Modern.az

ABŞ-da təhsil almaq istəyənlərin NƏZƏRİNƏ!

ABŞ-da təhsil almaq istəyənlərin NƏZƏRİNƏ!

16 Oktyabr 2018, 21:31

"EducationUSA" Bakıda ABŞ-ın Azərbaycandakı səfirliyi və Beynəlxalq Təhsil üzrə Amerika Şurasının dəstəyi ilə “Amerika Universitetlərinin Təhsil Sərgisi” keçirəcək.

 

Modern.az saytının xəbərinə görə, sərgi xaricdə təhsil almaq istəyən hər kəs üçün doqquz ABŞ universitetinin nümayəndələri və mübadilə proqramlarının məzunları ilə birbaşa danışmaq imkanı yaradır.

 

Eyni zamanda universitet proqramları, ərizə prosedurları, təqaüdlər, tələbə həyatı və ABŞ-da mədəni uyğunlaşma haqqında ətraflı məlumat almaq üçün böyük imkan yaradır. Sərgidə ABŞ-ın Bakıdakı səfirliyinin nümayəndələri də iştirak edəcək.

"EducatinUSA" Azərbaycan ABŞ-da rəsmi qeydiyyata alınmış ali təhsil müəssələr haqqında dəqiq, hərtərəfli və qərəzsiz məlumat  verir.

 

Tələbələrin ABŞ-da ali təhsil almaqlarına yardım edir. "EducationUSA" ABŞ ali təhsil sisteminin rəsmi mənbəyidir və yanvar ayından etibarən Azərbaycanda 1500-dən çox insana xidmət göstərib. 

 

Sərgi oktaybrın 20-də "Hilton" oteldə başlayır. 

 

Sərgidə iştirak edəcək ABŞ universitetləri aşağıdakılardır:

 

1) Boise State University (Aydaho ştatı)

2) California State University, Long Beach (Kaliforniya ştatı)

3) Diablo Valley College, Contra College Community College District (Kaliforniya ştatı)

4) Full Sail University  (Florida ştatı)

5) Indiana University Bloomington (İndiana ştatı)

6) Minerva Schools at KGI (Kaliforniya ştatı)

7) University of California, Los Angles (Kaliforniya ştatı)

8) Valdosta State University (Georgia ştatı)

9) Wright State University (Ohio ştatı)

Twitter
Sizə yeni tvit var
Keçid et
Erməni hərbçi heç bir səbəb olmadan mövqeyimizə atəş açır