Modern.az

Bibiheybətdə də torpaq sürüşdü, divar uçdu - FOTOLAR

Bibiheybətdə də torpaq sürüşdü, divar uçdu - FOTOLAR

Aktual

17 Oktyabr 2018, 11:30

Bakıda divar uçub.

 

Modern.az-ın “Qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, hadisə 20-ci sahədən Bibiheybətə gedən yolda baş verib.

Bibiheybət məscidinin yaxınlığında yerləşən qəbiristanlığın istinad divarı uçaraq yola tökülüb.

Torpaq sahəsinin də bir hissəsi sürüşüb. Hazırda ərazidə bərpa işləri aparılır.

Sözügedən yol Azərbaycan Avtomobil Yollarının balansındadır, hazırda qurumun işçiləri hadisə yerinə gəlib. Yola tökülən dağıntıları təmizlənməsinə başlanılıb. Yolun sağ hissəsində hərəkət qismən məhdudlaşırılıb

***

Aşan hasarın üstündə yaşayış evləri var. İlkin məlumatlara görə, evlərə heç bir ziyan dəyməyib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı