Modern.az

AzTV Mirzə İbrahimovla İlyas Əfəndiyevdən film çəkib

AzTV Mirzə İbrahimovla İlyas Əfəndiyevdən film çəkib

Mədəni̇yyət

21 Oktyabr 2011, 12:11

Azərbaycan Televiziya və Radio QSC-də «Gələcək günün adamı» və «Ləyaqət hücrəsi» sənədli televiziya filmlərinin istehsalı başa çatıb.

Azərbaycan Teleradlio Verilişləri QSC-nin mətbuat xidmətindən Modern.az-a bildirilib ki, görkəmli xalq yazıçısı, akademik və ictimai xadim Mirzə İbrahimovun həyat və yaradıcılığından bəhs edən «Gələcək günün adamı» filmi ədibin qızı Sevda İbrahimovanın atasına ünvanladığı məktublar əsasında çəkilib. Filmdə ilk dəfə olaraq yazıçının «Gələcək gün» və «Güləbətin» əsərlərindən epizodlar ekranlaşdırılıb.

Ssenari müəllifi Yaqub Əlioğlu, rejissoru Namiq Ağayev, operatoru Mətləb Yaqubovdur.

«Ləyaqət hücrəsi» isə görkəmli xalq yazıçısı İlyas Əfəndiyevin həyat və yaradıcılıq taleyindən söz açan ekran əsəridir. Filmdə ədibin əsərlərinin kino və səhnə taleyinə geniş yer ayrılıb.

Ssenari müəllifi İlham Rəhimli, rejissoru Tariyel Vəliyev, operatoru Mətləb Yaqubovdur.


Modern.az
Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər