1986-ci ilin 10 iyulunda Bakı şəhərində anadan olub. 13 saylı orta məktəbi bitirib. 2004-2008-ci illərdə Təfəkkür Universitetində təhsil alıb. 2008-2009-ci illərdə vətən qarşısında xidmətini yerinə yetirib.
Rail Rəcəbov "Rabitə" İdman Klubunda məşqlərini "əməkdar müəllim" Ceyhun Abbasovun rəhbərliyi altında davam etdirib. Rail Rəcəbov 5 peşəkar döyüş keçirərək, 3 qələbə qazanıb. İdmançı kimi kariyerasında 5 dəfə Azərbaycan çempionu olub.

2001-2004-cü illərdə gənclər arasında, 2007-ci ildə kişilər arasında bu titulu qazanıb. O, daxili çempionatlarla yanaşı, beynəlxalq yarışlarda da vətənimizi təmsil edib. 2006-ci il "world profil" üzrə dünya çempionatının "lou" versiyasi üzrə ikincisi, muay-tai üzrə üçüncüsü olub. 2006-cı ilin oktyabrında WAKO üzrə Avropa çempionatında Makedoniyada üçüncü yerə çıxıb. Ardınca 2007-ci ildə Heydər Əliyevin xatirəsinə həsr olunmuş peşəkar turnirdə tanınmış rus döyüşçüsü Aleksandr Ramaşka üzərində qələbə qazanıb. Qələbə Rusiyada idman ictimaiyyəti arasında da böyük rezonansa səbəb olub. Daha sonra isə 2007-ci il Serbiyada WAKO üzrə dünya çempionatında ikinci yeri əldə edib.
 2008-ci ildə peşəkarlar arasında Azərbaycan çempionu kəmərinin qalibi olub.

Təəssüf ki, Rail idmanı tez buraxıb. Sevindirici hal oldur ki, dövlətimiz Rail Rəcəbovun əməyini kənarda qoymayıb. İdmanda fərqləndiyinə görə, 2007-ci ildə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi "İdman ustası" adına, 2012-ci ildə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi "Əməkdar idman ustası", 2013-cü ildə Azərbaycan Respublikası Prezidenti tərəfindən Olimpiya Komitəsinin "fəxri fərman"ı mükafatı ilə təltif edilib. Rail Rəcəbov gənc olmasında baxmayaraq, bu idman növündə nəticələri deməyə əsas verir ki, bu gün gənc idmançılarımızın formalaşmasında əməyi ola bilər. Üstəlik, onun adı idman ictimaiyyətində həmişə hörmət və izzətlə çəkilir. Bu gün başqa sahədə çalışmasına baxmayaraq, idmançılarımızın nailiyyətlərini, döyüşlərini yaxından izləyir və mənən onlarla birgəd olduğunu nümayiş etdirir.


Elnur Eltürk

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
 İlham Əliyev  dövlət və hökumət başçılarının şərəfinə verilən ziyafətdə iştirak edib 26 Aprel 2019, 19:24 Havada olan təyyarədən özünü atmaq istədi  26 Aprel 2019, 19:14 İnam Kərimov: Kooperativlərin yaradılması kənd təsərrüfatının inkişafı üçün çox vacibdir 26 Aprel 2019, 19:06 3 aylıq körpə  həkim  səhlənkarlığı nəticəsində öldü - Bakıda 26 Aprel 2019, 18:57 Formula 1-in ikinci sərbəst yürüşü başa çatdı 26 Aprel 2019, 18:50 İkinci sərbəst yürüşün qalibi bəlli oldu 26 Aprel 2019, 18:42 Qadın özünü qayadan ataraq intihar edib 26 Aprel 2019, 18:42 “Formula 1”: Rusiyalı pilotun maşını yanıb 26 Aprel 2019, 18:31 Rusiyada raket zavodu yanır - VİDEO 26 Aprel 2019, 18:25 Jurnalistika üzrə magistraturaya 16 nəfər sənəd verib 26 Aprel 2019, 18:16 Azərbaycan ilin sonuna qədər Rusiyaya avtomobil ixrac edəcək 26 Aprel 2019, 18:07 Dövlət Neft Fondu bu il 21 tonadək qızıl alıb 26 Aprel 2019, 17:56 Mehriban Əliyeva İçərişəhərə gəldi - Hadisələrlə yerində tanış oldu 26 Aprel 2019, 17:49 Bakıda 20 avtobus marşrutunun yolu dəyişdi - SİYAHI 26 Aprel 2019, 17:37 Formula 1 pilotu da qəzaya düşdü 26 Aprel 2019, 17:35 İƏT Bakı Mərkəzi Kazanda İƏT Gənc İş Adamlarının Forumunu keçirdi 26 Aprel 2019, 17:35 Formula 2-nin sıralanma turunda qalib bəlli oldu 26 Aprel 2019, 17:32 TEDxUNEC konfransı: “Azərbaycan. Lider. Tərəqqi” - MÜSAHİBƏ 26 Aprel 2019, 17:30 Manatın üç günlük MƏZƏNNƏSİ 26 Aprel 2019, 17:25 Fazil Mustafadan Fəzail Ağamalıya CAVAB: “Populizmdən yararlanmaq fikrindədir” 26 Aprel 2019, 17:18 Nazirlik Qaxda sayca 3-cü kooperativ yaratdı 26 Aprel 2019, 17:13 İlham Əliyev Niderland Kralına təbrik məktubu göndərdi 26 Aprel 2019, 17:13 Azərbaycana Rusiyadan quş əti gətirilməsinə məhdudiyyət qoyuldu 26 Aprel 2019, 17:10 Azərbaycanda ilkin əlillik təyinatları 49% azalıb 26 Aprel 2019, 17:09 İlham Əliyev provaslavları Pasxa bayramı ilə bağlı təbrik etdi 26 Aprel 2019, 17:07 Fəzail Ağamalı qaz və işıq limiti ilə bağlı iki deputatı “VURDU” 26 Aprel 2019, 17:05 Sabiq icra başçısı məhkəmə zalından azadlığa buraxılıb 26 Aprel 2019, 17:03 Azərbaycanlı rəssamın əsərinin dəyəri 500 min manat olaraq qiymətləndirilir 26 Aprel 2019, 17:01 Formula 1-də ikinci sərbəst yürüş başladı 26 Aprel 2019, 17:00 İlham Əliyevin “Bir kəmər, bir yol” Forumundakı ÇIXIŞI: “Əfsuslar olsun ki, bu qətnamələr yerinə yetirilmir” 26 Aprel 2019, 16:55 Yazıçı Mir Cəlal Paşayevin 111 illiyi Gəncədə anıldı 26 Aprel 2019, 16:54 Ermənistanın müdafiə naziri: “Sərhəddə vəziyyət stabildir” 26 Aprel 2019, 16:51  “Heydər Əliyev - milli-siyasi elitamızın zirvəsi”nin təqdimatı oldu 26 Aprel 2019, 16:49 “Formula 1 ərazisindəki lyuklara “Azərsu” cavabdeh deyil” - AÇIQLAMA 26 Aprel 2019, 16:44 Goranboyun icra başçısı vətəndaşların problemlərini dinlədi 26 Aprel 2019, 16:44