Modern.az

ADA Universitetində tibbi aksiya keçiriləcək

ADA Universitetində tibbi aksiya keçiriləcək

17 Oktyabr 2018, 10:08

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Avtomobil Səyyar Klinikası oktyabrın 18-19-da ADA Universitetində tibbi aksiya keçirəcək.

Mərkəzin elmi təşkilat bölməsinin rəhbəri Yazgül Abdıyeva Modern.az-a bildirib ki, Səyyar Klinika ADA Universitetində 2 gün ərzində tələbələrə və müəllim heyətinə tibbi xidmət göstərəcək. Aksiyanın məqsədi pasiyentlərin səhhətləri ilə bağlı olan problemlərin həllinə kömək göstərmək, eyni zamanda göz xəstəlikləri ilə bağlı monitorinqlər aparmaq, əldə edilən nəticələri müzakirə və həll etməkdir.

Y.Abdiyeva qeyd edib ki, daha ciddi problemlərlə üzləşən və çətin əməliyyat tələb olunan pasiyentlərin Milli Oftalmologiya Mərkəzinə gəlmələrinə şərait yaradılacaq.

Onun sözlərinə görə, Milli Oftalmologiya Mərkəzinin həyata keçirdiyi bu tədbir ölkə başçısının səhiyyə ilə bağlı reallaşdırdığı layihələrin əsas tərkib hissələrindən biri hesab olunur: "2005-ci ildən mərkəzin Avtomobil Səyyar Klinikası mütamadi olaraq paytaxtda və respublikanın müxtəlif regionlarında pasiyentlərə xidmət göstərir. 2012-ci ildən bu günə qədər Səyyar Klinika tərəfindən Azərbaycanın bir çox ali təhsil müəssisələrində və bir sıra orta məktəblərdə oftalmoloji müayinələr aparılıb. Bununla yanaşı, 2018-ci ildən Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin səyyar qatarı fəaliyyətə başlayıb".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?