Modern.az

Etimad Əsədov dəfn olundu - FOTOLAR

Etimad Əsədov dəfn olundu - FOTOLAR

16 Oktyabr 2018, 17:20

Bu gün səhər saatlarında dünyasını dəyişən Qarabağ Qazilər Birliyinin sədri Etimad Əsədov Bakının Fatmayı qəbiristanlığında torpağa tapşırılıb. 

 

Modern.az xəbər verir ki,dəfn mərasimində Etimad Əsədovun döyüş yoldaşları, dostları, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli , səfərbərlik xidmətinin əməkdaşları, Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbər, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev, Azərbaycanın keçmiş daxili işlər naziri İsgəndər Həmidov, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu, Ümid Partiyasının sədri İqbal Ağazadə, Klassik Xalq Cəbhəsi Partiyasının lideri Mirmahmud Mirəlioğlu və digərləri iştirak edib.

Qazinin tabutu Azərbaycan bayrağına bürünüb. Mərhumun yaxın dostu, Qarabağ qazisi, jurnalist Rey Kərimoğlu Etimad Əsədovun vəsiətini səsləndirib. Bildirib ki, mərhun son mənzilə Azərbaycan yola salınarkən Azərbaycan himninin səsləndirilməsini vəsiət edib. 

Cənazə evdən çıxarılan zaman qazilər və mərasimdə iştirak edənlər Azərbaycan himnini səsləndiriblər. 

Qazilər və mərhumun dostları sinələrinə mərhumun şəkillərini vurublar. 

Daha sonra uzun avtomobil korteji qazini dəfn etmək üçün yola düşüb. 

 

Qazi Fatmayı kəndində olan qəbirstanlıqda dəfn olunub. 

 

E.Əsədov bir neçə müddət idi ki, ağ ciyər xərçəngindən əziyyət çəkirdi.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu