Modern.az

Mingəçevirli gənc bıçaqlandı

Mingəçevirli gənc bıçaqlandı

16 Oktyabr 2018, 23:34

Bu gün axşam saatlarında Mingəçevir şəhərində bıçaqlanma hadisəsi baş verib. Modern.az "Report”a istinadən xəbər verir ki, 1992-ci il təvəllüdlü Əliyev Xəyal Hidayət oğlu yaşadığı “Yeni Həyat” məcburi köçkün şəhərciyi ərazisində naməlum şəraitdə bıçaqlanaraq ağır xəsarət alıb.

 

Cəbrayıl rayonundan məcburi köçkün olan zərərçəkmiş xəstəxanaya yerləşdirilib. Hadisənin başvermə səbəbi hələ ki, məlum deyil.

 

Faktla bağlı araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir