Modern.az

Rəşad Vahabzadə: “Ekoloji kənd təsərrüfatının qayəsi keyfiyyətli məhsullar istehsal etməkdir”

Rəşad Vahabzadə: “Ekoloji kənd təsərrüfatının qayəsi keyfiyyətli məhsullar istehsal etməkdir”

Aktual

17 Oktyabr 2018, 11:27

Rəşad Vahabzadə: "Ekoloji kənd təsərrüfatının qayəsi keyfiyyətli məhsullar istehsal etməkdir"

Kənd Təsərrüfatı Nazirliyinin Abseron Aqrokimya laboratoriyasının müdiri Rəşad Vahabzadə müsahibə verib. Modern.az müsahibəni təqdim edir. 
 

- Rəşad müəllim, ekoloji kənd təsərrüfatının mahiyyəti nədir?

 

- Ekoloji kənd təsərrüfatı modeli XIX əsrin sonu, XX əsrin əvvəllərində Avropada  başlayıb. Əsas məqsədi, istehsalda ekoloji təhlükəsiz ərzaq məhsulu prinsipini əsas tutaraq həm iqdisadi, həm də sosial baxımdan tarazlaşdırlmış davamlı təsərrüfatcılıq missiyasını yerinə yetirməkdir. Bu məqsədə nail olmaq ücün torpaqların münbitliyinin yüksəldilməsi və qorunması ardıcıl şəkildə həyata kecirilərək kənd təsərrüfatının bütün sferalarında keyfiyyət göstəriciləri daim yaxşılaşdırılmalıdır. Ekoloji təsərrüfatcılıq kənd təsərrüfatında alternativ bir sistem kimi növbəli əkin sisteminin tətbiqi yolu ilə torpaq münbitliyinin yüksəldilməsinə, bitkilərin xəstəliklərinə və zərərvericilərinə qarşı mübarizədə qeyri–kimyəvi üsulların tətbiqinə və məhsul artımı ücün tətbiq olunan gübrələrin, herbisidlərin, boy stimulyatorların və digər qarışıqların azaldılması prinsiplərinə əsaslanır. Avropa ölkələrində bu termin sinonim olaraq üzvi, bioloji, ekoloji kimi işlədilir. Ekologiya məhfumunun insanların təfəkküründə daha cox yer almasını nəzərə alaraq ekoloji kənd təsərrüfatı termininə daha cox üstülük verilir.

 

- Ekoloji kənd təsərrüfatının əsas prinsipləri və kənd təsərrüfatı sistemləri barədə məlumat verərdiniz...

 

- Adi kənd təsərrüfatında əsas məqsəd, bitkidən maksimum məhsul əldə etməkdir. Bu, cox sadə təsəvvürə əsaslanır: bitkinin məhsuldarlığı gübrələmə nəticəsində coxalır, ancaq zərərverici, xəstəlik və alaqların mənfi təsiri nəticəsində isə azalır, buna görə də onlara qarşı mübarizə tədbirləri də aparılmalıdır. Ekoloji kənd təsərrüfatı təsərrüfatcılığın kompleks formasıdır və özlüyündə yüksək keyfiyyətli məhsullar istehsal etmək, torpaq münbitliyini, suyun təmizliyini və zəngin biomüxtəlifliyi qoruyub saxlamaqdır. Ekoloji təsərrüfatcılıgın əsas məqsədi ekoloji prinsip və proseslərdən sistemli şəkildə istifadəni təmin etməkdir. Ekoloji kənd təsərrüfatı davamlı olmağı tələb edir və buna görə davamlılıq prinsipi cox əhəmiyyətli bir faktordur. Kənd təsərrüfatı baxımından davamlılıq insanların ehtiyaclarını ödəmək ücün kənd təsərrüfatı resurslarından düzgün istifadə edilməsi, ətraf mühitin mühafizəsi və təbii ehtiyatların qorunması deməkdir.

Ekoloji kənd təsərrüfatında davamlılıq həm də ekoloji, iqdisadi və sosial aspektləri özündə cəmləşdirən təbiət qanunlarına əsaslanmalıdır. Bu üc tələbat ödənildikdə, kənd təsərrüfatı sistemi davamlı adlandırıla bilər. Bütün bunlara əsasən belə qənəatə gəlmək olar ki, ekoloji təsərrüfatcılıq davamlı inkşafın əsas modellərindən biridir. Davamlı inkşaf öz təbii əsaslarını dagıtmayan və cəmiyyətin aramsız tərəqqisini təmin edən sabit sosial–iqdisadi inkşafdır. Davamlı inkşafa nail olmaq ücün dayanıqlı təsərrüfatların yaranması  lazımdır. Dayanıqlı təsərrüfat sabit inkşaf edən həyat qabiliyyətli müəssisədir.

Cox səmərəli təsərrüfatdır və onun səmərəliyini təmin etmək ücün aşagıdakı prinsiplərə riayət olunmalıdır:

  • bioloji qanunauyğunlar düzgün nəzərə alınmalı, təbii imkanlara qayğı ilə yanaşmalı;
  • təsərrüfat maksimum dərəcədə müstəqil olmalı;
  • bazara iri həcmli məhsul cıxara bilməsi ücün təsərrüfat maddi və texniki imkanlarını birlışdirirək kooperasiyaya meyil göstərməli və formalaşdırmalıdır.

Beynalxalq təcrüfədə ekofermerlərə dayanıqlığı təmin etmək ücün təsərrüfat daxili, sosial və təbiət amillərini düzgün qiymətləndirməyi məsləhət görürlər. Davamlı inkşaf və aqro ekosistemlərin qorunması və  inkşafı ücün  təsərüfat  ümumi və praktiki prinsibləri daim diqqətdə saxlamalıdır.

Dünya təcrübəsində elə təsərrüfat sistemləri mövcuddur ki, ekoloji kənd  təsərrüfatı standartlarının yalnız müəyyən tələblərinə cavab verirlər və bu sistemlərin ciddi standartları olmasa da, özlərinə məxsus səciyyəvi xüsusiyyətləri mövcuddur.

Biodinamik kənd təsərrüfatı:

 

  • biodinamik kənd təsərrüfatının xüsusi növü olub, bütün prinsip və standartlara riayət edir. Biodinamik kənd təsərrüfatının əsas prinsipləri kosmik təsir, həyat qabiliyyəti, biodinamik preparatlar və təsərüfat sistemindən ibarətdir. Kənd təsərrüfatı sistemləri aşagıda qeyd olunan kimi sistemləşib:

davamlı kənd təsərrüfat sıstemi;

ənənəvi kənd təsərrüfatı sistemi;

inteqrir kənd təsərrüfatı sistemi;

nəzarətsiz kənd təsərrüfatı sistemi;

adi kənd təsərrüfatı sistemi.

 

- Ekoloji kənd təsərrüfatının formalaşdırılması ücün hansı tədbirlər aparılmalıdır?

 

- Ekoloji kənd təsərrüfatının istehsalının inkşafı ücün aşagıda adları göstərilən amillərdən istifadə etmək daha məqsədə uygundur. Birincisi, kooperasiya və birliklərin yaradılmasıdır. Bu, fermerlərin proqnazlaşdırmaya uygun olaraq məhsul istehsal etməsinə, maliyyə resusrlarının idarə olunmasına, bazarda dayaniqlı inkşafına və keyfiyyətli təhlükəsiz məhsul istehsalına zəmin yaradacaq. İkincisi, təsərrüfat istehsalının siyasi tanınması və eyniləşdirilmiş istehsalat standartlarının formalaşdırılmasıdır. Bu formatda ekoloji kənd təssərrüfatı istehsalatın inkşafını təmin etmək ücün məhsulların sertifikatlaşdırlması mütləq şərtdir. Beynalxalq standartların tətbiq olunması ixracın stimullaşdırılmasında böyük rol oynacaqdır. Üçüncüsü, fermer təsərrüfatlarına maliyyə yardımının ayrılmasıdır. Koopesiyaların yaranmasında maliyyə təşviqinin aparılması fermerlərə böyük dəstək olacaq. Sahibkarlıq subyektlərinə kreditlərin acilması ilə onlar öz malyyə resuslarını asanlıqla formalaşdırma imkanı əldə etmiş olurlar. Dördüncüsü, fermerlər ittifaqları ilə əməkdaşlıq münasibətlərinin qurulması lazımdır. Bu məsələ ona görə vacibdir ki, ittifaq fermerləri təmsil edir və ekoloji kənd təsərrüfatına keçid ücün namizədlərin potensial mənbəyini təşkil edir. Ekoloji və qeyri-ekoloji kənd təsərrüfatı üzrə xidmətlər arasında əlaqələr qurulur. Nəhayət, beşincisi, münasib bazarların inkşafıdır. Etibarlı statistik məlumatlar əsasında bazarların inkşaf dinamikasının təmin olunması məqsədilə marketinq strategiyaları hazırlanmalıdır. Respublika daxili və xarici bazarların araşdırılması, müştəri bazasının işlənməsi, bazar tələblərinə uygun məhsulun istehsalı sahələrinin aşkar olunması vacib şərtlərdən biridir.

 

- Ekoloji təsərrüfacılıqda torpaq istifadəciliyinin idarə olunmasında nələrə diqqət yetirmək lazımdır?

 

- Bitkinin normal inkşafı və məhsul istehsalı ücün əhəmiyyət kəsb edən amillərin əksəriyyəti torpaqla baglıdır. Mühit amillərinin optimallaşdırılması ilə əlaqədar olaraq kompleks aqrotexniki proseslərin aparılması vacibdir. Məhsuldarlığın yüksəldilməsi ilə əlaqədar müxtəlif üsüllar var . Bu üsülları mahiyyət baxımından fiziki, aqrokimyəvi, biokimyəvi, meliorativ və bioloji növlərinə bölmək olar.

 

- Torqaq mülkiyətcilərinə əkin ilə əlaqədar nələrə diqqət etmələrini tövsiyə edərdiniz?

 

- İlk növbədə fermerlərə  torpaq, su, bitki analizlərinin  həyata kecirilməsini daim diqqətdə saxlamalarını tövsiyyə edirəm. Əkindən qabaq torpağın ümumi analizinin aparılması, kartoqramların hazırlanmasını həyata keçirmələri vacibdir. Bu fermerlərə torpağın yararlılıq əmsalının vahid informasiya bazasının formalaşdırılmasına zəmin yaradacaq. Vaxtında aparılmış müayinə sonda keyfiyyətli təhlükəsiz bol məhsul əldə etmək deməkdir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır