Modern.az

ADU-da konsert keçirilib - FOTO

ADU-da konsert keçirilib - FOTO

16 Oktyabr 2018, 16:34

ADU-da Çin klassik musiqisinə həsr olunmuş konsert keçirilib.

 

Modern.az xəbər verir ki, Azərbaycan Dillər Universitetində Konfutsi İnstitutunun qonaqları və pianist Xuan Veyveyin rəhbərliyi altında Çinin Quansi əyalətinin musiqi kollektivinin ifasında Çin klassik musiqisi konserti keçirilib.


Konsertin “Gözəl Çin” adlanan birinci hissəsində xanım Xuanın ifasında “Dağların qızıl çiçəkləri”, “Gün batışı”, “Siçuan rəqsi”, “Sərhədsiz səma” kimi əsərlər səslənib.


Çindən gələn qonaq, gənc soprano müğənnisi Lu Düncu “Ma və La” və “Brilliant torpaq” mahnılarını ifa edib.


Konsertin “Böyük İpək Yolu” adlanan ikinci hissəsində isə ADU-nun nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun müəllim və tələbələrinin iştirakı ilə ənənəvi Çin fleytasında Azərbaycan və Çin xalq mahnıları səsləndirilib.


Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov qeyd edib ki, musiqi sənəti sahəsində Azərbaycan-Çin əlaqələrinin inkişafı ənənəvi Çin alətləri ilə bağlı kurslar keçirən İnstitutun prioritetlərindən biridir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir