Modern.az

Eldar Əzizovdan Bakı Meriyasının Mətbuat xidmətinə yeni TƏYİNAT  

Eldar Əzizovdan Bakı Meriyasının Mətbuat xidmətinə yeni TƏYİNAT    

16 Oktyabr 2018, 16:43

Bakı Şəhər İcra Hakimiyyətində yeni təyinat gerçəkləşib. Modern.az-ın əldə etdiyi məlumata görə, Şəhər İcra Hakimiyyəti Başçısınin səlahiyyətlərini icra edən Eldar Əzizovun imzaladığı əmrə əsasən, meriyanın mətbuat xidmətinin işini fəallaşdırmaq, xidmətin tərkibini bilikli və bacarıqlı gənclərlə gücləndirmək məqsədi ilə Əliyeva Ayna Bəxtiyar qızı Bakı Şəhər İcra Hakimiyyəti Mətbuat Xidmətinə işə qəbul olunub.

Ayna Əliyeva gəncdir, təyinata qədər Heydər Əliyev Mərkəzində mütəxəssis kimi çalışıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir