ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Kozlariç Amerikada yaşayan azərbaycanlı keçmiş jurnalist Gündüz Tahirlinin açdığı marketdə olub.
Modern.az-ın məlumatına görə, R.Kozlariç sosial şəbəkədəki səhifəsində Gündüz Tahirli ilə şəklini paylaşıb. Şəkil G.Tahirlinin işlətdiyi "Baku Delicious" marketində lentə alınıb.
Qeyd edək ki, Riçard Kozlariç 1994-97-ci illərdə ABŞ-ın Azərbaycanda səfiri olub.
Gündüz Tahirlı 1994-2001-ci illərdə “Azadlıq” qəzetinin baş redaktoru olub. 2001-ci ilin sonlarında “Yeni Yüzil” qəzetini açıb, 2002-ci ilin aprelində qəzet fəaliyyətini dayandırıb. Bundan sonra G.Tahirli aktiv jurnalistlik fəaliyyətinə son verərək, biznes sektoruna gedib. O. Hazırda ABŞ-də yaşayır. G.Tahirli məşhur satirik şair Mirzə Ələkbər Sabirin nəvəsidir...
A.Qorxmaz