Arxiv
16 Oktyabr 2018, 17:27 | AKTUAL
Bakcell 400-ə yaxın yeni 4G (LTE) baza stansiyası istifadəyə verəcək

Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet Provayderi Bakcell şirkəti bu ilin sonunadək ölkə ərazisində 400-ə yaxın yeni 4G baza stansiyası istifadəyə verəcək.

 

Modern.az xəbər verir ki, şirkət 2018-ci il ərzində mobil internet xidmətlərini ölkənin regionlarına doğru genişləndiriməyə davam edib. İl ərzində istifadəyə verilmiş 380 LTE (4G) stansiyasından 120-si ölkənin müxtəlif bölgələrində quraşdırılıb. Bunun sayəsində “Bakcell”inyüksək keyfiyyətli 4G xidməti artıq Bakı və Abşeron yarımadası ilə yanaşı, Azərbaycanın 40-a yaxın region və şəhər mərkəzində mövcuddur.

 

Bu gün Bakcell istifadəçiləri ümumilikdə 7000-dən çox baza stansiyası vasitəsilə ölkənin ən etibarlı, ən sürətli və ən iri mobil şəbəkəsininbütün üstünlüklərindən tam şəkildə yararlanmaq imkanına malikdirlər. Bundan əlavə, əhatə dairəsi və şəbəkə həcmi baxımından ölkənin ən böyük 4G (LTE) şəbəkəsi “Bakcell”ə məxsusdur. Şirkətin 1300-dən çox LTE baza stansiyası ilə saniyədə 225 meqabitə qədər sürəti dəstəkləyən 4G şəbəkəsi gündən-günə genişlənir.

 

Bakcell öz şəbəkəsinin etibarlılığını və sabitliyini təmin etmək üçün şəbəkə infrastrukturunun təkmilləşdirilməsi istiqamətindəmüntəzəm olaraq tədbirlər görür.Nəticədə, abunəçilər ən yüksək keyfiyyətli və etibarlı mobil zəng və internet xidmətinin üstünlüklərindənyararlanırlar.

 

“Bizim gördüyümüz işlərə yerli və beynəlxalq səviyyədə yüksək qiymət verilir. Bu yaxınlarda Bakcell “Azərbaycanın ən sürətli mobil şəbəkəsi” adına layiq görülüb. Dünyada tanınmış “Ookla” şirkəti tərəfindən təsdiq edilib ki, Bakcell şəbəkəsi ölkədə ən yüksək orta yükləmə sürəti və ən aşağı gecikmə müddətinə (latency time) malikdir. Mobil şəbəkələrin sınaq və təhlili sahəsində dünyanın ən nüfuzlu qurumu tərəfindən toplanmış bu məlumat Azərbaycandakı istifadəçilərin 18.000 ayrı-ayrı unikal cihaz vasitəsilə həyata keçirdiyi 80.000 sınaq (Speedtest platforması üzərindən) əsasında formalaşıb”, deyə Bakcell şirkətinin baş icraçı direktoru Nikolai Beckers bildirib.

 

Bakcell özünün yüksək keyfiyyətli mobil şəbəkəsinin modernizasiyası və əhatə dairəsinin genişləndirilməsi istiqamətində geniş miqyaslı işlərin həyata keçirilməsini davam etdirir.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Nazirlik it dişləmələri ilə bağlı müraciət yaydı: “Quduzluq 100% ölümlə nəticələnir!” 22 Aprel 2019, 16:03 Psixoloq onu qınayanlara cavab verdi 22 Aprel 2019, 16:03 Baytarlıq Xidmətindən qoyunlar və keçilərlə bağlı XƏBƏRDARLIQ 22 Aprel 2019, 15:56 Deputat Siyəzəndə şəhid ailələri ilə görüşdü   22 Aprel 2019, 15:32 Həkimin səhvi jurnalistin gözünün tutulması ilə nəticələnib 22 Aprel 2019, 15:27 Məmmədyarov missiyası başa çatan səfiri qəbul etdi 22 Aprel 2019, 15:27 ABŞ səfiri Dillər Universitetində olub   22 Aprel 2019, 15:24 Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı birinci oldu 22 Aprel 2019, 15:21 “Azərsu” yeni elektron xidmət istifadəyə verdi   22 Aprel 2019, 15:16 Makedoniyanın Universitet rektoru Azərbaycana gəlir 22 Aprel 2019, 15:11 İşə qəbul olunmaq istəyən müəllimlərin müsahibəsinə başlanıldı 22 Aprel 2019, 15:11 Heydər Əliyev Fondu it dişləyən uşağın müalicəsinə dəstək verəcək   22 Aprel 2019, 15:09 Deputat Rüstəm Xəlilov: “İslahatlar Azərbaycanın sabahına hesablanıb” 22 Aprel 2019, 14:59 Şri-Lankadakı dəhşətli terroru hansı qruplaşma törədib? 22 Aprel 2019, 14:43 Lələtəpədə şəhid olan döyüşçülərin xatirəsi anıldı - FOTOLAR 22 Aprel 2019, 14:40 Azərbaycanəsilli Amerika yazıçısının kitabı nəşr olundu 22 Aprel 2019, 14:39 Gənclər Lenini necə tanıyır? 22 Aprel 2019, 14:33 Erməni general Manvel Qriqoryan həbsdə qalacaq 22 Aprel 2019, 14:22 Tahir İmanov arzusuna çatdı - Mərkəzi küçəyə babasının adı verildi 22 Aprel 2019, 14:15 Ukraynada seçkiləri izləyən deputat: “Problem qeydə alınmayıb” 22 Aprel 2019, 13:54 Danimarkanın ən zəngin adamı terror aktında 3 övladını itirdi   22 Aprel 2019, 13:48 İlham Əliyev Şri-Lanka Prezidentinə başsağlığı verdi 22 Aprel 2019, 13:38 Vergilər Nazirliyi: Sahibkarlar yanlışlara yol verirlər 22 Aprel 2019, 13:33 Neft son 6 ayın rekordunu QIRDI 22 Aprel 2019, 13:25 Bakı Ali Neft Məktəbinin təşkilatçılığı ilə SOCAR Forumu başladı   22 Aprel 2019, 13:16 Deputatlar Diaspor Komitəsinin 1 illik fəaliyyətinə QİYMƏT VERDİLƏR 22 Aprel 2019, 13:15 Vəkillər Kollegiyası Elinanın anasına təmənnasız  vəkil tutdu – RƏSMİ 22 Aprel 2019, 13:07 Sabah intensiv yağış olacaq - HAVA PROQNOZU   22 Aprel 2019, 13:02 İt dişləyən uşağın atası FƏRYAD ETDİ: “Həkimlər 40 gün vaxt qoyublar” 22 Aprel 2019, 12:57 Pilotlarımız məşqlərə başladı - FOTO+VİDEO 22 Aprel 2019, 12:54