Arxiv
16 Oktyabr 2018, 19:05 | AKTUAL
Nazirlikdən narazı şəhid ailələrinin birdəfəlik ödəmə ilə bağlı iddialarına CAVAB

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində mətbuat konfransı keçirilib. 

 

Nazirlikdən Modern.az-a verilən məlumata görə, tədbirdə qeyd olunub ki, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 aprel tarixli 1 nömrəli fərmanının icrası olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid hərbi qulluqçuların vərəsələrinin birdəfəlik ödəmə ilə təmin olunması məqsədilə sənədlərin qəbulu prosesi davam etdirilir.

 

Bununla belə, Dövlət Sığorta Kommesiya Şirkəti tərəfindən ötən dövrdə müvafiq şığorta ödənişi edilmiş və bu səbəbdən hazırda birdəfəlik ödəməni almaq hüququ olmayan vərəsələrdən bir qrupu indiyədək heç zaman sığorta ödənişi almadıqlarını iddia edərək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və digər bir çox instansiyalara, o cümlədən Milli Məclisə şikayət xarakterli müraciətlər edirlər. Nazirlik tərəfindən bütün bu müraciətlərin hər birinə diqqətlə yanaşılaraq qeydiyyata götürülməklə, aidiyyəti qurumlarla birgə müvafiq araşdırmalar həyata keçirilir.

 

Bir qrup şikayətçinin müraciətlərinin araşdırılması zamanı vərəsələri olduqları şəhid hərbi qulluqçulara görə onların indiyədək heç zaman sığorta ödənişi almadıqları barədə iddialarının əsassız olduğu müəyyən edilib. Belə ki, həmin vərəsələrə hələ 1990-cı illərdə Dövlət Sığorta Kommesiya Şirkəti tərəfindən müvafiq şığorta ödənişinin həyata keçirildiyi şığorta ödənişinin alınmasına hüquq verən sənədlər əsasında təsdiqini tapıb.

 

Sığorta ödənişini almadıqlarını iddia edən digər bir sıra vərəsələrlə bağlı araşdırmalar davam etdirilir.

 

Xatırladaq ki, şəhid hərbi qulluqçuların dəqiqləşdirilmiş siyahısı üzrə nazirliyin saytında (www.mlspp.gov.az) “Birdəfəlik ödəmə” bölməsində şəhid hərbi qulluqçunun adı, soyadı və atasının adı qeyd olunmaqla, sorğu verilir və şəhid hərbi qulluqçunun vərəsəsinin (vərəsələrinin) birdəfəlik ödəməni almaq hüququnun olub-olmadığı barədə məlumat əldə olunur.

 

Bu və ya digər şəhid hərbi qulluqçunun vərəsəsinə illər öncə Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən sığorta ödənişi həyata keçirilibsə, bölmədə sorğunun nəticəsi kimi bu məlumat qeyd olunur və həmin şəhid hərbi qulluqçunun vərəsəsinin birdəfəlik ödəməni almağa hüququnun olmadığı bildirilir. 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
69 yaşlı Tovuz sakini itkin düşüb 26 Aprel 2019, 20:12 Mehriban Əliyeva: “Qala divarlarının görünüşünü heç nə kəsə bilməz” 26 Aprel 2019, 20:01 Bu halda dövlət rüsumu tətbiq olunmayacaq - Qanun dəyişdirilir 26 Aprel 2019, 19:55 “Belə halların olması normaldır” - Qəzaya düşən pilot 26 Aprel 2019, 19:44 Türkiyədə fabrikdə partlayış, ölü və yaralılar var 26 Aprel 2019, 19:35  İlham Əliyev  dövlət və hökumət başçılarının şərəfinə verilən ziyafətdə iştirak edib 26 Aprel 2019, 19:24 Havada olan təyyarədən özünü atmaq istədi  26 Aprel 2019, 19:14 İnam Kərimov: Kooperativlərin yaradılması kənd təsərrüfatının inkişafı üçün çox vacibdir 26 Aprel 2019, 19:06 3 aylıq körpə  həkim  səhlənkarlığı nəticəsində öldü - Bakıda 26 Aprel 2019, 18:57 Formula 1-in ikinci sərbəst yürüşü başa çatdı 26 Aprel 2019, 18:50 İkinci sərbəst yürüşün qalibi bəlli oldu 26 Aprel 2019, 18:42 Qadın özünü qayadan ataraq intihar edib 26 Aprel 2019, 18:42 “Formula 1”: Rusiyalı pilotun maşını yanıb 26 Aprel 2019, 18:31 Rusiyada raket zavodu yanır - VİDEO 26 Aprel 2019, 18:25 Jurnalistika üzrə magistraturaya 16 nəfər sənəd verib 26 Aprel 2019, 18:16 Azərbaycan ilin sonuna qədər Rusiyaya avtomobil ixrac edəcək 26 Aprel 2019, 18:07 Dövlət Neft Fondu bu il 21 tonadək qızıl alıb 26 Aprel 2019, 17:56 Mehriban Əliyeva İçərişəhərə gəldi - Hadisələrlə yerində tanış oldu 26 Aprel 2019, 17:49 Bakıda 20 avtobus marşrutunun yolu dəyişdi - SİYAHI 26 Aprel 2019, 17:37 Formula 1 pilotu da qəzaya düşdü 26 Aprel 2019, 17:35 İƏT Bakı Mərkəzi Kazanda İƏT Gənc İş Adamlarının Forumunu keçirdi 26 Aprel 2019, 17:35 Formula 2-nin sıralanma turunda qalib bəlli oldu 26 Aprel 2019, 17:32 TEDxUNEC konfransı: “Azərbaycan. Lider. Tərəqqi” - MÜSAHİBƏ 26 Aprel 2019, 17:30 Manatın üç günlük MƏZƏNNƏSİ 26 Aprel 2019, 17:25 Fazil Mustafadan Fəzail Ağamalıya CAVAB: “Populizmdən yararlanmaq fikrindədir” 26 Aprel 2019, 17:18 Nazirlik Qaxda sayca 3-cü kooperativ yaratdı 26 Aprel 2019, 17:13 İlham Əliyev Niderland Kralına təbrik məktubu göndərdi 26 Aprel 2019, 17:13 Azərbaycana Rusiyadan quş əti gətirilməsinə məhdudiyyət qoyuldu 26 Aprel 2019, 17:10 Azərbaycanda ilkin əlillik təyinatları 49% azalıb 26 Aprel 2019, 17:09 İlham Əliyev provaslavları Pasxa bayramı ilə bağlı təbrik etdi 26 Aprel 2019, 17:07 Fəzail Ağamalı qaz və işıq limiti ilə bağlı iki deputatı “VURDU” 26 Aprel 2019, 17:05 Sabiq icra başçısı məhkəmə zalından azadlığa buraxılıb 26 Aprel 2019, 17:03 Azərbaycanlı rəssamın əsərinin dəyəri 500 min manat olaraq qiymətləndirilir 26 Aprel 2019, 17:01 Formula 1-də ikinci sərbəst yürüş başladı 26 Aprel 2019, 17:00 İlham Əliyevin “Bir kəmər, bir yol” Forumundakı ÇIXIŞI: “Əfsuslar olsun ki, bu qətnamələr yerinə yetirilmir” 26 Aprel 2019, 16:55